27 yan 16:45aktual

Maşallah Əhmədov: “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin"

Maşallah Əhmədov: “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin"
Mehman Allahverdiyev təyinat gözləyirmiş
Gəncədə yenə narazılıq baş qaldırıb, şəhərin futbol ictimaiyyəti etiraz edir. Narazılıq AFFA-nın xətti ilə “Kəpəz”ə rəhbər təyin olunacağı böyük ölçüdə dəqiqləşən İslam Abbasovla İdarə Heyətinin üzvü olacaq Vaqif Sadıqova görədi. Gəncəlilər öz şəhərlərinin veteranları, adlı-sanlı şəxsləri qala-qala, Bakıdan xüsusi tapşırıqla göndərilənlərin kimliyi ilə barışa bilmir.
Təbii, məlum xəbərlə razılaşmayan təkcə azarkeşlər deyil. Bu, daha çox gəncəli futbol veteranlarına təsir etməlidi. Axı məhz onlar “Kəpəz” üçün can qoyub, çətin günlərdə birgə olublar. Dünən əlaqə saxladığımız Maşallah Əhmədovla Mehman Allahverdiyevin dediklərindən sonra əlavə şərhə ehtiyac qalmadı.
Maşallah Əhmədov: “Yaşananlardan xəbərim var. Deməli, məsələ belədi. 2-3 ay əvvəl Elxan Məmmədovun yanına getmişdik. Üzbəüz oturub söhbət etdik və açıq şəkildə dedim ki, “Kəpəz”də Müşahidə Şurasının sədri səlahiyyətlərini yerinə yetirə bilərəm. Hamı bilir ki, gəncəli veteranlarla münasibətim yaxşıdı. Mehman Allahverdiyev, Arzu Mirzəyev, Səfər Rəhimov kimi keçmiş futbolçularla əl-ələ verib futbolu yenidən ayağa qaldırmağın planlarını cızıb, ən qısa zamanda hədəfə çatmaq mümkündü.Mənə konkret cavab vermədi, amma danışığından başqa planlarının olduğunu başa düşdüm. Açıq şəkildə bizə inamsızlıq göstərdiklərini dedim. Tanınmış futbolçuyam, Maşallah Əhmədovam, məni şuraya sədr qoymurlar. O vaxt “Neftçi”nin Müşahidə Şurasında yer almaq üçün Çingiz Abdullayevə müraciət etmişdim, o da onluq bir şeyin olmadığını demişdi. İslam Abbasovla Vaqif Sadıqovun “Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gələnə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə də Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi. Mehman 2-3 il əvvəl “Kəpəz”də işləyəndə stadiona 20-25 min adam gəlirdi. Klub üçün canını qoyub, cibinin pulunu xərcləyib. Bu cür insanların əziyyətini yerə vurmaq olmaz. Allah hamısının işini avand eləsin. Mənim kimi bacarıqlı kadrları şuraya yaxın buraxmasınlar. Çünki keçmiş futbolçulara etimad göstərmirlər”.
Mehman Allahverdiyev: “Nə deyim axı? AFFA-dan belə məsləhət görüblər, bunlar da gəlib işləməlidilər. Zorla gedib nəsə tələb edəsi deyilik ki. İstər baş məşqçi, istər prezident, istərsə də icraçı direktor işlədiyim dönəmdə işimiz və “Kəpəz”in nəticələri göz qabağında olub. 3 il əvvəl Avroliqaya vəsiqə qazanıb, mərhələ adladıq. Mən klubdan çıxandan sonra nələr baş verdi – Allah bilir. İslam Abbasova da, Vaqif Sadıqova da uğurlar arzulayıram. Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim. Etmədilər, canları sağ olsun. Bu ideyanı irəli sürənə də, qərarı verənə də, icraçılara da can sağlığı diləyirəm. Necə işləyəcəklərini zaman göstərəcək. Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi. “Kəpəz”i 3 dəfə çempion etmişəm, 4 dəfə ölkə kubokunu qazanmışıq, 2 dəfə gümüş, 1 dəfə bürünc medallara sahib çıxmışıq. Çempionatlar tarixində mövsümboyu məğlubiyyət acısı yaşamayan bir komanda var – o da baş məşqçi olduğum dönəmdəki “Kəpəz”di. Məndən sonra çempionluq nədi, heç “bürünc” qazanmaq mümkün olmayıb. Klubun adını dəyişib “Gəncə” etmişdilər, “Kəpəz”in adını qaytardım. Bu gün futbolkaların yaxasındakı klub gerbi mənim dönəmimdə hazırlanıb. Sarı-göy rənglərin ideya müəllifi mən olmuşam. Həmin Mehman Allahverdiyevəm də. Vallah, özümü tərifləmək üçün demirəm. Sadəcə, “keçmişini dananın gələcəyi olmaz” məsəlini əsas tutub danışıram. Bunları mən deməsəm də, faktdı. Hər şey silinə bilər, amma tarix silinmir. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik. Deyirəm, çox nahaq, gedin, dəstək verin, “Kəpəz” hamımızındı. Demək pis çıxmasın, vaxt olub biznesdən qazandığım şəxsi pullarımı klubun yolunda xərcləmişəm. Halal-halal xoşları olsun, Gəncəm və gəncəlilərim üçün etmişəm. Bakıdan oyundan qayıdanda yol qırağındakı təkərləri avtobusa yığıb gətirirdik ki, qaz olmayan bazada yandıraq, otaqlar isinsin. Meydanı sulayırdıq. Bu qədər əziyyət çək, axırı da belə... Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. Nəsə edəcəklər, sonra da söhbət, şayiə ki, Mehman öyrətdi. Hələ işləmədiyim dönəmdə nə olurdusa, mənim üstümə atırdılar. Ona görə də susmaları məsləhətdi. Yaxşı olar, inşallah. Allah görür”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar