21 yan 22:34aktual

Ağasəlim Mircavadov on gündü müalicə olunur

Ağasəlim Mircavadov on gündü müalicə olunur
“Yəqin nəsə var ki, təyinat yubanır”
Hələ Məşqçilər Komitəsinin üzvlərinin U-21-in baş məşqçisi Milan Obradoviçlə çəkdirdiyi kollektiv şəkildə onu görməyəndə maraqlanmışdıq, demişdilər xəstədi. Ancaq komitədə yer alan məşqçilərin səsi Türkiyədən gəlir, bu dəfə də Ağasəlim Mircavadov aralarında yoxdu. Daha doğrusu, Şahin Diniyevlə Şakir Qəribov ordadı, Vaqif Sadıqovla Yaşar Vahabzadə isə yolüstədi.
Dünən Mircavadovla əlaqə saxlayıb, səhəti ilə maraqlandıq. Məlum oldu ki, təcrübəli mütəxəssisin durumu ciddi imiş: “Bir həftədən çoxdu yataqdayam. Soyuqlamışam, amma bu elə-belə soyuqdəymə deyil. Yanvarın 11-də AFFA-daydıq, idman elədik, sonra hovuza girdik. Dedilər, su normaldı, mən də yoxlamadım. Sən demə, soyuq imiş. Tullandım suya, gördüm buz kimidi. Bir o başa, bir bu başa üzdüm, bir az da qaldım, atıldım-düşdüm, gördüm qalmalı deyil, çıxdım. Amma hiss etdim ki, soyuq oldu mənə. Evə gəldim, vəziyyətim ağırlaşdı. Səhər yataqdan qalxa bilmədim. Başım gedirdi, boynum, belim, ayaqlarım tutulmuşdu. O gündən iynə-dərmandan istifadə edirəm. Həkim deyir, evin içində var-gəl elə, əl-ayağın açılışsın. Ayın 25-də Türkiyəyə getməliydim. Həkim icazə vermədi. Dedi, özünə gəlməlisən. Məcbur qalıb imtina etdim. Qripin əlaməti başqa yerlərə də vurub, hər yerim ağrıyır. Dünəndən hiss edirəm ki, bir az yaxşılaşmışam. Görək, necə olur”.
Mircavadov U-21-in yeni çalışdırıcısının təyinatına da münasibət bildirdi: “Onunla danışıqlar yeni ilin ilk günlərindən başlamışdı. Biz də araşdırdıq, müzakirə etdik, katibliyə rəyimizi bildirdik. Düzdü, Obradoviç çox işləməyib. 41 yaşı var, təcrübəsi azdı. Amma istedadlı məşqçidi. Serbiyanın U-21-ində, aşağı yaşlılardan ibarət digər yığmalarında baş məşqçi, əsas millidə isə köməkçi işləyib. Köməkçi-məşqçi kimi Rusiyada keçirilən dünya çempionatında iştirak edib. Yeddi il Xarkov “Metallist”ində oynayıb. Rus dilini əla bilir. Bu, məşqçi üçün vacib amildi. Tərcüməçi vasitəsilə ünsiyət istənilən effekti vermir. Hiss-həyəcanı, pedaqoji, psixoloji yanaşmanı lazımi səviyyədə çatdırmaq olmur. Almanlar, ingilislər əbəs yerə əcnəbi məşqçi qarşısında onların dilində danışmağı tələb qoymur”.
Təcrübəli mütəxəssisin əsas milliyə baş məşqçi təyinatının yubanması ilə bağlı da fikirlərini öyrəndik: “Bizə əsasən aşağı yaş qrupları üzrə yığmalar tapşırılıb. Hələ ki əsas yığmaya namizədləri müzakirə etməmişik. Düzdü, öz aramızda danışırıq, adı çəkilən məşqçilərlə bağlı fikir bildiririk. Siz necə, biz də elə. Amma rəhbərliklə bunu ayrıca müzakirə etməmişik. Əslində əsas yığmanın baş məşqçisi müəyyənləşməlidi ki, onun sistemi, fəlsəfəsi ilə tanış olaq. Aşağı yaş qruplarının strukturu da bundan sonra qurulmalıdı. Yəni sistemli iş olmalıdı. Yəqin nəsə var ki, təyinat yubanır. Biz buna qarışa bilmərik, çünki səlahiyyətimizə aid deyil”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar