08 fev 16:38aktual

“Keşlə”lilər iki aydı maaş almır, Kamrandan narazılıqlar var

“Keşlə”lilər iki aydı maaş almır, Kamrandan narazılıqlar var
Emin Mehdiyevin başına gələn isə yumoristik filmi xatırladır
Cari mövsümdə Avroliqaya vəsiqə qazanmağı hədəfləyən “Keşlə”nin məqsədinə çatıb-çatmayacağını qarşıdakı oyunlar göstərəcək. Qış fasiləsindən sonrakı ilk görüşdə “Səbail”ə uduzmaqla “siftə”si korlanan paytaxt təmsilçisində işlər heç də qaydasında getmir. Komandanın daxilində müəyyən narahatlıq və qeyri-müəyyənlik var. Oyun və nəticələr kənarda qalıb, məşqçilər heyəti və futbolçular başqa şeyin dərdini çəkir.
“Qırmızılar” sonuncu dəfə dekabrda pulun üzünü görüb. Ötən ilin son ayında noyabrın əməkhaqqını alan məşqçi və futbolçuların gözü artıq iki aydı “kağız” üzünə həsrətdi. Maaş kartlarını bankomata salıb-çıxarmaqdan kartlar yararsız vəziyyətə düşüb. Di gəl ki, içində “qara qəpik” də yoxdu. Halbuki Yeni il bayramı ərəfəsində dekabrın məvacibinin hesaba köçürüləcəyi deyilmişdi. Həmin vaxt xəbər çıxmadı, sonra da bayram günlərinə düşdü, təlim-məşq toplanışı və s. Baş qarışdı, AFFA-da oturanların “Keşlə”nin hesabına pul köçürmək planı yubandı. Futbolçular dekabrın maaşını gözləyə-gözləyə bir də ayılıblar ki, yanvarın əməkhaqqının da vaxtı çatıb. Adətən, hər ayın 5-nə qədər üzlər gülürdü. Amma hələ də xəbər-ətər yoxdu. Nə dekabrın, nə də yanvarın pulundan. Kamran Ağayev, Denis Silva kimi təcrübəliləri, eyni zamanda keçmişdə yaxşı qazanc əldə edənləri maaş düşündürməyə bilər. Amma elə məşqçi və futbolçular var ki, gözlərini aylıq məvacibə dikiblər. Arxasında ehtiyatı olmayanlar həmin pulla dolanır, ailə saxlayırlar.
Tərlan Əhmədov futbolçuların ruhdan düşməməsi, daxili ab-havanın pozulmaması üçün əlindən gələni etməyə çalışdığı dönəmdə bəd xəbərə üzülmək məcburiyyətində qalıb. Söhbət qış fasiləsində komandaya cəlb olunan, Bakıdakı və Antalyadakı hazırlıqda iştirak edən, yoldaşlıq görüşlərində forma geyən Emin Mehdiyevin “Keşlə”yə kömək edə bilməyəcəyindən gedir. Klub rəsmiləri futbolçunu düşərgəyə dəvət edərkən bir məqamı diqqətdən qaçırıblar. Cari mövsümün əvvəlində 2 oyunda “Qaradağ Lökbatan”ın formasını geyən, lakin sonradan Türkiyənin Bal liqasında mübarizə aparan “Niksar Bələdiyyəspor”a keçən Mehdiyev bununla da digər komandaya keçmək imkanını məhdudlaşdırıb. UEFA-nın qaydalarına əsasən, futbolçu bir mövsüm ərzində ən yaxşı halda iki komandanın şərəfini qoruya bilər. Necə ki, ötən il Rauf Əliyev məhz bu problem üzündən “Kukesi”dən ayrıldıqdan sonra rəsmi oyunlarda meydana çıxmaq imkanından məhrum olmuşdu.
Bir sözlə, Emin, yaxud “Keşlə”lilər divara dırmaşsalar belə, bu futbolçunun meydana çıxması qanunlara ziddi. Halbuki Tərlan Əhmədov vaxtilə “Neftçi”də birgə çalışdığı futbolçunu cinahdakı çatışmazlığı aradan qaldırmaq üçün böyük ümidlərlə yanına dəvət etmişdi. Klub rəsmilərindən kim(lər)insə səhlənkarlığı olub, futbolçu bununla bağlı aidiyyatı şəxslərə məlumat verməyib, bunlar öz yerində. İndi əsas sual səbəbkarın nə edəcəyidi. Mehdiyev mətbuata verdiyi açıqlamada məlum qərardan xəbərsiz olduğunu deyib. Yəni bir mövsümdə üç fərqli komandada oynamağın mümkünsüzlüyünü bilmirmiş. Həmçinin onu da bildirib ki, bu dəqiqə əsas məqsədi yenidən “Niksar Bələdiyyəspor”a qayıtmaqdı. Türklər qəbul etməsələr, çox güman, “Keşlə”də qalıb, yaya qədər məşq etməklə kifayətlənəcək. Özü yıxılan ağlamaz deyib, keçək digər xəbərə.
“Qırmızılar”ın Antalya toplanışını yaxından izləyənlər Kamran Ağayevin kurort şəhərindən qəfil vətənə qayıtmasından və bu üzdən “Çertanovo” ilə sonuncu sınaq matçında iştirak etməməsindən xəbərdardı. Həmin vaxt “Keşlə”nin saytı təcrübəli qapıçının şəxsi işləri ilə bağlı təcili Bakıya qayıtmasının vacibliyini yazmış, komanda gənc qapıçı Şahin Zəkiyevin ümidinə qalmışdı. Yəni ruslarla matçda Şahin zədələnsəydi, heyətdə əlavə qapıçı yox idi. Ya sahə oyunçularından biri əlinə əlcək taxmalıydı, ya da məşqçi Cəmaləddin Əliyev “çərçivə”yə keçməliydi.
Sən demə, Ağayevin təcili dönüşünün kökündə maddi maraq dururmuş. Futbolinfo.az saytının məlumatına görə, yığma üzvü reklam çəkilişində iştirak etmək üçün (deyilənə görə, “Coca-Cola”nın Novruz bayramı ilə bağlı çarxıdı) əvvəldən nəzərdə tutulan vaxtda Bakıda olmalıymış. Həmin tarixdə Türkiyədən qayıtmayacağı halda müqavilədə göstərilən 30 min manatın 15 mini silinəcəkmiş. Qapıçının məşqçilər heyətinə ilk müraciəti cavabsız qalıb. Təcili çıxış yolu tapmalı olan Kamran klubun Müşahidə Şurasının sədri Zaur Axundova zəng vurub. Axundovun cavabı müsbət olunca, Ağayev bir anda gözdən itib, Bakıya dönüb. Saytın məlumatına görə, narazılıq təcrübəli qolkiperin təkcə bu əməlinə görə deyil. Nüfuzundan istifadə edərək bəzi komanda yoldaşlarına kobudluq edir, özünü yekəxana aparır. Və buna görə də kapitanın davranışlarından narazı olan bəzi oyunçular rəhbərliklə görüşmək istəyir. Bunun üçün isə Zaur Axundovla üz-üzə gəlmək lazımdı.
Qeyd olunan üç məsələ ilə bağlı Zaur bəylə danışmaq, suallara cavab tapmaq maraqlı olardı. Təəssüf ki, gün ərzində etdiyimiz çoxsaylı zənglər cavabsız qaldı. Öyrənərkən məlum oldu ki, Axundov bir müddətdi ölkə xaricindədi. Vətənə qayıdan kimi dərhal komanda üzvləri ilə görüşəcək. Ümid edək ki, həmin vaxt biz də suallarımıza cavab tapacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar