09 fev 13:58aktual

“Forza Neftçi”nin rəhbərindən sərt mesaj

“Forza Neftçi”nin rəhbərindən sərt mesaj
“Sapı özümüzdən olan bəzi ultrascıqlar, tələsməyin, sizin də...”
Ötən bazar baş tutan Azərbaycan derbisinə azarkeşlər xüsusi rəng qatdı. Bir tərəfdə “İmarət”in, digər yanda “Forza Neftçi”nin üzvləri elə atmosfer yaratmışdılar ki... İzah etməyə söz tapmaq olmur. Həmin gün Azərbaycan səviyyəsində yetərincə baxımlı azarkeşlik izlədik.
“Neftçi”nin özünə gəlməsi, hər gün çempionluğa bir addım da yaxınlaşması sadiq azarkeşlərini hərəkətə keçirib. İndi onların sayı da əvvəlkinə nisbətən çoxalıb, həvəsləri də. Halbuki Sadıq Sadıqovun prezident postundan getməsindən sonra “ağ-qaralar” uzun müddət uğursuzluq zolağından çıxa bilmirdi. Bir ara turnir cədvəlinin “dib”inə yuvarlanması, “Qəbələ”yə 0:8 hesablı məğlubiyyət, Elxan Abdullayevin onları “xuliqan” adlandırması – bütün bunlar “forzalılar”da böyük gərginlik yaratmışdı. Artıq həmin günlər geridə qalıb, fanatlar ümidləniblər.
İşlərin rəvan getdiyi vaxtda “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin “feysbuk”dakı şərhi diqqətimizdən yayınmadı. Deməli, “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşlərinin yer aldığı tribunanın şəkli paylaşılıb və fotoya “ya çəkil, ya əzil” başlığı qoyulub. Hamıdan əvvəl qrupun rəhbəri şərh yazıb: “Sapı özümüzdən olan bəzi ultrascıqlar, tələsməyin, sizin də... Az qalıb, çox az”.
Əslində mesajın kimlərə ünvanladığını anlamaq çətin deyil. Sadəcə, təxminimizdə yanılmamaq üçün səbəbkarla əlaqə saxladıq ki, hər şeyi öz dilindən eşidək: “Neftçi”nin çətin günlərində komandaya hansı münasibətin olduğunu, yəqin ki, unutmamısız. Bir çox azarkeşlər tribunalardan uzaqlaşdı, kimlərsə kənardan dayanıb tənqid etməyə başladı, elələri də oldu ki, “Qarabağ” azarkeşi olduğunu dilə gətirdi. Çox çətin dönəmlər idi, çox. Yığışıb söhbət edirdik, izah edirdik. Ki, sən hansısa futbolçunun, yaxud məşqçinin, rəhbərin yox, “Neftçi”nin fanatısan. “Neftçi”nin fanatı olan şəxs yaxşı günlər kimi, pis günlərdə də komandanın yanında olmalıdı. O dönəmlərdə “Neftçi”yə sahib çıxan yox idi. İsti-soyuq, qələbə-məğlubiyyət bilmədən Mərdəkana, Zirəyə, Qəbələyə gedib, tribunada varlığımızı göstərirdik. Hətta yenilgilər sıralandığı vaxtlarda belə, komandanı atmadıq, tribunadan uzaqlaşmadıq. Necə ki, yaxşı günlərində “Futbol+”in yanında olduğumuz kimi, çətin günlərində də sizlərin yanında olmağı özümüzə borc bilirik. Çünki bu, uşaqlığımızın qəzetidi, xatirəsidi. Deməyim odu ki, insan yaxşı-pis günə baxmaz. Amma “Neftçi”nin çətin dönəmlərində yoxa çıxan bəziləri indi yenidən peyda olmağa başlayıb. Özü də “Neftçi” haqda elə bəh-bəhlə danışırlar ki, adamı yandırır. Vaxtilə yalvara-yalvara stadiona apara bilmədiklərimizdi, indi özlərinə azarkeş deyirlər. Biz stadionlarda şiddət görəndə, klub rəsmilərindən “istefa qışqırmayın” göstərişini eşidəndə, yolda qalanda özlərinə azarkeş deyən həmin insanlar kənarda gəzirdilər. Dəstək olsunlar, özləri bilərlər. Kim onlara qadağa qoya bilər ki? Sadəcə, orda-burda deməsinlər ki, “Neftçi” mənim hər şeyimdi, “Neftçi”yə görə canımdan keçərəm”. Çünki bu sözləri dilə gətirmək günahdı. “Feysbuk”da nə yazdıqlarını oxuyuruq, orda-burda nə dediklərini eşidirik. İndi ortalığa düşüb klubun himayəsində fanklub yaratmaq istəyirlər. Bilsinlər ki, xəbərimiz var. Çünki bunun arxasında maliyyə dayanır, klubdan umacaq olmalıdı. Biz isə belə şeylərə imkan vermərik. Belələrinin içində “Neftçi” sevgisi yoxdu, şəxsi maraqları naminə nəsə etmək istəyirlər. Halbuki biz öz aramızda bilet almağın vacibliyi haqda danışırıq ki, kluba hansısa mənada köməyimiz dəysin. Heç olmasa, biletdən yığılan pul, çox olmasa da, bir futbolçunun qələbə mükafatını qarşılasın”.
Sübhan mesajı konkret kiməsə ünvanlamadığını dönə-dönə söylədi. İcmarıcı bir qrup şəxsədi ki, kimlərin nəzərdə tutulduğunu özləri bilir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar