03 fev 15:55aktual

Vaqif Cavadov yenidən legioner həyatı yaşaya bilər

Vaqif Cavadov yenidən legioner həyatı yaşaya bilər
“Ölkələrin və komandaların adlarını deyə bilməyəcəm”
Ötən mövsüm “Keşlə”nin ölkə kubokunu qazanmasında müstəsna xidmətləri olan futbolçulardan biri də Vaqif Cavadov idi. Yuri Maksimovun güvəndiyi oyunçulardan sayılan təcrübəli yarımmüdafiəçinin təkcə final qarşılaşmasında Pərdis Fərcad-Azada verdiyi qol ötürməsini xatırlatmaq kifayətdi.
Maksimov qalsaydı, çox güman, Vaqif hələ də “Keşlə”nin aparıcı üzvlərindən biriydi. Ukraynalıdan sonra Mladen Milinkoviçun, ardınca Tərlan Əhmədovun gəlməsi 29 yaşlı futbolçunun karyerasına təsirsiz ötüşmədi. Hər iki çalışdırıcı hansısa səbəbdən Cavadovu əsas heyətə layiq görmədi. Və günlərin birində - çempionatın ilk yarısı başa çatandan sonra Əhmədov Vaqiflə çalışmaqda maraqlı olmadığını klub rəhbərliyinə bildirdi. Rəhbərlik yolların qarşılıqlı razılıq əsasında ayrılmasına çalışsa da, futbolçu şərtlərindən geri çəkilmək niyyətində deyildi.
Deyilənə görə, tərəflər ortaq məxrəcə gəlib. Və bunun nəticəsidi ki, Vaqif yaxın ətrafına ona yeni iş yeri tapmasına görə ağız açıb. Hazırda həm ölkə daxilində, həm də xaricində sabiq “Tvente”liyə komanda axtarılır. Səbəbkar isə gözləmə mövqeyindədi. Son duruma aydınlıq gətirmək, hadisələrin sonrakı axarını öyrənmək üçün vaxtilə yığmanın uğurları üçün tərk tökmüş oyunçuyla əlaqə saxladıq: “Bu dəqiqə heç bir yenilik yoxdu. “Keşlə” rəhbərliyi ilə danışmışam. Razılığa gəldiyimizi demək olar. Kiçik detal qalıb ki, onu da yaxın zamanda həll edəcəyik. Ondan sonra azad agent statusuna sahib olacam. O ki qaldı gələcək karyerama, çox güman, xarici ölkələrin birinə üz tutacam. Azərbaycanda qalacağıma inanmıram. Artıq ikinci yarı başlayır, komandalar heyətlərini komplektləşdirib. Ona görə də legioner həyatı yaşamaq ehtimalı yaranıb. Bir neçə ölkənin təmsilçisiylə danışıqlar davam etdirilir. Konkretlilik olmasa da, müzakirələr aparılır. Yaxın günlərdə hansısa yenilik olmalıdı. Yox, ölkələrin və komandaların adlarını deyə bilməyəcəm. Məsələyə nöqtə qoyulan kimi mətbuat bundan xəbərdar olacaq. Gözləyirəm, görək nə olur. İnşallah, alınar. Alınmasa? Dediyim kimi, yaya qədər futbolsuz qalıb, gözləyəcəm”.
Maraq üçün xatırladaq ki, Vaqif indiyə qədər üç fərqli ölkədə top dalınca qaçıb. 2010-11 mövsümündə “Tvente”də Hollandiya çempionluğunu bayram etsə də, bu komandanın heyətində rəsmi oyunda iştirak etməmişdi. 2011-ci ildə Rusiyaya üz tutmuş, bu dəfə 11 oyunda “Volqa”nın şərəfini qorumuşdu. 2014/15 mövsümündə Türkiyədə legioner həyatı yaşamaqla yadda qalmışdı. Birinci dövrədə “Qaziantepspor”un formasında 15 oyunda 2 qola imza atmış, qışdan sonra “Boluspor”da 10 qarşılaşmada 1 dəfə fərqlənmişdi. Əsas yığmada isə 57 görüşdə hesabında 9 qol var. Qısası, növbəti dəfə xaricə üz tutsa, bu onun legioner həyatında beşinci cəhdi olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar