21 yan 22:19aktual

Aftandil Hacıyev Avropa çempionunu sınayır

Aftandil Hacıyev Avropa çempionunu sınayır
Aleksey Qasilinin atası: “Oğlum ən ödənişli futbolçu idi”
İqor Ristivoyeviç “Səbail”in düşərgəsində olan yeganə yeni oyunçu deyil. Etibarlı mənbədən əldə əldə etdiyimiz bilgiyə görə, Rusiyanın gənclər yığmasının üzvü Aleksey Qasilin dünən Bayıl təmsilçisinə qoşulub. Açığı, gənc forvardın performansına nəzər salanda onun “Səbail”də qalacağına inanmaq olmur. Qasilin “Zenit”in yetirməsidi. Sankt-Peterburq təmsilçisi onu 2015/16 mövsümündə “Şalke-04”ə icarəyə verib. Forvard Almaniya təmsilçisinin ikinci komandasının şərəfini qoruyub və meydana çıxdığı 33 oyunda 14 qol vurub. Yenidən “Zenit”ə dönən Qasilin köhnə-yeni klubunun əvəzedicilərində 19 matçda 8 dəfə fərqlənib. O, 2017/18 mövsümünü “Amkar”da keçirib və Perm təmsilçisində 19 oyun keçirib. Sonuncu klubu isə Portuqaliyanın ikinci liqa təmsilçisi “Akademika” olub. O, yarım mövsümdə 9 matça çıxıb və 1 qol vurub. 22 yaşlı hücumçu U-17-lər arasında Avropa çempionatının (2013) qalibi və U-19-lar arasında qitə birinciliyinin (2015) gümüş mükafatçısıdı.
Qasilin “instaqram” səhifəsində “Akademika”dan ayrıldığı barədə status paylaşıb: “Bütün futbolçu yoldaşlarıma, məşqçilərə, həkimə və klub menecerinə minnətdarlığımı bildirirəm. Hamısı mənə çox yardım etdi, onlar çox mehribandı. Mən “ikinci ailəm”də özümü xoşbəxt hiss edirdim. Ancaq bu futbol həyatıdı və biz bir-birimizə “görüşənədək” deməliyik. Hamıya hər şeyin yaxşısını arzulayıram”.
Bu arada məhşur “Sport den za dnyom” saytı Qasilinin Portuqaliya klubundan ayrılmasının səbəbini araşdırıb. Bunun üçün futbolçunun atası Yevgeni Qasilinlə əlaqə saxlayıblar.
- Səbəb çox sadədi, komandanın maliyyə cəhətdən ziddiyyətli olduğu ortaya çıxdı. Üç-dörd gün əvvəl Aleksey müqaviləni ləğv etdi, azad agent oldu. Baş məşqçi Manuel Kahuda da getdi.
- Komanda çempionatdan çıxarılır?
- Xeyr, amma, demək olar ki, hər kəsi itirir. Bugünlərdə "Benfika"nın “B” komandasına 0:4 uduzdular. Aleksey müqaviləsi ləğv edilən yeganə şəxs deyil. Kimlər ki klubda qalmağa razılaşdı, onlara maaş ödənilməyəcək. Qalanların məvacibini agentləri ödəyəcək. Onlar hətta meydana da daxil olmayacaqlar. Məsələn, honkonqlu oğlan. Sadəcə, məşq edir.
- Aleksey maaş aldı?
- İki ayda bir dəfə verdilər. Aleksey klubda ən ödənişli futbolçulardan biri idi. Lazım gəlsəydi, məvacibinin azaldılmasına razılaşa bilərdik. Hazırda klub satışa çıxarılmaq ərəfəsindədi. Onlar borcları bağlamaq istəmirlər.
- Rusiyadakı kimi. Halbuki Avropada belə olmamalıdı.
- Bəli... Oğlum ora gedəndə çox sevinmişdim. Aleksey orda bərpa olundu. Halbuki Portuqaliyada ona demişdilər ki, “Amkar”da həkimlər bərpa prosesini səhv təyin ediblər. Onlar üç ay bir ayağını işlədiblər, amplitudlarını artırıblar. Oynamağa başlamışdı, qol da vurmuşdu. Baş məşqçisi Alekseydən razı idi.
- Bəs agenti barədə nə deyə bilərsiz?
- Alekseyin agenti yoxdu. Portuqaliyalı bir nümayəndəsi var idi. Həmin şəxs Rusiyaya dönməyi təklif etdi. Aleksey oynamaq istəyir. Onun arzusu Avropadı. Bunun üçün hər şeyi etdi. O, öz puluna işçi vizası aldı, Avropada bir il oynaya bilər. Ancaq belə alındı.
“Sport den za dnyom” onu da əlavə edib ki, Qasilin karyerasını Rusiyanın elitasına çıxmağa iddialı olan ikinci liqa təmsilçilərindən birində davam etdirə bilər. Paralel olaraq, agentlər Avropada variantlar axtarır. Göründüyü kimi, rüzgar gənc forvardı “Səbail”ə atıb. Qasilin pulu yox, sırf oynayıb yenidən parlamağı üstün tutacaqsa, hücumçu axtarışında olan Bayıl təmsilçisi ona qucaq aça bilər. Aftandil Hacıyev onun durumunu bu gün öyrənəcək, bundan sonra tərəflər danışıqlar masasına əyləşəcəklər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar