08 fev 16:36aktual

Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi

Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi
Aqil Abbas: “22 illik tarixi olan qəzeti maliyyələşmədən kənarda saxlamaq olmaz”
Əflatun Amaşov: “Şərtlər açıqlanan gün sosial şəbəkələrdə “Futbol+”ə dəstək olan xeyli sayda insan gördük”
Fazil Mustafa: “Futbolu və idmanı işıqlandıran “Futbol+”ə yardım ayrılmalıdı”

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin ikinci rübündə yalnız ictimai-siyasi qəzetlərin layihələrini maliyyələşdirəcəyini bildirib. Bu isə ölkənin bir nömrəli idman nəşri olan “Futbol+”in avtomatik müsabiqədən kənarda qalması deməkdi.
Bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Olimpiadalarda, dünya və Avropa çempionatlarında idmançılarımız böyük uğurlara imza atıblar. Bakı bir çox sanballı beynəlxalq yarışlara evsahibliyi edib, edir və edəcək. Ölkə başçısının idmana və idmançılara qayğısı da göz önündədi. Belə bir ölkədə 22 illik tarixə malik idman qəzetinə dövlət yardımının ayrılmaması, “oyundankənar vəziyyətə salınması”, yumşaq desək, ölkə başçısının yürürtdüyü siyasətə zidd adımdı. “Futbol+” 22 ildə istər respublika daxilində, istərsə də ölkədən 10 min kilometrlərlə kənarda keçirilən böyük yarışları operativ şəkildə ictimaiyyətə çatdırıb və bu işi görməkdə davam edir. İdman sahəsində yaşanan bir çox problemlər məhz bu qəzetdə işıqlandırlır, ictimailəşdirilir. “Futbol+” haqsızlıqlarla üzləşən idmançılar, funksionerlər üçün də tribuna olub. Bu gün olimpiya, dünya və Avropa çempionu olan neçə-neçə idmançı ilk müsahibəsini məhz bu qəzetə verib. “Futbol+” gənclərə sağlam həyat tərzi, vətənpərvərlik aşılayıb, əyri yollardan, pis əməllərdən çəkinməyə səsləyib. Bu qəzeti oxuya-oxuya neçə nəsil yetişib. Və bütün bunların, illərdi çəkilən əziyyətin qarşılığında bu gün KİVDF idman ictimaiyyətinin sevə-sevə oxuduğu qəzetə yardımı dayandırmaq istəyir. Belə çıxır ki, idman bu gün ölkədə aktuallığını itirib...
Son günlər gündəmi zəbt edən, ictimaiyyət arasında geniş müzakirəyə yol açan sözügedən məsələ ilə bağlı cəmiyyət arasında tanınan ziyalıların, millət vəkillərinin fikrlərini öyrənməyi lazım bildik.
Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi
Görəsən, onlar fond rəhbərliyinin bu addımını necə qiymətləndirir? Bu məqsədlə öncə millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasla əlaqə saxladıq: “Son günlər qeyd etdiyiniz bu məsələ ilə bağlı mətbuata dəfələrlə açıqlama vermişəm. Hər dəfə də sizin qəzetin adını çəkərək, “Futbol+”ə maliyyə ayrılmasının zəruriliyini qeyd etmişəm. Azərbaycan idman ölkəsi kimi qəbul olunursa, idman mediası da daim diqqət mərkəzində olmalıdı. 22 illik tarixi olan qəzeti maliyyələşmədən kənarda saxlamaq olmaz. Bir mətbu orqan KİVDF-nin irəli sürdüyü şərtlərə cavab verirsə, idman və ya ictimai-siyasi qəzet olmasından asılı olmayaraq, fond tərəfindən maliyyə dəstəyi almalıdı”.
Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bunları dedi: “KİVDF-nin açıqladığı şərtlərlə hamı tanışdı. Bu gün fond daha çox ölkənin ictimai-siayasi arenasında baş verən hadislərin operativ, qərəzsiz ictimaiyyətə çatdırlmasına çalışır. Bunun üçün də şərtlərdə dəyişikliklər edildi. “Futbol+” yetərincə populyar qəzetdi. Hələ qəzetlərə KİVDF tərəfindən maliyyə yardımı ayrılmamış “Futbol+” fəaliyyət göstərib, geniş oxucu auditoriyası toplayıb. Ona görə də mənə elə gəlir, sizin qəzet dövlət tərəfindən yardım almadan belə nəşrini davam etdirə bilər. Bunun üçün abunəni genişləndirmək, müxtəlif idman qurumları, federasiyalarla əlaqəli işləmək, reklam bazarında iş görmək lazımdı. KİVDF-nin şərtləri açıqlanan gün sosial şəbəkələrdə “Futbol+”ə dəstək olan xeyli sayda insan gördük. Elə etmək lazımdı ki, həmin şəxslər bir gün yox, hər gün köşklərdən qəzet alsın. Sahə qəzetləri üçün manevr imkanı daha genişdi. İctimai-siyasi media isə bundan məhrumdu. Fondun büdcəsi elə də böyük deyil ki, sahə qəzetlərinə də yardım etsin, pul ayırsın. Siz deyirsiz ki, Azərbaycan idman ölkəsidi, respublikada hər il neçə-neçə böyük beynəlxalq yarışlar keçirilir. Bu fikrinizlə tam razıyam. Doğrudan da Azərbaycanda idmanı çox sevirlər, hər il ölkəmiz böyük, sanballı beynəlxalq yarışlara evsahibliyi edir. Siz də bundan yararlanın, oxucu auditoriyasını genişləndirin. Sabah mədəniyyət sahəsindən yazan qəzet də deyə bilər ki, hər il ölkəmizdə nə qədər mədəni tədbirlər keçirilir, bizə də yardım ayrılsın. İqtisadiyyat sahəsini işıqlandıran da oxşar fikirləri ortaya qoyub, eyni sözləri deyə bilər. Odu ki, sahə qəzetləri ilə bağlı durum fərqlidi. İnanıram ki, “Futbol+” əvvəlki kimi fəaliyyətini davam etdirəcək, çətin olsa da, yarıyolda dayanmayacaq".
Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi
Parlamentin üzvü Fazil Mustafa isə Əflatun Amaşovdan fərqli sahə qəzetlərinə də KİVDF tərəfindən maliyyə yardımının ayrılmasının vacib olduğunu bildirdi: “Bu gün çap mediasında müəyyən problemlərin yaşandığını hamı bilir. Fikrmcə, ictimai-siyasi qəzetlərlə yanaşı, mədəniyyət və idman sahəsi üzrə ixtisaslaşan qəzetlərin fəaliyyətini davam etdirməsi lazımdı. Məsələn, mədəniyyət sferasında “Ədəbiyyat” qəzetinə, futbolu və idmanı işıqlandıran “Futbol+”ə yardım ayrılmalıdı. Əks halda bu sahələrdə boşluq yaranacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar