İspaniya sequndasında 23-cü turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Alkorkon” da növbəti matçına çıxıb. Millimizin sabiq üzvünün komandası doğma meydanda “Kordoba” ilə üz-üzə gəlib. "Alkorkon" qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1. İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq üzvü 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Hazırda 38 xala malik olan “Alkorkon” 22 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.