08 fev 14:24aktual

“El Klasiko” ölkəmizdə niyə yayınlanmadı?

“El Klasiko” ölkəmizdə niyə yayınlanmadı?
Dünən təkcə bizim yox, demək olar, bütün dünyanın diqqəti “El Klasiko”ya yönəlmişdi. İspaniya kubokunun yarımfinalının ilk oyunları çərçivəsində “Barselona” ilə “Real” üz-üzə gəlirdi. Təbii, bu qarşılaşmaya marağın hansı səviyyədə olmasından danışmaq artıqdı. Hər kəs bunu bilir, dərk edir. Yuxarıda da vurğuladığımız kimi, bütün dünyanın diqqətini cəlb edən bir qarşılaşmadan danışırıq. Ancaq əsas məsələ başqadı.
Ölkəmizdə də bu iki komandanın fanatlarının yetərincə olduğu şübhə doğurmur. Hərçənd Bakı vaxtı ilə saat 00.00-da start götürən qarşılaşmanı izləmək istəyən azərbaycanlı futbolsevərlər heç də xoş olmayan durumla üz-üzə idi. Belə ki, telekanallarımızdan heç biri “Barselona” – “Real” matçını ekranlara daşımadı. Kimə desən ki, bizdə iki idman telekanalı var, qarşıda Avroliqanın finalına evsahibliyi edəcəyik, onun ardınca AÇ-2020-nin final mərhələsinin 4 qarşılaşmasını qəbul edəcəyik, hər il ölkəmizdə “Formula-1” keçirilir, dövlət tərəfindən idmana qayğı və diqqət yüksək səviyyədədi, yetərincə yarışa evsahibliyi etmişik, edirik və edəcəyik, ancaq “El Klasiko”nu göstərmirik – inanmaz. Reallıq isə budu ki, dünən futbolsevərlər oyunu izləmək üçün xarici kanallara üz tutmalı oldular. Görəsən, belə bir görüşün yayınlanmamasının səbəbi nədi?
Təbii, idman telekanallarından fikir öyrənməyi lazım bildik. Çünki digər telekanallar idmana elə də geniş yer ayırmır. Həftədə bir idman verilişi və idman xəbərləri ilə kifayətlənən telekanllar çətin ki, İspaniya kubokunun yayın hüququna yiyələnməyi ağlından keçirsin. Odu ki, “CBC Sport” və “İdman Azərbaycan”a müraciət etdik. Hər iki telekanalın baş redaktorları - “CBC Sport”dan Şəmsəddin Abbasov, “İdman Azərbaycan”dan isə Fikrət Adıgözəlov ilə danışdıq. Həm Abbasov, həm də Adıgözlov “biz İspaniya kubokunun yayın hüququna sahib deyilik, bu üzdən də həmin yarışın oyunlarını göstərmirik” cavabını verdi. Əslində isə bizə maraqlı olan telekanalların niyə bu turnirə maraq göstərməməsidi. Məhz oun nəticəsi idi ki, dünən azərbaycanlı azarkeşlər xarici telekanallara pənah aparmalı oldular.
“CBC Sport”u müəyyən mənada anlamaq olar. Bir neçə ay öncə 3 yaşını qeyd edən telekanal ötən yay bir çox çempionatların yayın hüququna yiyələndi. Çempionlar Liqası, Avroliqa, İspaniya çempionatı, millinin oyunları... Üstəlik pul verib aldığı məhsulu heç bir maddi qarşılıq güdmədən “İdman Azərbaycan”a güzəştə getdi, birgə göstərməyə razı oldu. “CBC Sport”dan bu haqda fikir öyrənəndə cavabları belə olmuşdu ki, onsuz da bizim bir kanalımız var, bütün oyunları göstərə bilmirik, azərbaycanlı azarkeşlərə daha çox matçın çatdırılması üçün bu addımı atdıq. Təbii, təqdirəlayiq addımdı. Digər tərəfdən də aydın məsələdi ki, yuxarıda sadaladığımız yarışların yayın hüququna yiyələnmək telekanalı onsuz da əməlli-başlı xərcə salıb. Özü də yeni alınan çempionatlarla yanaşı, onsuz da bu telekanal bir neçə yarışı yayınlayırdı. Bu üzdən “CBC Sport”un daha bir yarışı alması maddi çəhətdən də əlverişli sayılmır. Bəs “İdman Azərbaycan”? İngiltərə və Almaniya çempionatları ilə kifayətlənmək nə qədər doğrudu? Bu telekanaldakı qalan birinciliklər “CBC Sport”un güzəşti fonunda yayınlanır. Söhbət dövlət telekanalından gedirsə, deməli, azərbaycanlı futbolsevərlərin istəyi ön planda olmalıdı. Kral kuboku isə bizdə yetərincə populyardı və və bu yarışın hansısa mərhələsində “El Klasiko” baş tutursa, yaxud da “Real”, “Barselona” kimi komandalar oynayırsa, onun göstərilməməsi acınacaqlı mənzərədən baş bir şey deyil.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar