14 fev 22:41aktual

Yurçeviçin təyinatına premyer-liqadan baxış

Yurçeviçin təyinatına premyer-liqadan baxış
Elşad Əhmədov: “Allah Yurçeviçə də kömək olsun, bizə də”
Ayxan Abbasov: “Bir məqam var ki, sərəncamındakı futbolçuların 90 faizi həminkilər olacaq”
Aftandil Hacıyev: “Bu gün yığmadan ciddi uğurlar gözləmək sadəlövhlük olar”
Sənan Qurbanov: “Adlı-sanlı məşqçinin gəlməsinin tərəfdarı deyildim”

Yığmanın yeni baş məşqçisi ilə bağlı intizara, nəhayət, son qoyuldu. Dekabrın əvvəlindən bu yana, təxminən iki ay davam edən axtarışlardan sonra AFFA rəhbərliyi seçimini növbəti dəfə xorvatiyalı mütəxəssisin üzərində saxladı. Odu ki, millini AÇ-2020-nin seçmə mərhələ oyunlarına Nikola Yurçeviç çıxaracaq.
Məlum təyinatdan sonra sosial şəbəkələrdə müəyyən narazılıq dalğası görmək mümkündü. Böyük əksəriyyət o qədər də tanınmayan, baş məşqçi kimi ciddi uğurlara imza ata bilməyən Yurçeviçin təyinatına qarşı çıxır. Buna səbəb isə onun məhz Qurban Qurbanovun boşaltdığı posta təyinat almasıdı. Çünki Qurbanovun istefaya göndərilməsindən sonra millinin yeni mərhələyə qədəm qoyması üçün karyera baxımından daha bacarıqlı və tanınmış birinə həvalə olunacağını gözləyirdik. Ona görə də xorvat çalışdırıcının adı ictimaiyyətə açıqlanandan sonra ağız büzənlərin sayı kifayət qədərdi.
Maraqlıdı, premyer-liqa təmsilçilərini çalışdıran baş məşqçilərin bu məsələyə münasibəti necədi? Qurbanovun göndərilib, yerinə Yurçeviçin təyin olunmasına necə reaksiya veriblər? Ümumiyyətlə, xorvatdan gözləntiləri nədi? Hamısı ilə olmasa da, bir neçəsi ilə danışmaq mümkün oldu.
Elşad Əhmədov (Sabah): “Allah Yurçeviçə də kömək olsun, bizə də. Yığmalarla bağlı çətinliklərimiz var, bunu hamı bilir. Yeni baş məşqçi bu baxımdan millimizə kömək edə, ölkənin bir nömrəli komandasını yeni mərhələyə daşıya biləcəksə, Allah ona cansağlığı versin. Qərarı AFFA rəhbərliyi veribsə, deməli, görüb-bildikləri nəsə var. Çox güman, təyinatın baş tutmasında Robert Prosineçkinin də rolu olub. Fikrimcə, onun da fikrini öyrəniblər. Prosineçkinin işini davam etdirəcəksə, gələcək işıqlı görünür. Razılaşarsız ki, Robert müəyyən işlər görməyə çalışırdı, başlamışdı. Açığı, o qədər də təəccüblənmədim. Düzdü, başqa məşqçilərin adları çəkilirdi, namizəd göstərilirdi. Amma yenə də sakit yanaşdım. Təki hamımız üçün xeyirlisi olsun. Gözləməli və dözməliyik”.
Ayxan Abbasov (Sumqayıt): “Açığı, Qurban Qurbanovdan sonra yığmanın baş məşqçi postuna kimin gətiriləcəyi mənim üçün də maraqlı idi. Yurçeviçlə şəxsi tanışlığım yoxdu, iş metodunu görməmişəm. Ona görə də haqqında nəsə deməyim, gələcəklə bağlı proqnoz verməyim doğru olmaz. Karyerasına baxanda təcrübəli olduğu görünür. Fərqli ölkələrdə iş təcrübəsi var. Rusiya, Türkiyə və İngiltərə çempionatlarda müəyyən təcrübəyə sahib olub. Həmçinin Xorvatiya yığmasında çalışıb. Ola bilsin, AFFA rəhbərliyi vaxtilə burda çalışmış mütəxəssislərlə maraqlanıb, Yurçeviç haqda geniş məlumatlar əldə edəndən sonra bu qərarı veriblər. Ümid edirəm ki, millimizə faydalı olacaq. Hamımızın istədiyi də budu. Həmişə demişəm və yenə fikrimdə qalıram, hər bir məşqçiyə vaxt lazımdı. Bəlkə Yurçeviçin görmək istədiyi hansısa işlər var. Onu həyata keçirmək üçün zamana ehtiyac duyacaq. Amma bir məqam var ki, sərəncamındakı futbolçuların 90 faiz həminkilər olacaq. Maksimum 4-5 dəyişiklik gözləyə bilərik. Futbola baxışı necədi, hansı oyun üslubuna güvənir – bunları zamanın öhdəsinə buraxaq. İndiki dönəmdə səbirli davranmalıyıq. İşə başlayandan sonra hansısa fikir söyləmək olar”.
Aftandil Hacıyev (Səbail): “Əvvəla onu deyim ki, Qurban Qurbanovun millidən ayrılmasına daha çox təəccüblənmişdim. Belə olacağını gözləmirdim. Çünki işbirliyinə başlayanda uzunmüddətli əməkdaşlıq nəzərdə tutulmuşdu. Onsuz da istənilən məşqçinin zamana ehtiyacı var. 1 ilə istədiyini tam həyata keçirmək və gözlənilən nəticəni vermək olduqca çətindi. Bəzən, ümumiyyətlə, mümkünsüz olur... Qurbanovla işbirliyinə son verilməsindən sonra yeni baş məşqçinin təyinatının vaxt aparacağını hiss etmişdim. AFFA rəhbərliyi tələsik qərar qəbul etmək istəmirdi. Təhlillər və müzakirələr aparılmalı, namizədlərlə görüşlər keçirilməliydi. Ona görə də axtarışlar xeyli vaxt apardı. Məncə, Nikola Yurçeviçin dəvət olunmasında Robert Prosineçkinin millimizdə gördüyü müsbət işlər xüsusi rol oynayıb. Yığmanın yeni çalışdırıcısı haqda geniş məlumatlara sahib deyiləm. Bildiyim odu ki, uzun illər yığmada və müxtəlif komandalarda Slaven Biliçin köməkçisi işləyib. Belə deyim, hamının bildiyi məlumatdı. Amma iş metodu ilə tanış deyiləm. Xorvatiya ilə oyuna bir aydan bir az artıq vaxt qalıb. Bu müddətdə seleksiya işləri aparılmalı, baş məşqçi futbolçulara oyun fəlsəfəsini aşılamalıdı. Mənim üçün indidən nəsə demək çətindi. Ümumiyyətlə, bu gün yığmadan ciddi uğurlar gözləmək sadəlövhlük olar. İstər Qurban Qurbanov, istər Robert Prosineçki, istərsə də Nikola Yurçeviç üçün qısa müddətdə nəsə etmək olduqca çətindi. Bu dəqiqə proqram və uzunmüddətli iş haqda düşünməliyik”.
Sənan Qurbanov (Qəbələ): “Məncə, AFFA rəhbərliyinin axtarışlarının bu qədər uzun çəkməsi yığmaya uyğun baş məşqçinin tapılmasına görə idi. Uyğun məşqçi deyəndə, təkcə karyerasındakı titulları yox, xarakterini, işə yanaşmasını və istəyini nəzərdə tuturam. Yurçeviç uzun illər Slaven Biliçin köməkçisi işləyib. Xorvatiya yığması, “Lokomotiv”, ”Beşiktaş” və ”Vest Hem”də iş təcrübəsinə sahibdi. Razılaşarsız ki, bu klubların hər biri böyük addı, heyətində səviyyəli futbolçular çıxış edir. Bu təyinata, açığı, təəccüblənmədim. Çünki adlı-sanlı məşqçinin gəlməsinin tərəfdarı deyildim. Bu gün bizə çalışqan, öz üzərində durmadan çalışan, enerjili və işindən zövq alan məşqçi lazımdı. Nəinki keçmişdəki uğurları ilə öyünən. Ümid edirəm ki, daim çempionat oyunlarını izləyəcək, futbolçularla ünsiyyət qurmağı bacaracaq. Yığmaya yeni nəfəs gətirəcəyini düşünürəm. Amma yer aldığımız qrupda möcüzəyə imza atmağımız inandırıcı görünmür. Bəzi rəqiblərə başağrı olmağı bacaracağıq. Artıq təyinat baş verib. Bundan sonra nələrisə müzakirə etmək, pis-yaxşı tərəfləri axtarmaq lazım deyil. Hamımız yumruq kimi birləşib Yurçeviçə və sərəncamında olacaq futbolçulara dəstək verməliyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar