30 yan 16:04aktual

Jurnalistlər “Qarabağ”ı favorit sayır

Jurnalistlər “Qarabağ”ı favorit sayır
Antalyada təlim-məşq toplanışında olan klublarımızın hamısı vətənə döndü. Hər kəs səbirsizliklə çempionatın ikinci yarısının startını gözləyir. Premyer-liqanın 15-ci turunda azarkeşləri olduqca maraqlı və prinsipial duel gözləyir. Müstəqillik əldə olunandan bəri elitanı tərk etməyən, titul sayına görə əsas rəqiblər olan, hazırda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan “Qarabağ”la “Neftçi” fevralın 3-də üz-üzə gələcək. Cari mövsüm baş tutan ilk iki matçda “ağ-qaralar”ın üstünlüyü diqqəti çəkir. Roberto Bordinin komandası ilk dövrədə səfərdə rəqibindən 1 xal qopardısa (1:1), “Bakcell Arena”dakı görüşdə meydan sahibləri inamlı qələbə (3:1) qazandı. Ancaq indiki şərait fərqlidi. Yığmadan ayrılan Qurban Qurbanovun və Avqoliqada mübarizənı dayandıran “Qarabağ”ın çempionata köklənməsi “Neftçi”nin işini çətinləşdirir. Bir sözlə, rəqiblərin qarşıdakı dueli hər detalı ilə maraq doğurur.
Bəs görəsən, təcrübəli idman jurnalistləri bu qarşılaşma haqda nə düşünür? Onlar hansı komandanı daha şanslı sayır? Həmkarlarımız komandaların gücünü, mövqelər üzrə üstünlüklərini, baş məşqçilərin müqayisəsini necə aparır? Sualları Antalyada “Qarabağ” və “Neftçi”nin hazırlığını izləyən jurnalistlərə ünvanladıq.
Ceyhun Əliyev (sport24): “Qarabağ”ı yarım addım öndə görürəm. Riçard Almeydanın qayıdışı Qurban Qurbanovun komandasını intizamlı orta xətlə təmin edib. Məsələn, start heyətində Miçel - Almeyda - Ozobiç “üçlüy”ü yarımmüdafiənin mərkəzində qərarlaşsa, bu, məni təəccübləndirməyəcək. Düzdü, “Neftçi” də Vangelis Platellası alıb. Ancaq Almeydadan fərqli olaraq, yunanıstanlı pleymeykerə uyğunlaşmaq üçün vaxt lazımdı. Bir də şüuraltı məqama toxunmaq istəyərdim. “Neftçi” ağdamlılardan 3 xal öndədi. Bu üzdən də istər-istəməz heç-heçə haqda düşünəcəklər. Bu da “ağ-qaralar”la acı zarafat edə bilər. Zənnimcə, “Qarabağ”ın fevralın 3-də 3 xal qazanmaq şansı “Neftçi”nin 1 xal əldə etmək şansından daha yüksəkdi. Lakin məncə, bu oyun çempionluğun taleyi baxımından həlledici deyil. Hətta “Neftçi” qalib gəlsə belə, 13 tura 6 xallıq fərqi əritmək mümkünsüz görünmür. Zənnimcə, virtual (digər komandalarla oyunlarda) mübarizədə daha sabit çıxış edən komanda yekunda qızıl medala sahib çıxacaq. Hazırlığa əsasən onu deyə bilərəm ki, hər iki komandanın iştirakıyla oyunları izlədim. Həm “köhlən atlar”, həm də Roberto Bordinin komandası ən xoş sözlərə layiqdi… Bordin rəqibin kimliyindən asılı olmayaraq, erkən qol vurmaq üçün oyunun əvvəlində pressinq tətbiq edilməsini sevən mütəxəssisdi. Fərqləndikdən sonra da bütün diqqətini müdafiəyə yönəldir. Qurban Qurbanov isə topa nəzarəti daim əlində saxlamağı üstün tutur. Fikrimcə, bu oyunda tərəflər riskə getməyəcəklər. Necə deyərlər, “tutar - qatıq, tutmaz - ayran”. Hər halda, riskə gedib məğlub olmaq ehtimalını artırmaqdansa, 3 xallıq fərqin qalması daha münasibdi”.
Ruslan Mikayıllı (azerisport): “Öncə onu deyim ki, fikimcə, “Qarabağ”ın çempionluq şansı daha yüksəkdi. Almeydanın qayıdışı, komandanın Avroliqada mübarizəni dayandırıb ölkə birinciliyinə köklənməsi, Qurban Qurbanovun yığmadan ayrılması, millinin mövsümün sonuna qədər yalnız bir oyununun olması “köhlən atlar”ın üstünlükləridi. Düzdü, “Neftçi” də bəzi məqamlara görə öndədi. İlk növbədə aradakı 3 xallıq məsafəni qeyd edərdim. Doğrudu, bu o qədər də böyük fərq deyil. “Qarabağ” bir qələbə ilə həmin məsafəni qapaya bilər. Lakin “ağ-qaralar”ın daha bir üstünlüyü yeni legionerlərinin mövsümün gedişində özünü göstərməsi ola bilər. İstər Mboc, istərsə də Kane təlim-məşq toplanışı zamanı pis təsir bağışlamadılar. Eləcə də Platellas haqda xoş sözlər demək olar. Topla yaxşı davranır, özünə inanır. Son yoxlama oyununda vurduğu baxımlı qol da özünə nə qədər güvəndiyini və ustalıq səviyyəsini göstərdi. Bu futbolçular komandaya nə qədər tez uyğunlaşarsa, “Qarabağ”ın işi bir o qədər asan olmayacaq. Baxmayaraq ki, “köhlən atlar”ı favorit sayıram. Qarşıdakı dueldə “Qarabağ”ın qalib gələcəyini düşünürəm. Bu oyunda hər şey həlledici ola bilər. Toplanışdan sonra fiziki cəhətdən yorğunluğun az olması, komanda şəklində oyuna köklənmək kimi amillər çox vacibdi. Bir sözlə, hər detal öz təsirini göstərəcək. Ola bilsin, “Neftçi” hazırda “Qarabağ”ın yaxınlaşması fonunda təzyiq hiss edir. Çünki “ağ-qaralar”ın son ev oyunlarında itirdiyi 4 xal olmasaydı, aradakı məsafə daha böyük ola bilərdi. Ancaq həmin təzyiq oyun zamanı heç kimin yadına düşməyəcək. Mübarizə anında düşüncələr tam fərqli olacaq. Mövqelər baxımından müqayisə etsəm, “Qarabağ”da üstünlüklər çoxdu. Ağdam təmsilçisinin arxa xəttində daha təcrübəli futbolçular yer alıb. “Neftçi”də Ruslan Abışov sıraya dönüb, amma yalnız son yoxlama oyununda oynadı, özü də çox az. Mboc yaxşı müdafiəçi olsa da, hələ təzə gəlib. Hücumda isə gücləri bərabər sayardım. Reynaldo zədəlidi, gələndən bəri oynamayıb. “Neftçi”də isə Dabo, Federiko kimi futbolçuların olduğunu unutmayaq. O ki qaldı bu qarşılaşmanın çempionluğun taleyini həll edib-etməyəcəyinə, inanmıram ki, bu matç həlledici olsun. Sadəcə, qələbə qazanan psixoloji üstünlük qazanacaq... Baş məşqçilərdən Qurban Qurbanov özünü yaxşı tərəfdən təsdiqləyə bilib. Bu birmənalıdı. Bordin hələ ki özünü göstərməyib. Təkcə “qış çempionu” olmaqla iş bitmir. Çünki bu, titul deyil. Ona görə də Qurbanovu üstün sayıram”.
Elçin Cəlilov (futbolpress): “Hamıya bəllidi ki, çempionluq uğrunda əsas mübarizə bu iki komanda arasında gedir. “Neftçi” liderdi, arada xal fərqi var. Qış fasiləsindən sonra “Qarabağ”la “Neftçi”nin üz-üzə gəlməsi maraqlı mübarizə vəd edir. Məncə, mövsümün oyunudu. Bu matçın nəticəsindən çox şey asılı olacaq. Amma hər şey yox. Düşünürəm ki, “Neftçi”nin digər rəqiblərlə oyunlardakı nəticələri bu iki komanda arasındakı çempionluq mübarizəsinin müqəddəratını həll edəcək. Çünki “ağ-qaralar” daha öncə “Zirə”, “Sumqayıt” kimi rəqiblərlə duellərdə büdrəyib, xallar itirib. “Neftçi” üç legioner transfer edib. Bu komandanın keçirdiyi qarşılaşmaları izlədim, hər üçü yaxşı təsir bağışladı. Xüsusən Mbocla Platellası qeyd edərdim. Yaxşı vəziyyətdədilər, səviyyələri yüksəkdi. İndi baxaq, çempionatda özlərini necə göstərəcəklər. “Qarabağ”da isə yenilər tanış adlardı. Hansı ki, geri qayıdıblar. Reynaldo və Almeyda yenidən “köhlən atlar”ın uğurları üçün çalışacaqlar. Məncə, “Qarabağ” əvvəlki sütunu bərpa etmək üçün bu addımı atıb. Ancaq transfer məsələlərində kimin üstün olduğunu demək çətindi. Fevralın 3-də baş tutacaq qarşılaşma ilə bağlı proqnozuma gəlincə, “Qarabağ”ı bir qədər üstün görürəm. Səbəb isə bu komandaya tanış futbolçuların qayıtmasıdı. Həmçinin bu oyunçular iddialı düşüncə ilə dönüblər. Halbuki Riçard Koreyadan daha yüksək məbləğdə təklifi geri çevirib, “Qarabağ”a qayıdıb. Reynaldo açıqlamasında da deyib ki, bundan öncə “Qarabağ”da səhvlərə yol vermişəm, çalşacam bundan sonra onları təkrarlamayım. Sanki peşman olub geri qayıdıb. Odu ki, bu futbolçularda ikiqat motivasiya var. “Neftçi”yə gələnlər isə yeni adlardı. Onlara uyğunlaşma kimi məsələlər təsir edə bilər. Sırf bu amilə görə “Qarabağ”ı üstün sayıram. Amma bir daha təkrar edirəm ki, bu məsələdə proqnoz vermək çox çətindi. Məşqçiləri müqayisə etmək istəməzdim. Çünki belə müqayisəni sevmirəm. Mənim fikrimə görə, Qurban Qurbanov Azərbaycanın ən yaxşı məşqçisidi. Onun insani keyfiyyətləri, komandadakı psixoloji idarəçiliyi xüsusi qeyd edilməlidi. Həmçinin Qurbanovu yaxından tanıyanda görürsən ki, tam başqa bir insandı. Mənim üçün istənilən məşqçinin insani keyfiyyətləri çox önəmlidi. Bu mənada Qurbanov xüsusi fərqlənir. Bordin də səviyyəli, Avropa mədəniyyəti olan insandı. Onunla da ünsiyyətim oldu. Məşqçi kimi bacarığını da göstərib. Görək necə olur”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Dünən, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Dünən, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Dünən, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Dünən, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Dünən, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Dünən, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar