20 yan 22:05aktual

“Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub

“Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub
Yunis Hüseynov: “Şəxsən mənə elə gəlirdi, hansısa Afrika ölkəsindəyəm və müharibə gedən ərazidən keçirik”
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-də baş qaldıran azadlıq hərəkatları, demək olar ki, bütün respublikaları ağuşuna almışdı. Xüsusilə Baltikyanı və Cənubi Qafqaz respublikalarında insanların meydanlara axışıb azadlıq tələb etməsi, narazılığın son həddə çatması SSRİ adlı imperiyanın gec-tez süqut edəcəyindən xəbər verirdi. Ancaq şər qüvvələrin idarə etdiyi istənilən tiran dövlətlərdə olduğu kimi, SSRİ-də də imperiyanın dağılmasına imkan vermək istəməyən, insanların gözünü qanla qorxutmağa çalışan məmurlar və çiynində marşal poqonu gəzdirən hərbçilər var idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qətliam da məhz həmin canilərin “əl işi” idi. Ancaq Azərbaycan xalqı 20 yanvar faciəsindən nəinki “sındı”, azadlıq istəyindən geri çəkildi, əksinə, 147 sadə vətəndaşın şəhid olduğu gecədən sonra insanlar bir daha başa düşdülər ki, azadlığa qovuşmaq, müstəqillik əldə etmək üçün mətin addımlıarla irəliləmək lazımdı.
Həmin qanlı hadisələr zamanı ölkənin ən köklü klubu olan “Neftçi” İstanbulda idi. Türkiyədə “Azərbaycan günləri” çərçivəsində mədəniyyət xadimləri ilə yanaşı, “ağ-qaralar” da səfərə yollanmışdı. Tədbir çərçivəsində rəhmətlik Ruslan Abdullayevin baş məşqçisi olduğu kollektiv “Qalatasaray”la (2:2) münasibətləri aydınlaşdırıb. Məhz həmin qarşılaşmadan sonra futbolçulara Bakıdakı qırğın barədə məlumat verilib. Türkiyə mətbuatı futbolçuların üzləşdiyi vəziyyətlə bağlı xəbərləri manşetə çıxarıblar. Ən diqqətçəkən manşet isə “Milliyət”də olub: “Futbolçu gəldilər, əsgər dönürlər”. Komanda Bakıya çatar-çatmaz ilk olaraq Şəhidlər Xiyabanına baş çəkməyi özünə borc bilib.
Qətliam günü komanda ilə birgə İstanbulda olanlardan biri də Yunis Hüseynov olub. ”Xəzər Lənkəran”ın və “Kəpəz”in sabiq baş məşqçisini arayıb 29 il əvvəl yaşananlarla bağlı xatirələrini bölüşməsini istədik: “Həmin il komanda, demək olar ki, yenidən qurulmuşdu. Əksər veteran futbolçular artıq komandadan ayrılmışdı. Düşərgədə yer alanların əksəriyyəti mənim kimi gənclər idi. Türkiyə ilə əlaqələr də hələ yeni-yeni başlayırdı. İlin əvvəlində klub rəhbərliyi bizə İstanbula gedəcəyimizi bildirdi. Səfər çərçivəsində, səhv etmirəmsə, üç yoldaşlıq görüşü keçirməliydik. Onu da bildirim ki, komanda olaraq, səfərə çox ciddi hazırlaşmışdıq. İlk oyunumuz da “Qalatasaray”a qarşı idi. Yanvarın 20-də meydana çıxdıq və görüş 2:2 hesabı ilə başa çatdı. Təəssüf ki, nəticəyə görə sevincimiz uzun çəkmədi. Paltardəyişmə otağına girdikdə nəsə qan-qaraçılığın olduğunu hiss etmişdik. Çünki bizimlə gedən dövlət işçisi kənara çəkilib asta səslə klub rəhbərliyi ilə nəsə danışırdı. O kənara çəkiləndə fürsətdən istifadə edib baş məşqçimiz Ruslan Abdullayevə yaxınlaşıb nələrin baş verdiyini soruşdum. O da çox fikirli görünürdü. Ancaq həmin an mənə heç nə demədi, sadəcə, üzümə baxıb başını yellədi. Rəhbərlik səviyyəsində hamının susması, dilxor vəziyyətdə kənara çəkilməsi bizi lap üzmüşdü. Hamı bir-birinə “görəsən, nə olub” sualını verirdi. Stadionu tərk edib məskunlaşdığımız otelə çatanda isə bizi bir araya toplayıb “ötən gecə Bakıda qırğın olub. Yüzlərlə insan ölüb və yaralanıb” dedilər. Heç kim heç nə başa düşmürdü. Bilmirdik ki, insanları nəyə görə öldürüblər, cinayəti törədənlər kimlərdi? Düzdü, həmin ərəfədə Bakıda vəziyyət bir qədər qarışıq idi. Ancaq heç vaxt inanmazdıq ki, ordu əliyalın insanlara güllə atar, onların üstünə tankla gedər”.
Veteran futbolçu söhbətin davamında Bakıda yaşananlara görə İstanbulu təcili tərk etdiklərini də bildirdi: “Qalatasaray”la qarşılaşmadan əlavə, səfər çərçivəsində İstanbulda daha iki yoldaşlıq görüşü keçirməliydik. Ancaq 20 yanvar hadisələrinə görə rəhbərlik Azərbaycana daha tez qayıtmağa qərar verdi. Əslində komanda yanvarın sonlarında geri dönməliydi. Təyyarə biletlərimiz də həmin tarixə alınmışdı. Lakin təcili geri qayıtmalı olduq. Və bunun üçün xüsusi avtobus təşkil olundu. Oteli tərk edən zaman türkiyəli jurnalistlər bizi dövrəyə alıb müxtəlif suallar verirdilər. Lakin başverənlər barədə ətraflı məlumata sahib olmadığımızdan həmin suallara cavab verməkdə çətinlik çəkirdik. Ancaq Türkiyə qəzetlərində gedən yazılarla tanış idik. Avtobusla əvvəlcə Batumiyə, ordan isə Tiflisə gəldik. O illərdə mobil telefon olmadığından heç kim ailə üzvləri ilə əlaqə saxlaya bilməmişdi. Ona görə də hamıda bir narahatlıq var idi. Sizi inandırım ki, yolboyu heç kim heç nə danışmır, ancaq radioda gedən xəbərləri dinləməyə çalışırdı. Ola bilsin, nümayəndə heyətinə rəhbərlik edənlər və ya klub rəsmiləri daha dolğun məlumata sahib idilər. Ancaq bizə heç nə demirdilər. Tiflisdən qatarla Azərbaycana keçdik. Bu dəfə də qatarı avtobusa dəyişib paytaxta üz tutduq. Bakıya gəlincə, yollarda hərbi texnikanı, əlisilahlı əsgərləri görüb çaşmışdıq. Şəxsən mənə elə gəlirdi, hansısa Afrika ölkəsindəyəm və müharibə gedən ərazidən keçirik. Bakıya çatdıqdan sonra isə heç evimizə baş çəkmədən birbaşa Şəhidlər Xiyabanına yollanıb məzarları ziyarət etdik. İndi sizinlə danışdıqca, həmin günlər yenidən gözümün önünə gəlir. Bilirsiz, ən maraqlısı nədi? Bakıya çatanda komandada olanların heç biri demədi ki, öncə ailəmlə maraqlanım. Hamı bir nəfər kimi Şəhidlər Xiyabanına yollanmaq istədiyini bildirdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar