21 mar 14:54aktual, manset

“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq”

“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq”
Xetaqurov “Neftçi”nin ad günündə tarixi vərəqlədi

Bu gün “Neftçi”nin 80 yaşı tamam olur. 1937-ci ilin məhz bu günündə “dünyaya göz açan” “Neftçi” hazırda ölkənin ən köklü klubu sayılır. Təsadüfi deyil ki, “Neftçi” adını MDB-də eşitməyən yoxdu. Düzdü, əsas uğur 1966-cı ildə qazanılan “bürünc”dü. Amma həmin vaxtdan sonra paytaxt təmsilçisində müəyyən durğunluq yaşandı. Daxili münaqişələr, parçalanmalar, aparıcı futbolçuların yaşa dolması, Əhməd Ələsgərovun komandadan ayrılması – belə məqamlar “Neftçi”nin SSRİ dönəmindəki mümkün uğurlarının qarşısını aldı. Yaxşı ki, bakılılar 2012-nin yayında Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşlərini ümidləndirə bildi. Hər iki uğurda – həm 1966-da, həm də 2012-də komandanın içində olmuş bir şəxs var – Boris Nanayeviç Xetaqurov. Ömrünün 50 ilini ölkənin ən köklü klubuna həsr etmiş təcrübəli həkim hazırda işsizdi. Amma bildiyi, gördüyü çox şey var. “Neftçi”nin yaşayan azsaylı canlı əfsanələrindən biridi. Anatoli Banişevskiyə, Kazbek Tuayevə tay tutulmasa da, bir kluba bu dərəcədə sadiqlik nümayiş etdirməsi nəyə desən, dəyər. Bir halda ki klubun 80 yaşı tamam olur, belədə başqa kiminlə danışa bilərdik?!
-“Neftçi”nin “doğum günü”nün tarixini sizdən yaxşı bilən olmaz.
- Klub 1937-ci il martın 18-də yaranıb. O vaxt mən hələ dünyaya gəlməmişdim. Bunu unutmaq olar?
- “Neftçi” sizin üçün nə deməkdi?
- “Neftçi” mənim üçün doğma komanda, doğma balamdı, övladımdı, ailəmdi. Kluba həkim təyin olunanda cəmi 24 yaşım var idi. “Bürünc”dən cəmi 1-2 il əvvəldən danışıram sizə. Gələn gündən klubu, komandanı sevdim, bütün bilik və bacarığımı “Neftçi”yə verdim. Təkcə sevimli yox, həm də sevdiyim komandadı. “Neftçi”ni heç vaxt ailəmdən ayırmamışam. Elə vaxt olub ki, ailəmə ayırmadığım diqqəti, vaxtı komandaya ayırmışam. 1965-ci ildən bu yana “Neftçi”də çıxış etmiş futbolçuların hamısı övladlarım olub. Yaşca məndən böyük olanları da görmüşəm, amma hər birinə uşağım kimi baxmışam, bəsləmişəm. Həkim olmuşam, başlarından bir tük əskik olanda qulluqlarında dururdum, onlardan çox özüm narahat olurdum. Uğur qazananda onlardan çox mən sevinirdim.
- 80 yaşlı “Neftçi” də sizin gözünüzdə uşaq kimi qalır, yoxsa artıq ahıl vaxtına çatıb?
- Bir uşaq ki valideynin gözü qarşısında böyüyür, o həmişə uşaq olaraq qalır. “Neftçi” də o cürdü. 80 yox, 100 yaşı da olsa və mənə o günləri görmək nəsib olsa, gözümdə uşaq kimi də qalacaq. 1964-cü ildən 2015-ə kimi “Neftçi”də çalışmışam. Düzdü, bir müddət “Xəzər Lənkəran”da işlədim. Amma “Neftçi” mənim üçün “Neftçi” olaraq qalırdı. Hətta həmin vaxtlarda da bu komandanın oyunçularına qulluq edir, problemləri olanlarla maraqlanırdım. Ona görə də “Neftçi” gözümün qabağında böyüyən uşaqdı. “Feysbuk”da fikir verirsizsə, arxiv şəkilləri paylaşıram, bildiyim faktları yazıram. İstəyim odu ki, yetişməkdə olan gənc nəsil “Neftçi”nin tarixindən xəbər tutsun.
- “Neftçi”dən ağızdolusu danışırsız, ailəniz qədər doğma olduğunu deyirsiz. Amma klubu əzəli rəqibi “Xəzər Lənkəran”a dəyişməyiniz hələ də yaddaşlardan silinməyib.
- Suala görə sizə dərin minnətdarlığımı bildirirəm. İçində söz saxlayıb yalandan üzümə gülən insanları heç sevmirəm. Çünki adam bilmədiyini soruşmalı, içindən keçən suala cavab tapmalıdı. Siz ki, belə sual verdiz, hər şeyi danışacam. 2003-cü ilin dekabrında ölkə futbolunda baş verən dəyişikliklər, yəqin ki, yadınızdadı. AFFA prezidenti postunda Fuad Musayevin yerinə rəhmətlik Ramiz Mirzəyevi seçdilər. Həmin vaxt mən də keçmiş rəhbərliyin dönəmində İcraiyyə Komitəsinin üzvü idim. AFFA-dakı struktur dəyişikliklərindən sonra “Neftçi” rəhbərliyi də dəyişdi. Bundan sonra özümü narahat hiss etməyə başladım. Çünki hərə öz adamını gətirirdi. Mən də bunlara göz yuma bilmədiyimə görə öz xoşumla “Neftçi”dən ayrıldım. Bundan sonra İqor Ponomaryovun xahişi ilə “Qarabağ”a üz tutdum. İqor Anatolyeviç baş məşqçi idi və mənimlə çalışmaqda maraqlı olduğunu deyirdi. Orda cəmi 4-5 ay işlədim. 2004-ün yayında “Xəzər Lənkəran”dan təklif aldım. Həmin vaxt əzəli rəqabətdən, “Neftçi” – “Xəzər Lənkəran” duellərindən əsər-əlamət yox idi. Çünki klub hələ tam təsis olunmamışdı. Xatırlayırsızsa, əzəli rəqabət anlayışı “qızıl oyun”dan sonra ortaya çıxdı. Nə isə, Mübariz Mənsimov məni İstanbula dəvət etdi və görüşdük. Söhbət əsnasında hiss etdim ki, bu insanın fikri ciddidi, Lənkəranda böyük işlər görmək istəyir. Hətta klubda tibbi mərkəzin yaradılmasında maraqlıdı. Həmin mərkəz ki, bütün tələblərə cavab verməli, ölkə futbolu üçün kadrlar yetişdirməliydi. Mübariz bəy dönə-dönə mənə tapşırıqlar verdi və beləcə işə başladıq. 6 il “Xəzər Lənkəran”da olduğum müddətdə dözdüm, səbir etdim, amma sonda bacara bilmədim. Ailə problemlərim vardı, biz də həmişə yollarda olurduq. Ya Lənkərana gedirdik, ya rayonlara, ya da xaricə toplanışlara. Ona görə də vəziyyəti izah edib ayrıldım. Hətta Mübariz Mənsimov getməyimə icazə vermirdi. Və başqa kluba yox, yenidən “Neftçi”yə döndüm. O vaxt iki klub arasında sonradan yaranacaq rəqabət olsaydı, bəlkə də “Xəzər Lənkəran”a getməzdim. Çünki “Neftçi” mənim üçün hər şeydən əzizdi.
- Qayıdaq yenidən “Neftçi”yə. Hansı illər sizin üçün unudulmaz olub?
- Şablon olsun deyə demirəm, amma həqiqətən də 1966-cı ili unutmaq olmur. Təkcə ona görə yox ki, komanda “bürünc” qazanmışdı. Bu həm də mənim fəaliyyətimin ilk illərində gələn uğur idi. Bu həm də Banişevski, Tuayev, Babayevlər kimi tanınmışlarla bir yerdə çalışmaq, onların sağlamlığının qayğısına qalmaq demək idi. 1966 həm də Tofiq Bəhramova görə yaddaqalan idi. İngiltərə - Almaniya oyununda indiyə kimi xatırlanan o qərarına görə. 1966 Azərbaycanın futbol ili idi. Nədənsə çoxları 1976-nı unudur. Həmin il ki, “Neftçi” 1972-də düşdüyü birinci diviziondan yenidən yüksək dəstəyə qayıtmışdı. Həmin mövsüm indiyə qədər mənim üçün yaddaqalandı.
- 1966-cı ildə qazanılan “bürünc”dən sonra “Neftçi”dən daha artığı gözlənilirdi. Amma ciddi mənada heç nə əldə olunmadı. Hətta özünüz də qeyd etdiyiniz kimi, komanda aşağı dəstəyə yuvarlanmışdı. Deyilənə görə, daxili çəkişmələr komandanın uğura gedən yolunu bağlayırmış.
- Çəkişmələr hər yerdə olur, amma səbəb bu deyildi. Həmin vaxt güclü futbolçulardan qurulmuş yaxşı komandamız vardı. Amma zaman ötdükcə futbolçular yaşa dolur, nəsildəyişmə prosesi gedirdi. Bəzi futbolçular “Neftçi”ni tərk edirdi, onların yerinə gənclər cəlb olunurdu. 1970-ci ildə uğurun əsas memarı Əhməd Ələsgərov da komandanı tərk etdi. Bundan sonra köklənmək, yenidən əvvəlki ab-havanı bərpa etmək çətin idi. Yəni sırf daxili çəkişmələrdən danışmaq düzgün olmaz.
- “Neftçi”nin 80 illik yubileyi necə qeyd olunmalıdı?
- Klubun indiki rəhbərliyi ilə heç bir əlaqəm yoxdu. 2015-ci ildə “Neftçi”ni öz xoşumla tərk edəndən sonra heç kimlə danışmamışam. Ovaxtkı icraçı direktor Elnur Məmmədovun mənə göstərdiyi münasibət xoşuma gəlmədi, ona görə də ərizə yazıb çıxdım. Halbuki mən o münasibəti haqq etməmişdim. Ona təəccüblənirəm ki, Elnur Məmmədov kimi futbolda peşəkar olmayan insan “Neftçi”ni tərk etsə də, o gündən bu yana rəhbərliyin yadına düşmürəm. İş üçün yalvarmaq, kiməsə ağız açmaq fikrim yoxdu. Ən azı 50 ilini “Neftçi”yə həsr etmiş bir şəxs, veteran kimi müraciət edə, hansısa məqamda fikrimi dinləyə bilərlər. Öz aramızdı, 1966-cı ildəki komandadan Azərbaycanda kimlər qalıb? Kazbek Tuayevdi, Yaşar Babayevdi və mən.
- Yubiley necə qeyd olunmalıdı?
- Bu haqda nəsə deməyim düzgün olmaz. Yəqin ki, nəsə fikirləşəcəklər. Yadımdadı, 70 yaşını “Jazz Club”da qeyd etmişdilər.
- Sabah (bu gün) rəhmətliklərdən kimlərinsə qəbri üstünə gedəcəksiz?
- Əlbəttə. Həmişəki kimi Fəxri Xiyabana gedəcəm. Orda Anatoli Banişevski, Ələkbər Məmmədov yatır. Bu mənim borcumdu.
- “İnter”lə oyun klubun yaranma tarixinə uyğun vaxtda – 19.37-də başlayacaq. Sizi dəvət ediblər?
- Hələ ki mənə heç kim zəng vurmayıb.
- Stadiona gedəcəksiz, yoxsa evdə, televizor qarşısında oturacaqsız?
- Dəvət olunmadığım yerə getməyi özümə ayıb bilirəm. Məsləhət bilsələr, çağırarlar. Onsuz da son vaxtlar göstərilən münasibət mənə psixoloji zərbədi.
- Sizcə, hazırkı rəhbərlik qəzetlərdə, saytlarda yazılanları oxuyur?
- Məncə, oxuyurlar. Hər bir savadlı insan yazılanları oxumalıdı.
- “Neftçi” 80-cı ilində necə təsir bağışlayır?
- Sözün düzü, qış fasiləsinə qədər olan dönəmdə vəziyyət acınacaqlı idi. Komandanın quyuya yuvarlanacağını təxmin edirdim. Amma Elxan Abdullayevin gəlişindən və qış fasiləsində edilən dəyişikliklərdən sonra “Neftçi” yaxşı mənada dəyişib. İndi komandada ruh yüksəkliyi var, qələbələr qazanırlar. Ruslan Abdullayev, həm də oğlu Elxan Abdullayev ilə birgə çalışmışam, səhhətlərinin qayğısına qalmışam. Yəni hər ikisini yaxşı tanıyıram. Elxan “Neftçi”nin ruhunu qaytarmaq istəyir. Artıq müəyyən təcrübə sahibidi. Ümid edirəm ki, bu il azı ölkə kubokunu qazanıb avrokuboklarda yaxşı nəticələrə imza atacaqlar. Mənim tək istəyim “Neftçi”nin əvvəlki vaxtlarını xatırlatması, çempionluq uğrunda mübarizə aparmasıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar