20 yan 22:02aktual

Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi

Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi
Ceyhun Hacıyev: “Bu il Antalyada “partlayış” var, otellərdə boş yer yoxdu”
Küləklə yağışın Antalyada hazırlıq keçən komandalara qənim kəsilməsi gün kimi aydındı. Yanvarın ilk günlərindən yağan yağışlar son iki gündə “sussa” da, qarşıdakı günlərdə yenidən şiddətini artıracağı gözlənilir. Kənd təsərrüfatı ilə məşğul olanların üzü gülsə də, baş məşqçilərlə futbolçuların qaşlarının çatıldığı dəqiqdi. Yoldaşlıq oyunları ləğv olunur, təxirə salınır, məşqlərdə görülən işlərin faydalılıq əmsalı aşağı düşür.
Deyəsən, Antalyada havaların qeyri-sabit keçəcəyindən bizimkilərdən başqa hamı duyuq düşüb. Odu ki, bəziləri, ümumiyyətlə, bu şəhərin adını dilinə gətirmədi, elələri də oldu ki, öncədən təşkilatçılara “gəlirik” desələr də, sonradan geri çəkildilər. Çox güman, havaların yağışlı olmasına görə belə addım atıblar. Amma dünən uzun illərdi Türkiyəyə yaşayan, klubların Antalya səfərində təşkilatçılıq edən və biz jurnalistlərə yaxşı tanış olan Ceyhun Hacıyevlə söhbətdə məlum oldu ki, vəziyyət heç də düşündüyümüz kimi deyil: “Əvvəla onu deyim ki, Azərbaycan klublarından ikisi mənim xəttimlə bura gəlib. Biri “Səbail”di, digəri “Sabah”. Şükürlər olsun, heç birinin rəqiblə bağlı çətinliyi olmayıb. Bu günə kimi nə hansısa oyun təxirə salınıb, nə də ləğv olunub. İşlər də planlaşdırdığımız şəkildə davam edir. “Səbail” sabah (bu gün) Avroliqanın 1/16 finalında “Napoli” ilə qarşılaşacaq “Sürix”lə üz-üzə gələcək. “Sabah” yanvarın 22-də İsveçrənin adlı-sanlı komandalarından olan “Syon”la oynayacaq. Dediyiniz məsələ təşkilatçı şirkətlərə bağlıdı. “Qarabağ”ın, yaxud başqa komandaların kimlərin xətti ilə gəldiyini bilmirəm. Rəqiblərinin niyə Antalyaya gəlmədiyini də onlar bilər. Biz kimlərlə danışmışdıqsa, hamısı burdadı. Yalan danışan insanlarla işimiz olmaz. Rəsmi müqavilə bağlayırıq, ona uyğun da iş görürük”.
Ceyhun bəyə ünvanladığımız “əvvəlki illərə nisbətən adlı-sanlı komandaların sayı niyə azdı” sualına aldığımız cavab isə belə oldu: “Onu sizə kim deyir? Əksinə, bu il Antalyada “partlayış” var, otellərdə boş yer yoxdu. İsveçrə və Ukrayna premyer-liqasının, demək olar, bütün iştirakçıları burdadı. Yalnız Kiyev “Dinamo”su istisnadı ki, onların ispan şirkəti ilə reklam müqaviləsi var deyə, hər il İspaniyaya gedirlər. Almaniyanın ikinci bundesliqasının komandaları var. Hollandiya elitasından səhv etmirəmsə, yanvarın ilk 10 günündə 7 iştirakçı gəlmişdi. Onlar Türkiyədə cəmi bir həftə qalıb qayıdırlar. Yerli komandalardan “Qalatasaray”la “Beşiktaş”ın adını çəksəm, bəs edər? Rusiya premyer-liqası gec başlayır deyə, “Spartak”, “Dinamo” və başqa komandaları fevralda burda olacaqlar. Artıq bir neçə müraciət almışıq. Deməyim odu ki, yağışla əlaqəsi yoxdu. Yağışlıq, küləklik bir şey olsaydı, bu gün Larayla Bələkdə bu qədər komanda olmazdı. Həm də havalar bir neçə gün yağışlı oldu, indi maşallah, yaxşıdı, düzəlib”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar