19 mar 14:12aktual

Olimpiya stadionu UEFA-nın qərarını gözləyir

Olimpiya stadionu UEFA-nın qərarını gözləyir
Cəmilə Mehdiyeva: “Boş oturmuruq, yaxın gələcəyə hesablanmış ciddi planlarımız var”

Martın 15-də AFFA-nın 2016-cı ilin yekunlarına dair Hesabat Konfransı keçirildi ki, toplantıda bir çox bilmədiyimiz məlumatlardan xəbər tutduq. Onlardan biri də baş katib Elxan Məmmədovun Olimpiya stadionu ilə bağlı dilinə gətirdikləri idi. Sən demə, xeyli vaxtdı Bakıda keçirilməsi müzakirə olunan Çempionlar Liqasının final oyunu üçün ölkənin bir nömrəli arenası tələblərə tam cavab vermirmiş. Har halda, Məmmədovun dediklərindən bunu anlamaq çətin deyil: “ÇL-in finalını keçirmək üçün Bakının namizədliyi irəli sürülüb. Bir rəqibimiz var, o da Madriddi. Olimpiya stadionumuzun namizədliyini irəli sürmüşük. UEFA-nın tələbinə əsasən, ÇL-in finalını keçirən stadion minimum 70 min azarkeş tutumuna malik olmalıdı. Olimpiya stadionu isə 68 minlikdi. Lakin işlərə başlayıb, oturacaqların sayını artıracağıq. Daha 2 min yer əlavə olunacaq. AL-də isə bizim stadionumuz rəqiblərlə müqayisədə tələblərə tam cavab verir”.
Baş katibin dedikləri öz yerində. Amma söhbət Olimpiya stadionundan gedirsə, arenanın rəhbərliyinin fikrini dinləmək də maraqlıdı. Olmaya bu işlərə artıq start verilib? Bəlkə oturacaqların artırılması yönündə hansısa yenilik var? Odu ki, ölkənin əsas stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva ilə söhbətdə məsələyə aydınlıq gətirməyə çalışdıq: “Hələ ki işlərə başlanılmayıb. Yalnız bu haqda qərar qəbul ediləndən sonra əməli fəaliyyətə başlanıla bilər. Yəni ilk növbədə ÇL-in final matçının Olimpiya stadionunda keçirilməsinə qərar verilməlidi. Bu gün üçün bizdə məsələ ilə bağlı hansısa məlumat yoxdu. Amma UEFA-dan qərar verilsə, heç bir problem olmayacaq. Stadionun azarkeş tutumu 68700 nəfərlikdi. Sayı 70 minə çatdırmaq ciddi problem deyil. Ən vacibi odu ki, çox vaxt tələb edən proses deyil”.
Madam ki, söhbət Olimpiya stadionundan gedir, 4-cü İslam Həmrəyliyi Oyunlarını unutmaq olmaz. Hansı ki, mayın 5-dən 22-dək yarışları qəbul edəcək bir neçə idman qurğusu arasında əsas yük mərkəzi arenanın üzərinə düşəcək. Cəmilə xanımla söhbətdə İslamiada ilə bağlı hansı işlərin görüldüyünə də aydınlıq gətirdik: “Hazırda stadionumuzda İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə, həmçinin atletika yarışlarına hazırlıq davam edir. Arenanın işçi heyəti bu prosesdə fəal iştirak etməkdədi. Stadion artıq iyuna qədər İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə təhvil verilib. Əməliyyat və texniki işlərdə, oyunlar zamanı media və qonaqlarla əlaqələrdə, bununla yanaşı, mühafizənin təşkili kimi vacib məsələlərdə stadion əməkdaşlarının rolu olacaq. Əlavə onu qeyd edim ki, il ərzində Olimpiya stadionunda bir neçə futbol oyunu təşkil olunacaq. Onların arasında əsas millinin azı bir oyunu olmalıdı. Bütün bunlarla yanaşı, stadionumuzda “Mançester Yunayted” futbol məktəbi fəaliyyət göstərməkdədi, müxtəlif yaş qruplarından ibarət yığmalar məşq edir. Biznes planlarımız və yeni layihələrimiz nəzərdə tutulub. Bundan başqa, planda İslam Həmrəyliyi Oyunları başa çatandan sonra arenanın nəzdində bir neçə əyləncə növlü obyektlərin istifadəsi var. “Paintball” və başqa əyləncə növlərinin adını çəkə bilərəm. Bir sözlə, boş oturmuruq və yaxın gələcəyə hesablanmış ciddi planlarımız var”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar