06 fev 14:54aktual

"CBC Sport" çatışmazlıqları qəbul edib üzr istədi

"CBC Sport" çatışmazlıqları qəbul edib üzr istədi
Region Liqası və uşaq futbolu ilə bağlı layihələr hazırlanır
Hər kəs səbirsizliklə çempionatın ikinci yarısının startını gözləyirdi. Komandaların necə hazırlaşdığı, yeni transferlərin hansı səviyyədə olduğu rəsmi oyunlarda bilinəcəkdi. Özü də 15-ci turda azərbaycanlı futbolsevərlər "Qarabağ" - "Neftçi" dueli kimi maraqlı mübarizəyə şahdilik edəcəkdi. Odu ki, turun matçlarını yaxından izləmək istəyənlər arenalara üz tutdusa, müəyyən səbəblərdən bunu edə bilməyənlər ekran qarşısına keçdi. Amma "CBC Sport" fasilədən sonrakı ilk turda oyunları ürəkaçan şəkildə yayınlamadı. Elə təkcə derbidəki bir neçə nüansı qeyd etsək, kifayətdi. Belə ki, Dani Kintananın qolu zamanı bu çatışmazlıqlar diqqəti çəkdi. Əvvəla, ispan yarımmüdafiəçinin həmin an ofsaydda olub-olmamasıyla bağlı mübahisələr yaransa da, "CBC Sport" bu haqda əminliklə fikir bildirmək üçün görüntü təqdim etmədi. Bundan başqa, qolun təkrarı təxminən 3-4 dəqiqə gec nümayiş etdirildi. Təsəvvür edin, təkrara baxıb məhsuldar ötürməni kimin etdiyini bilmək olmur. Halbuki Qara Qarayev mükəmməl ara ötürməsi ilə komanda yoldaşının fərqlənməsinə imkan yaratmışdı. Bir sözlə, derbiyə yaraşan yayın olmadı. Elə digər qarşılaşmlarda da bəzi qüsurlar diqqətdən yayınmadı.
Bütün bunlarla bağlı "CBC Sport"un redaktoru Şəmsəddin Abbasovun fikirlərini öyrəndik: "Düz qeyd edirsiz, biz də hər şeyi görürük, başa düşürük. Elə fürsətdən istifadə edib bütün tamaşaçılardan, futbolsevərlərdən üzr istəyirik. Həqiqətən də həftəsonu yayınladığımız oyunlarda bir çox hallarda təkrarlarla bağlı problemlər oldu. Texniki problemlər idi və buna görə üzr istəyirik. Çalışacağıq ki, növbəti turlarda bu cür hallar yaşanmasın. "CBC Sport" hər zaman daha çox oyun işıqlandırmağa çalışır. Biz 15-ci turun matçlarının, xüsusən də "Qarabağ" - "Neftçi" görüşünün mahiyyətini çox gözəl bilirdik. Bu üzdən də kanalın direktoru Volkan Üst, texniki və rəhbər heyətimiz stadionda idi. Çalışırdıq ki, hər hansı problem olmasın. Amma belə bir hal yaşandı, gözlənilməz oldu. Bu texnikadı, heç kim problemdən “sığortalanmayıb”, istənilən liqada bəzən belə halların şahidi oluruq. İnkar etmirik, üzərində işləyəcəyik və qarşıdakı oyunlarda eyni halın yaşanmamasına çalışacağıq. Ümid edirəm ki, tanaşaçılarımız və həmkarlarımız bizi başa düşəcək".
Bizə çatan bilgiyə görə, "CBC Sport"da maliyyə problemi yaranıb. İşçilərdən bəziləri ilə yollar ayrılıb ki, oyunlar zamanı yaranan texniki qüsurlarda bu amilin də rolu var. Hətta telekanlın əsas sponsorlarından olan "Topaz"la əməkdaşlığın da dayandırıldığı deyilir. Şəmsəddin bəyi dinləyək: "Bu haqda məndə hansısa məlumat yoxdu. Hər şey qaydasındadı. "CBC Sport"da maliyyə problemi yaşanmır. Görüntüdəki problem maliyyə ilə bağlı məsələ deyil. Gedən olur, gələn olur - bunlar şirkətdaxili məsələlərdi. Ancaq maliyyə ilə bağlı deyil. Həmçinin "Topaz"la müqaviləyə xitam verilməsiylə bağlı məndə məlumat yoxdu".
Abbasov bizimlə söhbətdə bir məqama da toxundu: "Yeri gəlmişkən, bir məsələni qabartmaq istərdim. Hazırda mətbuatda da bu haqda çox yazılır və sosial şəbəkələrdə də müzakirə edilir. "CBC Sport" olaraq çalışırıq ki, ölkə futbolunu bacardıqca çox işıqlandıraq. Məsələn, hazırda Region Liqası və uşaq futbolu ilə bağlı layihələr hazırlanır. Bu da həmin istəyin bir göstəricisidi. Biz birinci dəfə yox, artıq bir neçə dəfə komandalarımızın hazırlıq prosesini işıqlandırmaq üçün Antalyaya yollanırıq. Telekanılımızın heyəti ora gedib, yoxlama matçlarını göstərmişik. Mətbuatda belə bir xəbər yayılıb ki, biz bunu PFL-in yayınlarından sonra etməyə başladıq. Bu əsla belə deyil. Bir neçə ay öncədən bu səfəri planlaşdırmışdıq. Antalyaya gec yollanmağımızın səbəbi var. Əvvəla, çalışırıq ki, komandalarımızın ən güclü rəqiblərlə oyunlarını göstərək. İkincisi, klubların yeni futbolçuları iş başında olanda tamaşaçılar onları görsün. Komandalara da vaxt lazımdı ki, yeni oyunçuları heyətlərinə qatsınlar. Məhz bu üzdən Antalyaya hazırlığın son həftəsində yollandıq. "Sumqayıt"ın "Vardar"la, "Neftçi"nin "Slovan"la, "Qarabağ"ın "Şaxtyor"la duellərini nümayiş etdirdik. Həm rəqibləri, həm də yeni transferləri iş başında görmək baxımından həmin qarşılaşmalar maraqlı idi. Odu ki, bu məsələ ilə bağlı iradları haqsız sayıram. Həmin fikri səsləndirənlərə də demək istəyirəm ki, gəlin, obyektiv olaq. Özü də biz ilk dəfə deyildi Antalyaya gedirdik. Hətta vaxt var idi klublarımızdan bəziləri xaricə gedə bilməmişdi, kanalımız ilkə imza ataraq Bakıda qalan komandalar üçün "CBC Sport Kuboku" təşkil etmişdi. Özü də PFL-in "yutub" üçün çəkdiyi fərqli bir şeydi, bizim televiziya üçün çəkdiyimiz fərqli. Fərqli texniki avadınlıqlar, fərqli imkanlar və təbii ki, fərqli maliyyədi. Sözsüz, PFL də böyük iş gördü, ilk gündən orda idi. Ancaq onlar getmişdi deyə, biz getmədik. Planımız var idi və yuxarıda qeyd etdiyim səbəblər üzündən son həftədə yollandıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar