30 yan 15:49aktual

Dostları Adil Nadirovla bağlı xatirələrini bölüşdü

Dostları Adil Nadirovla bağlı xatirələrini bölüşdü
Elbrus Abbasov: “Ağdamsızlıq, el-obasızlıq yıxdı onu”
Aqil Abbas: “Altındakı maşını satıb, futbolçulara maaş paylayan oğlan idi”

Stajlı azarkeşlərin , yəni Ağdamsızlığın ilk illərini görən insanların yanında “Qarabağ”ın adını çəkəndə haqq dünyasına qovuşan Adil Nadirovun adını dilə gətirirlər. Bu da səbəbsiz deyil. Vaxtilə heyətində futbol oynadığı, daha sonra rəhbərlik etdiyi komandanın yaşamasında, tarixə qovuşmamasında bu insanın danılmaz əməyi olub. Müharibə dövründə, müharibədən sonrakı illərdə döymədiyi qapı, ağız açmadığı adam qalmamışdı, təki “Qarabağ” “ölməsin”, çempionatda çıxışını davam etdirsin.
Təfərrüatını biz bilməsək də, vaxtilə onunla çiyin-çiyinə çalışan, bir qabdan çörək yeyən dostları yaşananlardan xəbərdardı. Dünən Nadirovun ölüm xəbərini eşidəndən bir neçə saat sonra uşaqlıqdan dostluq etdiyi Elbrus Abbasovla, həmçinin dərd-sərini bölüşdüyü Aqil Abbasla əlaqə saxladıq.
Elbrus Abbasov: “Rəhmətliklə 4-5 gün əvvəl danışmışdım. Ən çox zəng vurduğu adam bəlkə də mən idim. Həmyaşıdıq da, bir yerdə böyümüşük, 1967-ci ildən bu yana dostluq, yoldaşlıq edirdik. Darıxanda zəng edirdim, bir də görürdün özü zəng edir. Rayondakı vəziyyətdən, “Qarabağ”dan, futboldan, dost-tanışlardan – söhbət hardan düşdü, ordan danışırdıq. Giley-güzarı yox idi. 70 yaşında nə gileyi olacaqdı? Neçə illərdi xəstə yatırdı, hamı bilirdi ki, ürəyində problem var. Amma yenə də özünü “sındırmırdı”, özünü heç nə yoxmuş kimi göstərirdi. Ürəyi xəstəydi, ayaqları şişmişdi, əsas da əsəb onu incidirdi. Çox əsəbi idi, çox. Ağdamsızlıq, el-obasızlıq yıxdı onu. Mən özüm də o gündəyəm. Sizi inandırım, Ağdamda qalsaydı, nə xəstəlik tapardı, nə də onda əsəb gərginliyi olardı. Allah bilir, nə qədər ömür sürərdi. Kimsə səhv edirdi, özündən çıxırdı. Məsələn, televiziyada hansısa veriliş olurdu, əsəbləşirdi ki, torpaqlar işğal altındadı, bunlar niyə belə edir? Ən xırda şeylərə fikir verirdi. Adam əlindəki iynəni itirir, səhərə kimi yata bilmir. O boyda torpağımız, vətənimiz, ev-eşiyimiz, bağ-baxçamız qalıb orda. Cavanlığa baxma, insan yaşa dolanda torpağının iyini istəyir, uşaqlıq illərinin xatirələrini axtarır. Onları görə bilməyəndə isə dərd səni içdən “yeyir”. Ya xəstəlik tapıb yatağa düşürsən, ya da ürək dözmür, dayanır.
Adillə 1967-ci ildən futbol oynamışıq, pis-yaxşı günləri birgə addımlamışıq. O vaxt “Qarabağ” yox idi ki, “Məhsul” komandası vardı. Komanda 1987-ci ilə qədər “Məhsul”, “Şəfəq”, “Kooperator” adlarıyla mübarizə aparıb. 1987-də məhz mənim təşəbbüsüm sayəsində, həm də böyük çətinliklə Adil klubun adını “Qarabağ” qoydu. Məni qınayırdılar ki, Stepanakertdə “Qarabağ” var də, nəyinə lazımdı? “Qarabağ”ın dağılmamasının bir nömrəli səbəbkarı Adil idi. 1987 və 1988-ci illərdə ardıcıl iki dəfə çempion olanda, SSRİ çempionatının 2-ci dəstəsinə yüksələndə komandanın baş məşqçisiydim, rəhmətlik də rəis, indiki dildə desəm, prezident. Həmin dönəmdə müharibə başlayırdı. Ona görə də komandada qalmağın adı yox idi. Yaxın yoldaşlarla yığışıb cəbhəyə kömək etmək qərarına gəldik. Amma komandanı başsız qoya bilməzdik. Adillə birgə Bakıya gəldik. Ağasəlim Mircavadov “Neftçi”nin bazasındaydı, onu ordan götürüb apardıq Ağdama. Komandanı təhvil verdik, mən cəbhəyə yollandım. Xankəndi ətrafında olan kəndlərə KAMAZ-la qida məhsulları daşıyırdım ki, əhali ac qalmasın. Deməyim odu ki, bu qədər çətin günləri Adillə yaşamışdıq, yaxşını-pisi görə-görə gəlmişdik. Allah rəhmət eləsin, dostum! Rayondayam indi, sağlıq olsun, sabah (bu gün) Bakıya gələcəm”.
Aqil Abbas: “Bir az əvvəl eşitdim, inanın, çox pis oldum. Allah Adilə rəhmət eləsin! Əvvəl tez-tez danışırdıq. Son vaxtlar nəsə ara vermişdik. Axırıncı dəfə təxminən ayyarım əvvəl zəng eləmişdi. Bir-iki dəfə zəngə cavab verməmişdim, əsəbləşmişdi. Tanımadığım nömrədən yığırdı deyə, dəstəyi qaldırmamışdım. Sonra özüm yığdım ki, ay bala, kimsən? Baxdım ki, budu. Dedim, öz nömrəndən yığ, dərhal cavab verim də. Elçin Cəfərovla çalışırdıq ki, “Əməkdar idman ustası” adını alaq onun üçün. Sonuncu zəngi də bu məsələyə görəydi. Deyirdim, səbrli ol, danışırıq, həll edəcəyik. Bəzən də hansısa yazıma görə zəng vurub fikir bildirirdi və ya təşəkkür edirdi. Əsasən ayağındakı şişlərdən gileylənirdi. Redaksiyaya çağırırdım, dərhal cavab verirdi ki, bəs ayağım ağrıyır, gəzə bilmirəm. Sulutəpədə yaşayırdı, bir neçə il əvvəl evlərində olmuşam. Mənim günahım oldu ki, baş çəkməyə getmədim. İnandırım səni, o qədər dərd-sər, problem var ki. Adam bilmir, hansına çatdırsın. Həm də vallah, dünyasını dəyişəcəyi ağlıma da gəlməzdi. Hər nə qədər xəstə olsa da, ağlı başındaydı, danışırdı, sözünü deyirdi, yeri gələndə zarafat edirdi. Bir dəfə də olsun, sağlamlığı ilə bağlı mənə ağız açmadı. Səhhətindəki problemi qabardıb, özünü zəif kimi göstərməzdi. Xoşlamırdı elə şeyləri. Möhkəm kişiydi. Həyatda bəlkə də bir dəfə ağız açmışdı, o da “Qarabağ”ın yaşaması üçün o vaxtkı AFFA rəhbərliyinə. Sadəcə, futboldakı xidmətlərinə görə ada layiq görülməli olduğunu düşünürdü və bunu istəyirdi. Ağdamsızlıqdan gileylənirdi, bu da hamımızın yaralı yeridi, dərdidi.
Demişəm, yenə təkrarlayıram: Adil Nadirov Azərbaycan futbolunun Lobanovskisi idi. Bu gün “Qarabağ” yaşayırsa, buna görə o kişiyə minnətdar olmalıdılar. Ağdamdan çıxandan sonra hamımız bir yerdə olmuşuq. “Qarabağ” bugünkü günə Adil Nadirovun fədakarlığının, cəsarətinin sayəsində gəlib çatdı. Adil “Qarabağ”dan ötrü ölümə gedərdi, canını verərdi. Altındakı maşını satıb, futbolçulara maaş paylayan oğlan idi. Ən pis vaxtlar idi, uşaqların evə çörək alıb aparmağa pulları yox idi. Ona görə də “Qarabağ”ın üstündə böyük haqqı var. Nə deyim, vallah, Allah rəhmət eləsin”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Dünən, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Dünən, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Dünən, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Dünən, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Dünən, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Dünən, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar