18 mar 11:05aktual, manset

“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır

“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır
b]Əfqan Talıbov: “Platini ilə Blatteri də “Şərurspor”a görə qovdular?”
Bəhmən Həsənov: “Komandamın adının oyun alğı-satqısında hallandırılması mümkün deyil”
[/b]
Azərbaycan futbolunda daha bir ilk yaşandı. Ancaq bu dəfə pis mənada. Belə ki, İntizam Komitəsi iki klubu – “Şərurspor” və “Rəvan”ı oyun alğı-satqısında iştirak etdiyi üçün çempionatdan kənarlaşdırdı. Komitə üzvlərini bu addımı atmağa vadar edən UEFA-dan gələn xəbərdarlıqlar oldu. Artıq neçə müddət idi ki, qitə futbol qurumunun göstərişi ilə AFFA birinci divizionda araşdırma aparırdı. Nəhayət, dünən bütün suallara nöqtə qoyuldu. “Şərurspor”un baş məşqçisi Əfqan Talıbov isə İK-nın qərarı ilə razılaşmır. O bütün dünyada futbolun qumara çevrildiyini, hətta “Real” kimi klubların belə işlərə qol qoyduğunu bildirdi: “Həyatımın 20 ilini futbol oynayıb, 15 ildi də məşqçilik edirəm. Məni tanıyanlar bilir ki, necə insanam. Mən belə işlərlə məşğul oluramsa, hanı mənim evlərim, maşınlarım? Qumarla pul qazanmışamsa, gərək yüksək səviyyədə özümə həyat qurardım. Ona görə də hansısa qərarı qəbul edəndə insan gərək düşünsün. Bir dəfə də olsun, insanların qayğıları ilə maraqlanmırlar. Belə qərarlar vermək asandı. Belə çıxır ki, Azərbaycan futbolunun bütün problemlərinin kökündə “Şərurspor” durur. Guya “Şərurspor”la “Rəvan”ı çempionatdan uzaqlaşdırmaqla hər şey öz qaydasında gedəcək, bütün problemlər yoluna qoyulacaq? Hamıda elə fikir formalaşıb ki, aşağı dəstədə təkcə “Rəvan” və “Şərurspor” danışılmış oyunlarla məşğul olub. Bilirsiz, çox gülməli bir durumla baş-başa qalmışıq. Bunların sözündən belə çıxır ki, UEFA ancaq bizi güdür, bizim oyuna baxır? Deyirlər “Şərurspor”dan siqnal gəlib, komanda filan addımı atır. Qitə futbol qurumunda belə bir qurum varsa, “Real”ın oyununa niyə nəzarət etmir? Onların qapıçıları “Betis”lə oyunda topu sol əli ilə tutub, sağ əli ilə qapıya salır. Bəs onlara niyə bir söz deyən yoxdu? Çünki onların gücü var. Həmin matçda 2 qol vurub qələbə qazandılar, buraxılan qol yaddan çıxdı. Amma 0:1 hesabı ilə məğlub olsaydılar, araşdırılacaqdı ki, Navas niyə belə elədi? Dünya futboluna rəhbərlik edən iki qurumun - həm UEFA-nın, həm də FİFA-nın prezidentləri indi hardadılar? Platini ilə Blatteri də “Şərurspor”a görə qovdular? Kimin nə danışdığı məni maraqlandırmır. Vəziyyətlə bağlı futbolçulara da məlumat verəcəm. Hələlik məşqlərimizi davam etdirəcəyik. Nə olur-olsun, həyat davam edir. Amma komandaya çox böyük ləkə yaxdılar. Futbolçular özləri də beziblər. Mənə deyirdilər ki, “Energetik”lə oyuna necə çıxaq? Onları da qınamıram. Heç bir motivasiyaları yoxdu. Yazıqlar udurlar, söz-söhbət eşidirlər, uduzurlar, yenə eyni şey. Heç-heçə olanda da nəsə tapıb danışırlar. Bəs biz necə oynayaq? Bəlkə futbolda 4-cü nəticə də var, biz bilmirik? Hamı düşüb “Şərurspor”un üstünə. Məşqçilər Komitəsinin üzvləri dəfələrlə oyunlarımıza baxıb, görüblər ki, komanda normal futbol sərgiləyir. Müəyyən problemlərimizin olduğunu gizlətmirəm. Klub prezidenti komandanın yanında deyil, bazamız yoxdu. Hər məşqə görə icarəhaqqı ödəyirik. Sərdar Bağırov öz problemini yoluna qoymağa çalışır, bununla paralel futbola da diqqət ayırmaq istəyir. Bundan sonra necə olacağına, “Şərurspor”un fəaliyyətini davam etdirib-etdirməyəcəyinə klub prezidentinin qərarından sonra aydınlıq gələcək”.
“Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənov isə bunları söylədi: “Ötən dəfə sizə bildirdiyim kimi mən artıq “Rəvan”nın baş məşqçisi deyiləm. Oğlumun səhhətində yaşanan problemlərə görə istefa vermişəm. Bu gün (dünən) stadiona getmişdim. Komandanın “Qaradağ Lökbatan”la oyunu olduğundan rəqib komanda artıq arenaya gəlmişdi. Ancaq lökbatanlılara bildirdilər ki, matç baş tutmayacaq. “Rəvan”ın çempionatdan xaric olunduğunu da orda eşitdim. Rəhbərlik bu işlə maraqlanacaq. Komandamın adının oyun alğı-satqısında hallandırılması mümkün deyil. Birinci dövrədə AFFA bununla bağlı araşdırma aparırdı. İkinci dövrədə isə belə söhbət, ümumiyyətlə, ola bilməz. Çox yaxşı heyət formalaşdırıb, komandaya yeni futbolçular cəlb etmişdik. Maaşla bağlı da heç bir problemimiz yox idi. İkinci dövrədə adımızın danışılmış oyunlarda çəkilməsi mümkün deyil. Buna yüz faiz əminəm. Hansısa futbolçunun oyun alğı-satqısında iştirak etdiyinə də inanmıram. Ola bilsin, bizi köhnə borclara görə çempionatdan uzaqlaşdırıblar. Hər halda, rəhbərlik bu məsələyə aydınlıq gətirəcək”.
[b]RƏŞAD[/b]
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar