14 fev 23:05aktual

Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub

Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub
Bir hakim ofsaydları necə müəyyənləşdirə bilər?
Vaxtaşırı AFFA-nın bayarağı altında müxtəlif yaş qrupları üzrə keçirilən liqalarda yaşanan problemlər, çatışmazlıqlar haqda xəbər verir, aidiyyatı qurumların onları aradan qaldırmaq yönündə iş görməsini istəyirik. Dəfələrlə Bakıdan kənarda keçirilən yarışlarda mühafizənin zəif olunmasını, təcili tibii yardım maşınının vaxtında dislokasiya yerinə gəlməməsini, topların və başqa lazımi inventarların tələblərə cavab verməməsini vurğulamışıq. Qeyd etdiyimiz çatışmazlıqların bəzilərini AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi aradan qaldırsa da, hələ də həllini tapmayan problemlər mövcuddu.
Uşaq liqaları ilə maraqlananlar bilirlər ki, artıq əksər yaş qruplarında pley-off matçlarına start verilib. Təsnifat mərhələsini uğurla adlayan komandalar mövsümü tiltulla başa vurmaq üçün həlledici görüşlərə çıxırlar. Ancaq belə həssas, gərginliyin zirvə həddinə çatdığı dönəmdə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsi qəribə qərarla diqqət mərkəzinə düşüb. Belə ki, təsnifat mərhələsində liqalarda hər oyunda meydanda iki hakim olurdu. Yeri gəlmişkən, aşağı yaş qrupları üzrə keçirilən çempionatlarda əsas gənc və hakimlikdə ilk addımlarını atan ədalət təmsilçilərinə təyinat verilir. Belədə gənc hakimlər bir-birinə kömək edə-edə oyunların qaydalar çərçivəsində başa çatmasına çalışırdılar. Buna baxmayaraq, yenə də hakimlikdən gileylənənlər olur, bəzən də narazılıq dava-dalaşa çevrilirdi. Frits Stuxlikin komitəyə təyinatından sonra bir çoxları yeni sədrin problemə əncam çəkəcəyini, oyunlara iki yox, üç hakimin təyinat alacağını gözləyirdi. Yəni böyük futbolda olduğu kimi, meydanda baş hakimlə yanaşı, iki laysmanın da yer alması qarşılaşmaların daha obyektiv idarə olunmasına rəvac verə bilərdi. Lakin gözləntilərin əksinə, Stuxlikin yeni islahatından sonra liqalarda hakimlərin sayı artmaq əvəzinə azaldı. Artıq bütün matçlarda meydana bir hakim çıxır. Bu da istər-istəməz hakimlikdən narazı qalanların sayını artırıb. Onların arasında məşqçilər də var, valideynlər də.
Məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusf Vəliyevin fikirlərini öyrənməyi lazım bildik: “Müxtəlif yaş qrupları arasında təşkil olunan liqalara hakim təyinatını Hakim və Hakim-İnspektorlar Komitəsi gerçəkləşdirir. Onu düz qeyd etdiz ki, qışa qədər meydanda iki hakim olurdusa, hazırda meydana bir ədalət təmsilçisi çıxır. Bununla bağlı AFFA-nın saytında xəbər yerləşdirilmişdi. Orda bildirilmişdi ki, UEFA-nın hakimliklə bağlı konvensiyasına əsasən aşağı yaş qrupları arasında keçirilən oyunlarda meydanda bir referi olmalıdı. Komitə də buna uyğun addım atıb”.
“Çempionatın təşkilinə siz cavabdehsiz və özünüz də görürsüz ki, həyata keçirilən yenilik effektli deyil. Yenidən köhnə qaydaya qayıtmaqla bağlı komitəyə müraciət etmisiz” sualına isə Yusif bəy “yaxşı olardı ki, bu məsələ ilə bağlı komitə rəhbərliyi ilə əlaqə saxlayın. Nə sualınız varsa, onlara ünvanlayın” cavabını verdi.
Fikrimizcə, bu məsələni biz yox, yarışları keçirən şöbə və onun rəhbəri olan Yusif Vəliyev Stuxlikin qarşısında qaldırmalıdı. Müxtəlif yaş qrupları arasında keçirilən yarışlara Yusif bəy cavabdehlik daşıdığından, məhz o avstriyalı funksionerə tabeliyində olan gənc hakimlərin təkbaşına oyunları idarə edə biləcək səviyyədə olmadığını bildirməli, futbol ictimaiyyəti arasında yaşanan narazılıqdan xəbərdar etməlidi.
RƏŞAD
P.S. Görəsən, Stuxlik özü meydanda mübarizə aparan 18 futbolçunu (hər komandada 9 nəfər), ehtiyatda əyləşənləri, məşqçilər korpusunda yer alanları təkbaşına nəzarətdə saxlaya bilər?
P.P.S. Görəsən, Stuxlik özü meydanda təkbaşına oyundankənar vəziyyətləri müəyyənləşdirə bilər?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu Bütün xəbərlər
Ən çox oxunanlar