09 fev 14:00aktual

“Azərsun Arena”nın qazonunda problem yaranıb

“Azərsun Arena”nın qazonunda problem yaranıb
“Qarabağ”ın doğma stadiona dönəcəyi tarix məlum deyil
Son üç mövsümdə rəqiblərini “Azərsun Arena”da qəbul edən “Qarabağ” artıq Tofiq Bəhramov adına Respublika stadionunu özünə doğma bilir. Düzdü, şəhərin mərkəzindəki arena da ağdamlıların sərəncamındadı. Bir neçə il öncə ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən stadion qaçqın komandanın ixtiyarına verilmişdi. Buna baxmayaraq, “köhlən atlar” ev oyunlarını Suraxanıda yerləşən “Azərsun Arena”da keçirirdi.
Cari mövsümə də orda başlamışdılar. Lakin sonradan nə oldusa, yenidən “Tofiq Bəhramov”a qayıtmaq qərara alındı. Həmin vaxt səbəb kimi stadionun projektorlarında yaranmış problem göstərilmişdi. Razılaşarsız ki, elektriklə bağlı nöqsanı aradan qaldırmaq üçün aylar yox, bir neçə gün də bəs edir. Həm də hal şahidlərinin dediyinə görə, Suraxanıda yerləşən stadionun projektorları işlək vəziyyətdədi. Hər halda, komanda üzvləri axşam saatlarına təsadüf edən məşqlərini orda edir. Deməli, “Neftçi”ylə prinsipial qarşılaşmanın, eləcə də digər oyunların Respublika stadionunda keçirilməsi projektorla bağlı deyil.
Çoxlarının narazılığına və marağına səbəb olan məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Həmkarımız bu dəfə ortaya başqa problemin çıxdığını diqqətə çatdırdı: “Azərsun Arena”nın əsas meydanında ot örtüyü ilə bağlı müəyyən problem yaranıb. Ciddi nöqsan olmasa da, durum qənaətbəxş də deyil. Qış aylarıdı deyə, otun müəyyən müddətə “dincəlməsinə” və qulluq görməsinə ehtiyac var. Mütəxəssislərin fikrincə, ot yüklənsə, fəsadları daha ağır ola bilər. Ona görə də hələ ki “Azərsun Arena”nın xidmətindən yararlanmırıq. Köməkçi meydan da təmirə bağlanıb. Eyni problem əsas meydanın qazonunda da yaranar deyə, ehtiyat edirik”.
Deyək ki, bunu anlayışla qarşıladıq. Belədə ortaya başqa sual çıxır: Suraxanıda və ora yaxın ərazilərdə yaşayan futbolsevərlər “Qarabağ”ı cari mövsümdə yenidən “Azərsun Arena”da iş başında görə biləcək, yoxsa Qurban Qurbanovun yetirmələri mövsümün sonuna qədər qonaqları mərkəzi arenada qəbul edəcək? Nurlan bəy bu məsələyə də aydınlıq gətirdi: “Hazırda bu məsələ ilə bağlı söz demək çətindi. Bu haqda mütəxəssislər rəy verəndən sonra nəsə söyləyə bilərik. Qarşıdakı oyunlarda “Azərsun Arena”ya dönüşümüz gözlənilmir. Çempionatın sonuna yaxın necə olacaq, bunu zaman göstərəcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar