09 fev 14:28aktual

“Zirə” ilə “Sabah” texniki problemin güdazına gedib

“Zirə” ilə “Sabah” texniki problemin güdazına gedib
Zaur Əzizov: “5 manatlıq bayrağa görə 1600 manat cərimə yazılır, qərardan şikayət edəcəyik”
AFFA İntizam Komitəsinin (İK) çərşənbə axşamı keçirilən iclasında klublara ümumilikdə 9400 manat cərimə kəsildi. Premyer-liqanın 15-ci turunda yaşananlara hüquqi qiymət verən komitənin bəzi qərarları istər-istəməz diqqəti çəkdi. Düzdü, vərəqələrə və ya azarkeşlərin pirotexniki vasitələrdən yararlanmasına görə kəsilən cəzaya bir söz demək olmaz. Özü də 3-cü dövrənin ilk turunda 4 qırmızı vərəqə göstərilmişdi. O başqa məsələ ki, vərəqələrdən hansılar haqlı idi, hansılar haqsız. Sadəcə, İK müvafiq maddələrə uyğun olaraq “qırmızı”ya düşən futbolçuları cəzalandırdı, klubunu isə cərimələdi. Ancaq əsas maraq doğuran məqamlar başqa cəzalarla bağlıdı.
Texniki problemin qurbanları
Artıq “Zirə”nin bir dəfə protokoldakı səhvə görə başı ağrıyıb. Yadınızdadısa, ilk dövrədə, “Səbail”lə oyun zamanı “qartallar”ın iştirak ərizəsinə limitə uyğun gələn futbolçunun adı yazılmamışdı. Bu üzdən qəsəbə təmsilçisi heç-heçə etdiyi oyunda (1:1) 0:3 hesablı texniki məğlubiyyətlə üzləşdi. Ümumiyyətlə, mövsümün ilk yarısında texniki məğlubiyyətlərin sayı yetərincə oldu. Həm premyer-liqada, həm də divizionda belə hallar yaşandı. Bəlkə də məhz buna görə PFL qışdan sonra protokolların fərqli şəkildə hazırlanmasına qərar verdi. Yeniliyin nədən ibarət olduğunu isə ötən saylarımızdan birində qeyd etmişdik. Maraqlıdı ki, “Zirə” – “Sabah” görüşündə (0:2) hər iki komanda protokola görə cəzalanıb. Həm “qartallar”ın, həm də dübütantın nümayəndəsi matçın protokolunu vaxtında təqdim etməyib. Nəticədə hər iki klub 800 manat “tərləyəcək”.
Bəs görəsən, bu məsələdə məsuliyyət kimindi? “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə ilə danışdıq: “Protokolu mən yazmamışam. Bilirsiz ki, iştirak ərizəsinin yazılma qaydasında dəyişiklik edilib. Hər komandanın heyəti fərqli kağızlarda göstərilir. Protokol matçın startından 75 dəqiqə öncə təqdim olunmalıdı. Biz də bu vaxtdan da əvvəl sənədi 4-cü hakimə vermək üçün gətirmişdik. Lakin protokolun üzünü çıxarmaq lazım idi. Biz də bunun üçün getdik və texniki problem oldu. Belə deyim, “Sabah” da bizə görə gecikdi. Meydan sahibi biz idik və “Sabah”ın da protokolu bizdə olduğundan onlar da vaxtında təqdim edə bilmədilər”.
“Sabah”ın mətbuat katibi Elnur Həmidov isə bunları dedi: “Protokol oyunöncəsi iclasdan dərhal sonra yazılıb. Yəni həm “Zirə”, həm də bizim iştirak ərizəmiz nəzərdə tutulan müddətdən öncə hazır idi. Sadəcə, AFFA nümayəndəsinə təqdim etmək üçün protokolun surəti çıxarılmalıydı. Burda yaranmış texniki problemə görə sənədin surətinin çıxarılması bir qədər gecikdi. Bu üzdən protokolun təqdim edilməsi nəzərdə tutulan vaxtdan təxminən 10 dəqiqə gecikdi. Əslində kimdəsə günah görmək də düzgün deyil, tam texniki səbəblə bağlı olan gecikmə idi”.
“Qəbələ” şikayət edəcək
Mövsümün ilk yarısının sonlarında özünə gələn “Qəbələ” ikinci dövrəyə qələbə ilə başladı. “Sumqayıt”ı öz meydanında 1 cavabsız qolla üstələyən “qırmızı-qaralar” xal ehtiyatını artırdı. Ancaq İK bölgə təmsilçisinin qələbənin sevincini doya-doya yaşamasına imkan vermədi. Doğrudu, 1600 manat cərimə “Qəbələ” üçün dünyanın sonu deyil. Özü də legionerlərə kifayət qədər pul verən klublar üçün bu məbləği ödəmək faciə olmaz. Lakin cərimənin hansı səbəbə görə kəsilməsi məsələnin mahiyyətini dəyişir. Belə ki, İK hakimlər otağında lazımi inventarlar olmadığına görə “Qəbələ”ni 1600 manat cərimələyib. Burda söhbət yardımçı hakimlər üçün ehtiyat bayraqların olmamasından gedir. Komitənin qərarı isə “qırmızı-qaralar”ı narazı salıb. Hətta klub buna görə apellyasiya şikayəti də edəcək. Yaxşısı budu, “Qəbələ”nin baş meneceri Zaur Əzizovu dinləyək: “Əslində həmişə belə olub. Sadəcə, ilk dəfə bu səbəbdən cərimələnirik. Apellyasiya şikayəti verəcəyik. Söhbət orda yan xətt hakimləri üçün ehtiyat bayrağın otaqda olmamasından gedir. Əsasnaməyə görə olmalıdı. Bizdə hər cür ölçüdə kifayət qədər bayraq var. Lakin həmin vaxt deyilməyib ki, filan şey çatmır və bu belə bir ciddi problem yarada bilər. Yəni 5 manatlıq bayrağa görə 1600 manat cərimə yazılır, qərardan şikayət edəcəyik. “Qışdan sonra nəzarət güclənəcək” nə deməkdi? Hansısa Əsasnamə varsa, bu niyə 1-ci turdan yox, 15-ci turdan tətbiq olunmalıdı? Əsasnamə necə tələb edirsə, əvvəlcədən də ona uyğun davranılmalıdı”.
“Qarabağ”ı təəccübləndirən qərar
Çempionatın prinsipial və mərkəzi qarşılaşmasında “Qarabağ”la “Neftçi” “sülh bağladı”. Beləcə tərəfləri yenə də 3 xal ayırır və bu komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. Sözügedən oyunda yaşananlara görə “köhlən atlar” ümumilikdə 2600 manat cərimələndi. Bunun 1000 manatı ilə işimiz yoxdu. Belə ki, Qara Qarayevin “qırmızı”sı kluba 200, azarkeşlərin priotexniki vasitələrdən istifadəsi 800 manata başa gəldi. Qalan 1600 manat cərimə isə ağdamlıların məşqçilərindən birinin “əməl”inin nəticəsidi. Belə ki, matçdan öncə hakimlər otağına icazəsiz daxil olan “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi, bolqar Mario Dobromirovun hərəkəti klubu ziyana salıb. Adı çəkilən mütəxəssisin referilərə nə üçün “baş çəkdiyini” anlamaq çətindi. Sözsüz ki, ədalət təmsilçilərinə hər hansı təsir inandırıcı görünmür. Bəs görəsən, Dobromirovun bu addımının səbəbi nə olub? “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələni belə izah etdi: “Düzdü, Əsasnamədə belə bir bənd var ki, ora girmək olmaz. Ancaq Mario sırf məşq saatını soruşmaq istəyib. Yəqin ki, Əsasnamədəki maddə hakimlərə təzyiq baxımından nəzərdə tutulub. Mən belə başa düşürəm. Lakin Dobromirov yalnız vaxtı dəqiqləşdirmək məqsədilə bu addımı atıb. Canlı yayın olduğu zaman vaxtla bağlı proqramda dəyişiklik olub-olmadığını soruşmaq üçün qapını döyüb. Başqa bir şey olmayıb. Bizə də bu durum qəribə gəldi. Şikayət? Bilirsiz ki, biz hər zaman loyal yolun tərəfdarıyıq. Heç vaxt qaragüruhdan istifadə etmirik. Şikayətlənməyi xoşlamırıq. Açığı, yəqin ki, bu durum bizdə olduğu qədər, başqalarınma da qəribə gəlib. Fikrimcə, şikayət etməyimiz də nəyisə dəyişməyəcək. Doğrudu, oyundan öncə olan iclasda məşqin vaxtı deyilir. Amma matçın nümayəndəsinə və ya hakimlərə yaxınlaşıb nəyisə dəqiqləşdirmək olar. Bu normaldı. Heç bir təzyiqdən, təsirdən söhbət gedə bilməz. Dobromirov girib hakimlərə nə təzyiq göstərə bilər ki?! Düşünmürəm ki, nə “Neftçi”, nə də başqa klubumuz bunu görüb protokola hansısa qeyd etsin. Çünki heç çoxları Marionu tanımır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar