10 fev 13:13aktual

16 əcnəbi arasında fərqlənən “5-lik”

16 əcnəbi arasında fərqlənən “5-lik”
İtaliya A seriyası, Ukrayna çempionu, Yunanıstan kubokunu sahibi...
Artıq əvvəlki vaxtlar deyil. Premyer-liqa təmsilçilərinin sayının xeyli azalması, üstəgəl, futbola illər öncəki qədər maliyyənin ayrılmaması vəziyyəti kökündən dəyişib. 5-10 il əvvəl əcnəbilər Azərbaycanda top dalınca qaçmaq üçün növbəyə dayanırdısa, indi bizim klublar onların dalınca qaçır, minnətçi düşür. Ona görə də qış fasiləsində transferlərin sayı gözlədiyimizdən də az oldu. Hə, bir də baş məşqçilərin postunu itirməmək üçün keçidlər zamanı olduqca diqqətli davranması da ümumi nəticəyə təsirini göstərib. Premyer-liqada “transfer pəncərəsi” dünən bağlandı. Bu isə o deməkdi ki, çempionatın ikinci yarısında “Sumqayıt”ın Peymanlarını də nəzərə alsaq, 16 yeni sima görəcəyik. Təbii, aralarında ümidverən karyeraya sahib olanlar da var, gözləmədiyimiz anda qəhrəmana çevrilə biləcək futbolçular da. Yazıda daha çox keçidi səs-küy doğuran, əvvəlki komandalarında etdikləri ilə diqqətləri üzərinə çəkən və cari mövsümün kəşfinə çevriləcəyinə ümid etdiyimiz oyunçuların kimliyinə toxunacağıq.
Aleksandr Rıbka
Ukrayna və Türkiyə futbolu ilə yaxından maraqlananlara bu qapıçını yaxından tanıtmağa ehtiyac yoxdu. Hətta Ukrayna futbolunu yox, bu ölkənin iki nəhənginin - “Şaxtyor”la “Dinamo”nun oyunlarını diqqət mərkəzində saxlayanlar onun haqda müəyyən məlumatlara sahib olmalıdı. Adam 2011/12 mövsümündə Donetsk “Şaxtyor”un əsas qapıçısı olub. Bir il sonra Kiyev “Dinamo”suna keçib. “11-liy”in daimi üzvünə çevrilə bilməsə də, keçirdiyi oyunları sayı heç də az olmayıb. Və hər komanda ilə Çempionlar Liqası və Avroliqada böyük təcrübə sahibi olub. Ardınca qonşu Türkiyəyə yollanıb. Superliqada “Karabükspor”ün “çərçivə”sini qoruyub. Rıbkanın karyerasını vərəqləyəndə həm də Ukrayna yığmasının adını görmək mükündü. Dəfələrlə cəlb olunduğu millidə üç oyunda əlcək taxmağa imkan tapıb. Onu hamıdan öndə durmağa məcbur edən səbəblərdən biri də qazandığı titullardı. 5 dəfə Ukrayna çempionu, 4 dəfə ölkə kubokunun, 3 dəfə isə superkubokun sahibidi.
Canluka Sansone
Karyerasındakı klub adları və oynadığı çempionatın səviyyəsi baxımından seçilənlərdəndi. 32 yaşında ilk dəfə legioner həyatı yaşamağa qərar verən Azərbaycan premyer-liqasının ilk italiyalısının karyerasında kifayət qədər italyan komandasının adı var: “Sassuolo”, “Sampdoriya”, “Bolonya”, “Bari”, “Novara”... Daha bir neçəsini görmək mümkündü, sadəcə, azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan adları xatırlatdıq. Hücumda, həm də cinahlarda oynamaq bacarığı ilə seçilən Sansonenin ən parlaq dönəmləri 2011-15-ci illərə təsadüf edib. 2011/12 mövsümündə B seriyasında 20 qol vurmaqla A seriyasının bir neçə təmsilçisinin diqqətini çəkib ki, sonda “Torino” ilə razılaşıb. Növbəti mövsümdə isə “Sampdoriya”ya keçib və ardıcıl 3 il genuyalıların uğurları üçün tərk töküb. A seriyasında ardıcıl 56 matçda çıxış edib, bir dəfə B seriyasında ən sərrast oyunçular arasında yer alıb. Hər halda, indiyə qədər ölkəmizə gələnlər arasında İtaliya elitasında bu sayda oyun keçirən ikinci futbolçu olmayıb.
Riçard Almeyda
Əslində onu futbolsevərlər üçün yeni sima adlandıra bilmərik. “Qarabağ”dan əvvəlki klublarında da gözəgəlimli heç nə ilə yadda qalmayıb. Ən gözəl illərini məhz 2018-in yayına qədər formasını geydiyi “Qarabağ”da keçirib. Ötən mövsüm başa çatan kimi ölkəmizi tərk edib Qazaxıstana üz tutan yığma üzvünün yoxluğu ağdamlıların çıxışında özünü qabarıq göstərirdi. Düzdü, “köhlən atlar” Riçardsız da hədəfə çatıb Avroliqanın qrupuna vəsiqə qazandı. Razılaşarsız ki, Almeydanın meydandakı yeri görünürdü. Nə Miçel, nə də yayda transfer olunan Simeon Slavçevlə Filip Ozobiç beynəlxalq oyunlarda Riçard olmağı bacardılar. “Qarabağ”ın oyununda “qırılma” hiss olunurdu ki, bu da hücumların təşkili və top saxlama zamanı özünü aşkar biruzə verirdi. Buna görə də böyük əksəriyyət “Qarabağ” rəhbərliyini “20 nömrə”ni vaxtında dilə tutub komandada saxlaya bilmədiyinə görə qınayırdı. Riçard artıq “Qarabağ”ın futbolçusudu. İcarə müqaviləsi ilə olsa belə, bu ilin sonuna qədər köhnə-yeni komandasının uğurları üçün tər tökəcək.
Reynaldo
Təxminən eyni sözləri başqa braziliyalıya da aid edə bilərik. Vaxtilə Belçikanın müxtəlif komandalarının uğurları üçün tər töksə də, ulduz ola bilməmişdi. “Qarabağ”a gələndən sonra tale üzünə güldü. İlk mövsümdəcə sərgilədiyi oyun, vurduğu qollar və verdiyi ötürmələr ilə azarkeşlərin könlünə yol tapmağı bacardı. 2013/14 mövsümündə isə vurduğu 22 qolla premyer-liqanın ən sərrast futbolçusu adını qazandı. Zamanla daha çox faydalı olmağa başladı ki, “9 nömrə”nin bacarığı ağdamlıların təkcə daxili yox, həm də xarici arenalarda uğur qazanmasına yardımçı oldu. Azərbaycanı tərk edəndən sonra Türkiyə karyerası istədiyi kimi alınmasa da, “Aktobe”nin heyətində 30 matçda rəqib qapılarına 7 dəfə yol tapması “ölmədiyinin” sübutu idi. Braziliyalılara xas ərköyünlüyü, bir az da intizamsızlığı “Qarabağ”dan ayrılmasını şərtləndirmişdi. Görünən odu ki, əvvəlki səhvlərindən nəticə çıxarıb. Belə olacaqsa, vaxtilə “Qarabağ”da çıxış etdiyi 4 ildə 65 qola imzasını yazdıran Reynaldo uğurlu çıxışının davamını gətirəcək.
Vangelis Platellas
Əslində sonuncu yerə üç namizəd var: Mamadu Mboc, İsmail Fofana və Vangelis Platellas. Sadəcə, bu üç futbolçunun karyerasını vərəqləyəndə, titul, yığma və avrokubok statistikasına nəzər yetirəndə, Platellasın bir addım öndə olduğunu görürük. Uzun illər Yunanıstan superliqasında çıxış edən solaxay yarımmüdafiəçi bir neçə komandanın şərəfini qoruyub. “Ksanti”, “Atromitos”, OFİ, AEK... Və ən gözəl illərini sonuncuların heyətində keçirdiyini deyə bilərik. Afina təmsilçisinin sıralarında olduğu 3 mövsümdə rəqib qapılarına 13 dəfə yol tapması ilə fərqlənən Platellas, 2017/18 mövsümündə - “Aris”də oynadığı vaxt 9 qolla yadda qalıb. AÇ-2016-nın seçmə mərhələsində Yunanıstan millisinə də cəlb olunub. 2015-in sentyabrında adı Finlandiya və Rumıniya ilə oyunların iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb. AEK-də çıxış edəndə iki titulun qazanılmasında xidmətləri olub. 2014/15 mövsümündə çempionluq sevinci yaşayıb, 1 il sonra ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar