21 yan 22:26aktual

“Qarabağ” “Bohemians”ı “kəllələdi”

“Qarabağ” “Bohemians”ı “kəllələdi”
Qurban Qurbanov: “Belə oyunlarda hesab bizim üçün önəmlidi”
Şənbə günü Antalyada yoldaşlıq görüşünə çıxan üç təmsilçimizdən biri “Qarabağ” oldu. Güclü yağış səbəbindən “Botoşani” ilə oyunu təxirə salınan, yanvarın 16-da “Uypeşt”ə yeganə qol hesabına məğlub olan ağdamlıların növbəti rəqibi ötən qış “Qəbələ” ilə qarşılaşmış “Bohemians” idi. “Qloriya Sport Arena” kompleksində keçirilən qarşılaşmadan əvvəl 20 yanvar şəhidləri birdəqiqəlik sükutla yad olundu.
Qurban Qurbanov əsas heyətdə ötən matçla müqayisədə yalnız bir dəyişikliyə əl atmışdı ki, Qara Qarayevin əvəzinə Filip Ozobiçə şans vermişdi. “11-lik” isə belə idi: Şahruddin Məhəmmədəliyev, Vild-Donald Gerye, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Riçard Almeyda, Miçel, Abdulla Zubir, Filip Ozobiç, Dani Kintana, Mahir Mədətov.
İlk dəqiqələrdən topa nəzarəti ələ almaqla üstün görünən son 5 ilin çempionu hər nə qədər çalışsa da, qol vurmaq tapşırığının öhdəsindən gələ bilməyib. Əvəzində çexlər bizimkilərə qol vurmağın yolunu öyrədib. 30-cü dəqiqədə ağdamlıların müdafiə xəttindəki diqqətsizlikdən yararlanan rəqib hesabı açıb. Bununla da “arının yuvasına çöp uzatmış” olublar. Hesabın açılmasından 2 dəqiqə sonra Mahir Mədətov yüzfaizlik qol fürsətini əldən versə də, 36-cı dəqiqədə Ozobiç Riçardın qapı qarşısına havalandırdığı topu özünəməxsus olmayan şəkildə - başla qapıdan keçirib.
İlk hissə 1:1 başa çatsa da, Qurbanov ikinci yarıya da eyni “11-lik”lə başlayıb. Yalnız 50-ci dəqiqədə Şahruddini Vaqner da Silva əvəzləyib. 62-ci dəqiqədə “Bohemians” qapısından növbəti topu çıxarmalı olub. Bu dəfə Gerye Ozobiçin kornerdən asmasını başla dəqiq tamamlayıb. Komandasının hesabda önə keçdiyini görən baş məşqçi 67-ci dəqiqədə heyəti tam dəyişib ki, Hannes Halldorsson, Ansi Aqolli, Rahil Məmmədov, Yakub Jezniçak, Abbas Hüseynov, Qara Qarayev, Simeon Slavçev, İsmayıl İbrahimli, Nicat Süleymanov, Araz Abdullayev və İnnosent Emeqara meydana ayaq basıb. İrəliləyən dəqiqələrdə hər iki tərəfin fərqlənmək imkanları olsa da, 90-cı dəqiqənin tamamında səhnəyə Slavçev çıxıb. Maraqlıdı ki, bolqar yarımmüdafiəçi də rəqib qapısının torunu baş zərbəsindən sonra silkələyib. Bu oyunu “Qarabağ” üçün yaddaşlardan silinməyəcək qarşılaşma adlandıra bilərik. Daim rəqiblərin başla vurduğu qollara üzülən ağdamlılar bu dəfə eyni üsulla – 3 qolun hamısını başla vurub çexləri məyus etməklə ilkə imza atmış oldular.
Bütün futbolçuların iştirak etdiyi oyunu iki nəfər – Hacıağa Hacılı ilə Reynaldo kənardan izlədi ki, zədəli futbolçular hazırda fərdi məşq etməklə fiziki durumlarını qorumağa çalışırlar. Çərşənbə axşamından etibarən kollektiv çalışmalara qoşulacaqları gözlənilir.
Oyun başa çatandan sonra azərbaycanlı jurnalistlərin əhatəsinə düşən Qurban Qurbanov sualları cavablandıranda ümumi məzmun belə olub: “Ümumən çox yaxşı, sakit oyun alındı. Hər iki komanda çox nizam-intizamlı oynadı. Əlbəttə, belə oyunlarda hesab bizim üçün önəmlidi. Ancaq ondan da önəmli olan detallar var idi ki, onları meydanda görmək istəyirdim. Hesabda 0:1 geridəydik, ancaq futbolçular yenə oyun nizam-intizamını qoruyub saxladılar. Qələbəni oyunla əldə etmək istədilər və sonda şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Düşünürəm ki, bugünkü qarşılaşma ilk oyundan daha dinamik alındı. Bu dəfə səhvlərimiz də az oldu. Oyunun axarından razı qadım. Hər üç qolu başla vurmağımız normaldı. Futbolda belə hallar olur. Qollarımızın ikisi standart vəziyyətdən vuruldu. Ümumiyyətlə, qapımız qarşısında da standart vəziyyətlərdən sonra təhlükələr olurdu ki, bu da bizi daha diqqətli olmağa sövq edir. Futbolçularımız bunu ikinci hissədə edə bildilər, rəqib futbolçulara daha yaxın oynadılar. Açığı, belə hallar, qolları başla vurmağımız məni sevindirdi. Çünki futbolda görürsən ki, gözəl qolların çoxu başla olur. Qollarda yerlilərin imzasının olmaması? Məncə, bu gün belə problem axtarmaq lazım deyil. Yerli futbolçulardan hücum xəttində təkcə Mahir idi. Qalanları, demək olar, daha çox müdafiə sahəsində idi. Düşünürəm ki, onların hər biri üzərində düşən vəzifəni düzgün yerinə yetirə bildi. Mahir bu matçda qol vurmadı, inşallah, növbəti qarşılaşmada vurar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar