21 yan 22:16aktual

Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı”

Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı”
Ayxan Abbasov: “Matçın baş tutmamasında oyunları təşkil edən şirkətin də müəyyən günahı var”
Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” şənbə günü “Çelik”lə ikinci yoxlama görüşünü keçirməliydi. Xatırladaq ki, “kimyaçılar” yanvarın 15-də Qazaxıstan təmsilççi “Jetısu” ilə üz-üzə gəlmiş və matç 1:1 hesabı ilə başa çatmışdı. Ancaq Bosniya və Hersoqovina klubu ilə qarşılaşma baş tutmayıb. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, “Çelik” son anda oyundan imtina edib: “Rəqib komandanın nümayəndələri əvvəlcə hakimin dəyişdirilməsini tələb etdilər. Onların istəyinə uyğun addım atdıq. Ondan sonra Bosniya və Hersoqovina təmsilçisi paltardəyişmə otağının 5 dəqiqə gec təqdim olunduğunu bəhanə gətirərək, yenə meydana çıxmayacağını bildirdi. Çətinliklə olsa da, onları razı sala bildik. Bu məsələ də həllini tapandan sonra meydanı bəhanə gətirdilər. Guya oyunun keçiriləcəyi meydan onların tələbindən sonra sulanmağa başlayıb ki, bunu da özlərinə hörmətsizlik kimi qəbul edirlər. Onların narazılıqları boş bəhanədən başqa bir şey deyildi. Sadəcə, oynamaq istəmirdilər. “Çelik”in niyə belə etdiyi bizə də qaranlıq qaldı. Bosniya və Hersoqovina klubu ilə qarşılaşma baş tutmasa da, komanda ikitərəfli oyun keçirdi”.
Yaşananlarla bağlı “ağ-göylər”in baş məşqçisi Ayxan Abbasovun da mövqeyini öyrənməyi lazım bildik. Hər halda, rəqibin yoxlama görüşündən imtina etməsi komandanın hazırlıq planına təsir göstərir, baş məşqçini çətin vəziyyətə salır. Abbasov durumu belə dəyərləndirdi: “Mən hələ də başa düşmürəm ki, “Çelik” nəyə görə belə etdi? Onların meydana çıxmaq istəyi yox idisə, niyə gəlmişdilər? Matçdan əvvəl dedikləri isə oynamamaq üçün mənasız bəhanələr idi. Görüşdən iki gün əvvəl onların da meydanına gedib baxmışdıq. “Topqapı” otelinin stadionunun ot örtüyü yaxşı olmadığından razılaşdıq ki, görüş bizim məskunlaşdığımız “İC Santai” otelinin meydanında keçirilsin. Stadiona çatar-çatmaz əvvəlcə hakimləri, sonra paltardəyişmə otağını, ardınca isə meydanın gec sulandığını bəhanə gətirdilər. Onları meydana çıxmağa razı salmaq üçün nə istəkləri var idisə, hamısı yerinə yetirildi. Lakin fikirlərindən dönmədilər və geri qayıtdılar”.
Bu yerdə onu da bildirək ki, premyer-liqa təmsilçiləri arasında “Sumqayıt” Antalyada keçirəcəyi yoxlama görüşlərində rəqiblərinin adını ən gec açıqlayan klub idi. Klubun mətbuat katibi isə qəzetmizə açıqlamasında bunun səbəbini belə izah etmişdi: “Tələsik ad açıqlamaq istəmirik. Oyunları təşkil edən şirkətlə bütün detalları razılaşdırıb, sonra rəqiblərimizin adlarını deyəcəyik. Əvvəlcə razılaşıb, sonra hansısa oyundan imtina etsək, belədə 5000 min dollar cərimələnə bilərik”.
Rəşad bəyin söylədiklərinə əsaslansaq, belə çıxır ki, “Çelik” yoxlama görüşündən imtina etdiyinə görə para cəzasına məruz qalacaq. Ayxan bəylə söhbətdə bu məsələyə də aydınlıq gətirməisini istədik: "Heç şübhəsiz, matçın baş tutmamasında oyunları təşkil edən şirkətin də müəyyən günahı var. Belə etmək olmaz, planımız pozulur. Ancaq bir tərəfdən təşkilatçıları da qınamaq olmur. Onlar nə bilsinlər ki, Bosniya və Hersoqovina klubunun rəsmiləri belə ucuz bəhanələrlə meydana çıxmaqdan imtina edəcəklər. Bura gəlməmişdən öncə biz hər şeyin sənəd üzərində olmasını tələb etmişdik. Yəni təşkilatçı şirkətdən zəmanət almışdıq. ”Çelik” müqaviləyə əsasən cərimə olunmalıdı. Çünki oyun zəmanətinə görə əvvəlcədən məbləğ qoyulur. Biz də müqaviləyə əsasən rahat bura gəlirik ki, 4 oyun keçirəcəyik. Həmin müqavilədə belə bir bənd var ki, oyun baş tutmursa, zərəçəkən tərəfə kompensasiya verilir. Yəqin ki, problemi şirkətlər öz arasında həll edəcək. Təlim-məşq toplanışında belə şey olur. Heç kim bundan “sığortalanmayıb".
Qeyd edək ki, “gənclik şəhəri”nin təmsilçisi növbəti yoxlama matçını yanvarın 22-də Makedoniya "Vardar"ına qarşı keçirəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar