18 mar 11:51aktual, manset

Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol

Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol
Tuyqun Nadirovu yaxından tanıyın!

“Xəzər Lənkəran”ın dağılmasında əsas səbəbkar kimi o göstərilir. Vaxtilə vitse-prezidentlik etdiyi dövrdə klubda əsas söz sahiblərindən olan, prezident Mais Mənsimovu istədiyi səmtə yönləndirməyi bacaran, həssas məqamlarda ortaya çıxan, adına tez-tez mətbuat səhifələrində rast gəlinən Tuyqun Nadirovdan gedir söhbət. Klubda çalışanların, onu yaxından tanıyanların dediyinə görə, Nadirov işinə bir qədər ciddi yanaşsaydı, bir az da tərsliyindən və inadından əl çəksəydi, çempionatda hələ də “Xəzər Lənkəran” adlı komandanın varlığına tamaşa edərdik. Amma o bunu istəmədi. Lap dəqiq desək, sonluğun belə alınacağını gözləmirdi. Bu da təcrübəsizlikdən irəli gəlirdi. Çünki o post Tuyqun Nadirovluq deyildi. Tuyqun Nadirov futbol sahəsində vitse-prezident olmaq üçün dünyaya gəlməmişdi. Madam ki, söhbət dağ boyda klubu, komandanı çökdürən şəxslərdən birindən, bəlkə də birincisindən gedir, onu yaxından tanımaq maraqlı deyilmi?

Kim olub?
Dünyaya kifayət qədər imkanlı ailənin üzvü kimi göz açan Nadirovun uşaqlıq illəri yağ-bal içində keçib. “Yox” nədi eşitməyib, qarnına korluq verməyib. Bu da təbii ki, ailəsinin Rusiyada yaşaması, atasının hüquqşünas olması ilə bağlıdı.Yaxın ətrafının dediklərinə inansaq, ata Nadirov hazırda ARDNŞ-nin, həm də AFFA-nın vitse-prezidenti olan Elşad Nəsirovla Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tələbə yoldaşı olub. Həmin ata ki, hazırda Rusiya Dümasının hüquqşünası kimi çalışır. Balaca Tuyqun həmin illərdə Azərbaycanda yaşayıb ki, təlim-tərbiyəsi ilə nənəsi məşğul olub. Orta məktəbi əla qiymətlərlə bitirən gələcəyin yarıtmaz vitse-prezidenti Azərbaycan Tibb Universitetinə daxil olub. Deyilənə görə, əczaçılıq fakültəsini bitirib. Amma özü klubdakılara karidioloq olmağın sirlərinə yiyələndiyini iddia edirmiş. Təhsil almaq, gələcəyini səhiyyədə qurmaq planlarını cızmaqla yanaşı, futbolla da maraqlanırmış. Adi azarkeş səviyyəsində, ondan artıq yox.

“Xəzər Lənkəran”a gəlişi haqda
22 kişinin bir topun dalınca qaçmasından xəbər tutması Nadirovu yavaş-yavaş stadionlara ayaq açmağa məcbur edib. O həyəcanı arenada canlı hiss etmək xatirinə Sumqayıtdakı stadiona üz tutub və vaxtilə ev oyunlarını ölkənin ikinci ən böyük şəhərində keçirən Lənkəran təmsilçisini dəstəkləyib. Amiqoluq edib, baraban çalıb. Mübariz Mənsimovun qərarına əsasən klub idarəçiliyinə azarkeşlər arasındakı savadlıların cəlb olunması prosesinə start verilib. Onlardan biri də ali məktəb bitirmiş, ziyalı ailədən çıxmış Tuyqun Nadirov olur. Qısa müddət ərzində Mais Mənsimovla dil tapmağı bacaran “amiqo” prezidentin sevgisini qazanıb. Və çox keçmir ki, klubda vitse-prezident postu ona tapşırılıb. Yəni futbolda yad olan, işi ancaq tribunada qışqırmaqdan ibarət olan birinə dağ boyda klubda söz demək səlahiyyəti verilib. Vaxtilə “Xəzər Lənkəran”da çalışan və kiçik Mənsimovun “sağ əli” hesab olunan Zəfər Mirzəyevin ulduzu Tuyqun Nadirovla barışmayınca, daxildə münaqişələr baş qaldırıb. Və bundan “Palmali”nin Bakı ofisində xəbər tutublar. Söhbət Mübariz Mənsimovun qulağına çatınca, sponsor Mais Mənsimov qarışıq rəhbər şəxsləri vəzifəsindən azad edib, o cümlədən Nadirovu. Belədə vitse-prezident postuna “Palmali”nin Türkiyə ofisindən biri – Araz Nəsirov göndərilib. Çox çalışmayıb və onu “Fırtına”nın amiqosu Rəvan Bəşirov əvəzləyib. Ana Mənsimovanın Mübariz bəyə xahişindən sonra sponsor qardaşını yenidən kluba qaytarıb. Çox keçmir ki, Tuyqun Nadirov yenidən prezidentin tapşırığı ilə “Xəzər Lənkəran”a qayıdıb. Bu da yuxarıda qeyd olunduğu kimi, özünü Mais Mənsimova sevdirməsinə, bir sözünü iki etmədiyinə görə idi. Tuyqun Nadirovun sonradan o qədər hoqqalara rəğmən, klubda toxunulmaza çevrilməsinin səbəblərindən biri də qohumlarından birinin Mübariz bəyə yaxın olmasıydı. Yəni əlindəki bu “kozır”dan istifadə etməyi bacarıb. Həm də klub daxilindəki maxinasiyaları yaxşı bilirdi, prezident onu qovmazdı.

İş bacarığı və insani keyfiyyətləri
Qeyd olunduğu kimi, ziyalı ailənin üzvüdü və özünün də kifayət qədər savadı, həyat təcrübəsi var. Sözün yaxşı mənasında üzü üzlər görüb, yəni insanı bir baxışdan tanımağı bacarır. Bu isə çoxbilmişlik, bir az da hiyləgərlik deməkdi. Eyni zamanda həm də prinsipial biridi. Yəni öz maraqları üçün hər vasitəyə əl atar, istənilən şəxsi arxadan vurmağın planlarını cızar. “Xəzər Lənkəran”ın legionerlərə küllü miqdarda dollarlar borclu qalması, Tuyqun Nadirovun zaman-zaman rəqib həmkarları və jurnalistlərlə “atışması” da məhz arxadan vurmağa hesablanmış planların nəticəsiydi. Məsələn, səhv olduğunu bilə-bilə hər yola əl atarmış ki, təki söhbətdən təmiz çıxsın. Necə ki, “Neftçi” Culius Vobayı “Xəzər Lənkəran”dan oğurlayanda redaksiyamıza lazımsız sənədlər təqdim etməklə özünün haqlı olduğunu isbatlamağa çalışmışdı. Bütün gücünü ve enerjisini klubun xoş gələcəyi yox, şəxsi mənafeyi naminə xərclədiyini onu yaxından tanıyanların əksəri iddia edir. Yəni planı heç də “Xəzər Lənkəran”ı ağıllı siyasət nəticəsində zirvələrə daşımaq olmayıb. Gündəm yaratmaq, hay-küylə diqqəti üzərinə çəkmək və Azərbaycan futbolunun bir küncünə Tuyqun adını yazdırmaq olub niyyəti. Necə ki, Klublar Komitəsinə sədr seçiləndən sonra AFFA-nın baş katibi Elxan Məmmədova yarınaraq komitəni PFL-ə çevirməyin planları haqda danışırmış. Mətbuat məsələdən vaxtında xəbər tutmasaydı, Elxan Məmmədov da geri çəkilməsəydi, bəlkə də indi hər şey sabiq “vitse”nin istədiyi kimi idi. Bu cür ”futbol bacarığı” sayəsində “Xəzər Lənkəran”ın çökməsinin səbəbkarlarından biri kimi qaldı yaddaşlarda. Halbuki vaxtını futbol təhsili almağa, təcrübə toplamağa ayırsaydı, bir az da şəxsi intriqalardan, legionerlərin “torbasını tikməkdən” başı açılsaydı, o cür klubda böyük işlər görə bilərdi.

Futbol hara, o hara?
Yazını hazırlamaq üçün təbii ki, vaxtilə onunla yol yoldaşı olmuş, futbola eyni tribunadan baxmış şəxslərin fikirlərini dinlədik. Adamın futbolun təməl prinsiplərindən bixəbər olması çıxdı ortalığa. Sən demə, tribunada baraban çalmasına baxmayaraq, elementar şeylərdər xəbəri olmayıb. Sadəcə, futbolçuların bir topun arxasında qaçması və arada prinsipiallığın olması ləzzət edirmiş ona. Tribunada əyləşəndə yanında “yuxarılar”dan heç kim yoxdusa, dinməz oturub meydanda yaşananları izləyərmiş. Vay o günə ki, Mais Mənsimov, ya da “Palmali”dən kimsə ola. Pressinqdən dəm vurar, hakimlərin işindən narazı qalar, futbolçularını irəli çıxmağa səsləyərmiş. Baş vermiş maraqlı bir hadisəni nəql etməklə yazıya yekun vurmaq olar. Deməli, 2006/07 mövsümündə “Xəzər Lənkəran”la “Neftçi” arasında çempionluq mübarizəsi gedirmiş. Çempionatın finişinə bir tur qalmış, yəni 25-ci turda “Neftçi” Bakıda “Olimpik”in qonağı olanda, “Xəzər Lənkəran” Qusarda “Şahdağ”la qarşılaşmalıymış. “Neftçi”nin oyunu “Xəzər”inkindən daha tez başladığından cənubluların bütün rəsmiləri, məşqçi və futbolçu heyəti gözünü televizora dikib. Bir növ “Şahdağ”la oyun yaddan çıxıb. Rəşad Sadıqovun penaltidən hesabı açmasından sonra 63-cü dəqiqədə Pate Banqura bərabərlik qoluna imza atıb. 3 dəqiqə sonra Xaqani Məmmədov ikinci topu “Neftçi”nin qapısından keçirib. Və lənkəranlıların əsas rəqibi meydanı məğlub tərk edib. Həmin 3 dəqiqə ərzində oteldə hansı ab-havanın yaşandığını müəyyən etmək çətin deyil. 6 ballıq zəlzələ o atmosferin yanında şükürlü imiş. Bir anda gözlər Tuyqun Nadirovu axtarsa da, vitse-prezidenti görən olmayıb. Axtarışlardan sonra məlum olub ki, “Şahdağ” – “Xəzər Lənkəran” oyununu izləmək üçün enerji yığan Nadirov yatıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar