06 fev 14:45aktual

Polis bölməsinə aparılanlardan ikisi “İmarət”çi olub

Polis bölməsinə aparılanlardan ikisi “İmarət”çi olub
Sübhan Əliyev: “Neftçi” çempion olsa və ya buna doğru getsə, “Bakcell Arena” tam dolacaq”
“Qarabağ” – “Neftçi” qarşılaşmasına rənq qatan hər kəsin iddia etdiyi kimi azarkeşlər oldu. Ayrı-ayrı sektorlarda əyləşmələrinə baxmayaraq, sevimlilərini qələbəyə səsləyən fanatlar soyuq havada susmaq, yorulmaq bilmədilər. Qarşılıqlı atmacalar, maraqlı şüarlar derbiyə bir başqa gözəllik qatdı. Tam olmasa da, ümumi mənzərəni hansısa əlamətlərinə görə “böyük oyun”a bənzətmək olardı. Bunun başlıca səbəblərindən biri, bəlkə də birincisi görüşün şəhərin mərkəzində - “Gənclik”dəki Respublika stadionunda baş tutmasıydı. Belədə təkcə ağdamlı yox, bakılı futbolsevərlər də özünü mənzil başına çatdırmağı hədəfləmişdi.
90 dəqiqə boyunca azarkeşlərlə polislər arasında hər hansı münaqişəyə rast gəlmədik. Halbuki bu cür oyunlarda “poqonlular” dəyənəklərini və xidməti maşınlarını işə salmaqla yadda qalıblar. Görünür, oyundan əvvəl yaşanan hadisə hər iki tərəfi ehtiyatlı davranmağa məcbur etmişdi. Stadionun giriş qapıları qarşısında fərqli istiqamətlərdə dayanıb, bir-birinin ünvanına təhqirdolu şüarlar səsləndirən rəqib azarkeşlər polisin “sakitləşin” əmrinə tabe olmayınca, təhlükəsizliyə nəzarət edənlər məcburi addım atmalı oldular. Həm “Neftçi”nin, həm də “Qarabağ”ın əlbəyaxa davaya cəhd edən bir neçə fanatını yaxalayıb polis avtomobilinə əyləşdirdilər. Sonrakı ünvan isə bəllidi: polis bölməsi.
Lakin həmin şəxslərin hansı fanklubun üzvü olmaları və hazırda harda olmaları haqda dəqiq bilgi yoxdu. Bu məqsədlə komandaların fəal azarkeş qruplarının rəsmilərinin fikirlərini öyrəndik.
Sübhan Əliyev (Forza Neftçi): “Bu hadisə haqda tribunadakı yerimizi tutandan sonra eşitdik. Bayırda münaqişə yaşananda biz artıq qonaqlar üçün ayrılmış sektordaydıq. Bizim uşaqlarla rəqib azarkeşlər arasında yalnız söz atışması olub, başqa heç nə. Bu da normaldı, futboldan əvvəl və sonra adi haldı. Əminliklə deyə bilərəm ki, “forza”nın uşaqlarından heç kim bölməyə aparılmayıb. Ola bilsin, aralarında “Neftçi” azarkeşləri də olub. Deməyim oldu ki, oyuna bizimlə birgə gələnlərin hamısı əvvəldən axıra qədər tribunada, yanımızda olub. Ümumi götürsək, qonaq azarkeşlər olaraq bizə yaradılan şərait yaxşı idi. Polislə də hansısa problemimiz olmadı. Halbuki istədiyimiz kimi dəstək verir, sözümüzü deyir, “Neftçi”nin yanında olduğumuzu hiss etdirirdik. Heç bir maneə törətmədilər. “Forza Neftçi” olaraq 800 nəfər idik. “Neftçi”nin ümumi azarkeş sayı 2500-3000 olardı. Bizə iki sektor ayrılmışdı. Amma klubdan bizə məlumat verildi ki, sayımız iki sektoru aşsa, əlavə sektor da ayrılacaq. Nə qədər azarkeşimiz gəlsəydi, heç kim bayırda qalmayacaqdı. Pulunu verib, biletini alıb, sektora keçəcəkdi. Biletləri öz cibimizdən aldıq.
Niyə digər oyunlarda belə olmur? Bir var fanat, bir də var tərəfdar. Fanatlar rəqibin adına, sevimli komandasının turnir cədvəlindəki mövqeyinə baxmadan hər oyun tribunada olurlar. Tərəfdarların bir çoxu həm də nəticəni əsas götürür. İndi görürlər ki, 5 ildən sonra komanda özünə bənzəməyə başlayıb, çempionluq iddiası davam edir, bu səbəbdən küsənlər də tribunalara qayıtmağa başlayıb. “Qarabağ”la növbəti matçımız çempionatın sonuncu turuna təsadüf edəcək. O vaxta qədər vəziyyət indiki kimi olsa, yəni “Neftçi” çempion olsa və ya buna doğru getsə, “Bakcell Arena” tam dolacaq. Hadisələrin axarı buna doğru aparır”.
Elvin Əsədov (İmarət): “Konkret kimlərin həbs olunaraq bölməyə aparıldığını deyə bilmərəm. Öz adımızdan onu bilirəm ki, “İmarət”in üzvlərindən iki nəfər saxlanılmışdı. Onlar da polis bölməsinə aparılaraq izahatları alınıb, daha sonra sərbəst buraxılıblar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar