20 yan 22:07aktual

Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək

Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək
Cavid Qarayev: “VAR sistemi Avroliqanın BOS-da keçiriləcək final oyununda tətbiq olunacaq”
Hələ ideya olaraq araya-ərsəyə gəldiyi vaxtdan indiyədək VAR sistemi müzakirə olunur. Ədaləti bərpa etmək baxımından müsbət cəhəti danılmaz olsa da, bəziləri hələ də onun futbolun gözəlliyinə, oyunun tempinə xələl gətirdiyini düşünür. Hər halda, bu sistem yavaş-yavaş kütləviləşməkdədi. Əslində Rusiyada keçirilən dünya çempionatı VAR-la bağlı tərəddüdlərə son qoydu. Elə mundialdan sonra “böyük beşlik” ölkələrinin dördündə həmin sistemin tətbiq olunması da VAR-ın uğurlu olmasının təsdiqidi. Yalnız İngiltərə bu mənada istisnadı ki, növbəti mövsümdən videotəkrardan “futbolun vətəni”ndə də istifadə olunacaq. Özü də britaniyalılar Liqa kubokunda sözügedən texnologiyadan istifadə edirlər. Həmçinin qonşu Türkiyə, Hollandiya, Çexiya, Belçika, Polşa, Portuqaliya və Avstraliyada VAR-dan yararlanırlar. Rusiya da İngiltərə kimi növbəti mövsümdən onu tətbiq edəcək. İsrail, İsveçrə kimi ölkələrin də videotəkrardan istifadədə maraqlı olduğu deyilir. Bir sözlə, sistemin get-gedə əksər çempionatları “ağuşuna alacağı” gözlənilir.
Əlbəttə, texnologiya uğurludusa və çoxları buna maraq göstərirsə, onun tam sürətlə yayılmamasının səbəbi sual doğura bilər. Məsələ burasındadı ki, VAR yetərincə bahalı sistemidi. Təkcə Rusiyada keçirilən mundial zamanı bu texnologiyanın hər stadiona 1,2 milyon dollara başa gəldiyini xatırlatmaq kifayətdi. Düzdü, ölkə çempionatı səviyyəsində maliyyə baxımından rəqəm çox aşağı ola bilər. Məsələn, Hollandiyada çempionatın 306 oyununda VAR-dan yararlanmaq üçün təxminən 2,5-3 milyon avro xərclənəcəyi haqda xəbərlər yayılmışdı. Bununla belə, sistem heç də ucuz deyil.
Bəs görəsən, bizdə onun tətbiqi nə vaxt gerçəkləşə bilər? Yadınızdadısa, bir müddət öncə AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik müsahibəsində videotəkrarla bağlı sualı belə cavablamışdı: “VAR gələcəyin sistemidi. Azərbaycanda bunu tətbiq etmək üçün maraqlı olan tərəf bu texnologiyanın vacibliyi və zərurəti ilə razılaşmalı, xərcləri üzərinə götürməlidi. Artıq bu məsələnin müzakirəsinə başlamışıq və yeni sistemi tətbiq edəcəyimiz vaxtı səbirsizliklə gözləyirik”.
Bu isə o deməkdi ki, sistemdən ölkəmizdə istifadə elə də uzaq gələcək sayılmır. Burda başqa bir sual ortaya çıxır: stadionlarımızda VAR-ın tətbiqi üçün lazımi şərait varmı? Nəzərə alaq ki, hətta oyunların çəkilişi zamanı bizim arenalarda bəzən problemlərə rast gəlinir. Deməli, həmin texnologiyanın qurşadırılması üçün də stadionlarımızda görüləcək işlər yetərincədi.
Onu da qeyd edək ki, UEFA 1/8 final mərhələsindən etibarən həm ÇL, həm də AL oyunlarında VAR-dan istifadəyə icazə verəcək. Avroliqanın builki finalının Bakı Olimpiya Stadionunda (BOS-da) keçiriləcəyini nəzərə alsaq, deməli, ölkənin ən nəhəng arenasında da həmin sistem quraşdırlacaq. Maraqlıdı, bunun üçün stadionda nələrə ehtiyac var? Arenada əlavə nələr quraşdırılmalıdı? Bütün bunlarla bağlı BOS-un direktoru Cavid Qarayevin fikirlərini öyrəndik: “VAR sistemi Avropa Liqasının BOS-da keçiriləcək final oyununda tətbiq olunacaq. Bununla bağlı UEFA nümayəndələri ötən il Bakıda idi, növbəti səfər isə fevralda gözlənilir. Beləliklə, bu məhz UEFA-nın tövsiyəsidi. VAR sistemi TV-yayın ərazisində olan elektrik qovşağından birbaşa siqnal qəbul edəcək. Sistemin uğurlu tətbiqi üçün müvafiq kabellərdən istifadə olunacaq, BOS-da kabel panelləri qazonun ətrafinda quraşdırılıb və artıq texniki testlərdən keçirilib. VAR sistemi ilə bağlı ətraflı məlumatı UEFA-nın fevraldakı səfərindən sonra paylaşacağıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar