09 fev 14:24aktual

Kapitanlar səfər qolunun ləğvinin tərəfdarıdı

Kapitanlar səfər qolunun ləğvinin tərəfdarıdı
Rəşad Sadıqov: “Ola bilər, penalti seriyasına gedən matçların sayı çoxalsın”
Ruslan Abışov: “Həmin qayda aradan qaldırılsa, ədalətli olacaq”

UEFA avrokuboklarda dəyişiklik etmək haqda düşünür. Belə ki, Çempionlar Liqası və Avroliqada səfər qolu qaydasının ləğvi məsələsi aktuallaşıb. Bu haqda "Kicker" jurnalı hələ çərşənbə axşamı məlumat yaymışdı. Almaniyanın məşhur idman nəşri sözügedən qaydanın böyük ehtimalla ləğv olunacağını vurğulayıb. Hətta bu məsələnin UEFA İcraiyyə Komitəsinin son iclasında müzakirə ediləcəyi də deyilmişdi.
Məlum olduğu kimi, turnirlərin pley-off mərhələsində səfərdə vurulan qollar komandalar üçün üstünlük sayılır. İki oyunun nəticəsinə əsasən topların fərqində bərabərlik yarandığı zaman mərhələni rəqib meydanında daha çox qol vuran tərəf adlayır. Onu da bildirək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası ötən il milli federasiyalara bu qaydadan imtinaya icazə verib. Yeri gəlmişkən, bu mövsüm İngiltərə Liqa Kubokunda səfər qolu qaydasının ləğvi təsdiqini tapdı. Söhbət yarımfinalın cavab matçı çərçivəsində keçirilən "Çelsi" - "Tottenhem" qarşılaşmasından gedir. Birincilər səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə 2:1 hesablı qələbə ilə tarazlıq yaratdı və dərhal penalti seriyasına start verildi. Deməli, yeni qayda əksər klubların narazılığına səbəb olan 30 dəqiqəlik əlavə vaxtın da ləğvi deməkdi.
Qeyd edək ki, səfər qolu qaydası 1965/66 mövsümündən qitəmiqyaslı klub turnirlərində tətbiq olunur. Maraq üçün bu qaydanın klublarımızın taleyinə təsirini yada salaq. İndiyədək təmsilçilərimizin növbəti mərhələ şansı 13 dəfə səfər qolu sayəsində həll olunub. Əslində 53 yaşlı qərar bizimkilər üçün yetərincə düşərlidi. Belə ki, klublarımız 9 dəfə səfər qolu ilə mərhələ adlayıb. Yalnız 4 dəfə bu qaydanın əziyyətini çəkmişik. Həmin məqamdan ən çox faydalanan təmsilçimiz isə "Qarabağ”dı. Düzdü, "köhlən atlar"ın 2016/17 mövsümündə, ÇL-in 3-cü təsnifat mərhələsində Çexiya “Viktoriya”sına məğlubiyyəti rəqibin məhz səfər qolu sayəsində gerçəkləşmişdi – 0:0, 1:1. Amma “Qarabağ”ın avrokubokda yazdığı tarixlərin hamısı səfər qolu ilə reallaşıb. Söhbət klubun 3 ən önəmli uğurundan gedir. 1999/2000 mövsümünədək mərhələ keçə bilməmişdik. Sindrom İntertoto Kubokunda qırıldı. Ağdamlılar İsrail təmsilçisi “Makkabi”ni (Hayfa) səfər qollarının sayında üstələdi – 2:1, 0:1. “Qarabağ” ilk dəfə AL-in qrupuna düşərək “Neftçi”nin uğurunu təkrarlayanda da sözügedən qaydanın bəhrəsini gördü. Bu komanda pley-offda Hollandiya “Tvente”sini səfərdəki qolla keçdi – 0:0, 1:1. Avrokuboklardakı ən böyük uğurumuz sayılan ÇL-in qrupuna düşmək vəzifəsi də səfər qolu ilə reallaşdı. 2017/18 mövsümündə Danimarkada vurulan qol “Qarabağ”ın “Kopenhagen”lə görüşlərdə tarix yazmasına səbəb oldu – 1:0, 1:2. Bundan başqa, səfər qolu 2011/12 mövsümündə də “Qarabağ”ın işinə yarayıb. Farer adalarının “Streymur”u Avroliqanın 2-ci təsnifat mərhələsindən kənarlaşdırılıb – 0:0, 1:1. “Qəbələ” və “Neftçi” də səfər qolları ilə tarix yazıb. "Ağ-qaralar" klub tarixində ilk dəfə mərhələ adlamağa Bosniya və Hersoqovinadakı qolla nail olub. 2004/05 mövsümündə ÇL-də “Şiroki Briyeq” səddi keçilib – 1:0, 1:2. AL-də ilk dəfə qrupa düşən “Qəbələ” Yunanıstan “Panatinaikos”unu adlamağı səfərdə vurulan qollarla gerçəkləşib – 0:0, 2:2. Bundan başqa, “İnter” (indiki “Keşlə”) Makedoniya “Rabotniçki”si və Albaniya “Laçi”sini, “Neftçi” isə Slovakiya “Nitra”sını bu qayda hesabına keçib. Düzdü, “Kəpəz”in “Sloqa Yuqomaqnat”a (Makedoniya), “Xəzər Lənkəran”ın “Olimpiya”ya (Moldova), “Neftçi”nin “Mladost”a (Monteneqro) evdə buraxdığı qol səbəbindən uduzduğu faktları da var. Lakin 13 belə haldan 9-da mərhələni bizimkilər keçibsə, ləğvi gündəmdə olan qaydanı təmsilçilərimiz üçün uğursuz saymamalıyıq.
Təbii, futbolda hər dəfə hansısa qayda dəyişəndə, bu, geniş müzakirələrə səbəb olur. Elə səfər qolu üstünlüyünün ləğvi ideyası da istisna deyil. Bəziləri UFEA-nın atmaq istədiyi addımı ədalətin bərpası sayır. Bəziləri isə artıq komandaların səfərdə qol vurmaq üçün çalışmayacağını, əsasən müdafiənin qeydinə qalacağını düşünür. Maraqlıdı ki, qaydanın dəyişdirilməsi ilə əlavə 30 dəqiqə də aradan qaldırılacaq. Bu isə o deməkdi ki, bir müddət öncə 4-cü əvəzetməyə verilən icazə qərarı da əhəmiyyətini itirir. Bir sözlə, fərqli yanaşmalar, fikirlər, proqnozlar var. Düzdü, hələ ki ideya qərar kimi təsdiqlənməyib. Ancaq əksəriyyət buna razı olsa, səfər qolu qaydası tarixin yaddaşına köçəcək.
Bəs görəsən, bizim futbolçular bu haqda nə düşünür? Onlar yeni ideyanı dəstəkləyir?
Kapitanlar səfər qolunun ləğvinin tərəfdarıdı
Rəşad Sadıqov, "Qarabağ"ın kapitanı: "Özüm də səfər qolu haqda çox düşünmüşəm. Ola bilər, penalti seriyasına gedən matçların sayı çoxalsın. Ancaq fərqli də ola bilər. Komanda biləndə ki, hesab sərf etmir, artıq fərqli oynayacaq. Hər halda, mən elə fikirləşirəm ki, pis ideya deyil".
Kapitanlar səfər qolunun ləğvinin tərəfdarıdı
Ruslan Abışov, "Neftçi"nin kapitanı: "Futbol qaydalarının dəyişdirilməsinə elə də yaxşı baxmıram. Məsələn, VAR sistemi yaranandan müzakirələr azalıb. Oyunlardan sonra futbol ətrafında maraqlı söhbətlər əvvəlki qədər deyil. Düzdü, ədaləti bərpa edən sistemdi. Ancaq bununla yanaşı, futbolla bağlı gedən qızğın müzakirələri və mübahisələri azaldıb. Ümumiyyətlə, futbol qaydalarında qlobal dəyişikliklərin tərəfdarı deyiləm. O ki qaldı səfər qolunun ləğv edilməsinə, bu ədalətlidi. Həmçinin maraqlı bir dəyişiklikdi. Ancaq nə qədər də olmasa, futbolda olan intriqanı, həyəcanı azaldacaq. Ləğv edilməsi müzakirə olunan qaydada isə səfər qolu çox önəmli idi. Futbolçular səfərdə oynayanda başqa məsuliyyətdə olurlar, həvəslə oynayırlar. Komandaların rəqib meydanında daha motivasiyalı mübarizə apardıqlarını görürük. Bununla belə, yenə deyirəm, həmin qayda aradan qaldırılsa, ədalətli olacaq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar