20 yan 21:48aktual

Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil

Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil
Azər Məmmədov: “Bakıya səhər saat 5-də çatmasına baxmayaraq, özünü məşqə çatdırdı”
“Qarabağ”ın yollarını ayırmaq istədiyi Con Delarj Qurban Qurbanovun göstərişinə uyğun olaraq əvəzedici komandaya göndərilib. Real təklifi olmayan, ağdamlılarla yolunu ayırmaq istəməyən konqolu futbolçu qaydalara uyğun addım atmaqda maraqlıdı ki, baş məşqçi də buna uyğun davranır. Konqo yığmasına müntəzəm dəvət alan Delarjın indiki məqamda millini və karyerasını yox, müqavilə şərtlərini, dəqiq desək, pulu düşünməsi gün kimi aydındı. Adam müqaviləsinin qalan 1,5 ilini əvəzedici komandada keçirməyə razıdı. Təki klubdan ona söz verilən maaşa sahib olsun.
Əslində Qurbanovun planlarına daxil olmayan yeganə legioner o deyil. Təcrübəli mütəxəssisin əlacı olsa, Hannes Halldorsson, İnnosent Emeqara və Simeon Slavçevi da əvəzedici heyətə göndərər. Əsas sual da bu məqamda yaranır: niyə başqaları yox, məhz Con Delarj?
Əldə etdiyimiz məlumata görə, baş məşqçi ilə futbolçunun münasibətlərinin soyumasında əsas səbəb heç də onun özünü sübut edə bilməməsi yox, xarakterindəki qüsurlardı. Komanda yoldaşları ilə belə danışmayan, məşqçilər heyətindən uzaq gəzən, özünü ayrı respublika gözündə görən qaradərili ümumi ab-havadan geri qalır. Müqavilə şərtlərinin qarşılıqlı razılıq əsasında pozulması, belə deyək, “Qarabağ”dan ayrılması ilə bağlı müzakirələrdə iştirak etmək istəməyən, bütün məsuliyyəti agentinin üstünə atan Con bununla da özünü gözdən salıb. Belədə əsas komandada qalmasının ümumi ab-havaya təsir edəcəyini düşünən Qurban Qurbanov onu əvəzedici komandaya göndərmək qərarına gəlib.
Məsələ ilə bağlı “qəhrəman”ın yığma və gələcək kareyrası ilə bağlı fikirlərini öyrənmək maraqlı olardı. Ünsiyyətdən qaçan futbolçunun dedikləri bunlar oldu: “İndiki vəziyyətdə yığmaya çağrılmaq çətin məsələdi. Onsuz da Azərbaycanda oynayandan millidə elə də çox şans qazanmıram. Baş məşqçinin qərarına və müqavilə şərtlərinə hörmətlə yanaşıram. Bəli, əvəzedici komandaya göndərilmişəm, buna da normal yanaşıram. Peşəkar futbolçu kimi işim mənə deyilənə əməl etmək, məşq və oyunlarda komandama kömək etməkdi. Bu qədər”.
Artıq Bakıda olan Con məntiqlə, əvəzedicilərin dünən səhərki məşqində iştirak etməliydi. Bu məqsədlə “ikincilər”in baş məşqçisi Azər Məmmədovla əlaqə saxladıqla məlum oldu ki: “Az öncə məşqimiz başa çatdı. Delarj da sərəncamımda idi. Bakıya səhər saat 5-də çatmasına baxmayaraq, əsl peşəkar kimi davranıb özünü məşqə çatdırdı. Açığı, yorğun görünmürdü. Digər futbolçular kimi can-başla çalışır, tapşırıqlarımı yerinə yetirirdi. Əslində onun bizimlə olması yaxşı haldı. Gənc futbolçuların ondan öyrənməli olduğu şeylər var. Hansı müddətə qədər qalacağını deyə bilmərəm. Qərarı əsas komandanın baş məşqçisi Qurban Qurbanov verir. Ona görə də çempionat oyunlarında iştirak edib-etməyəcəyi haqda söz demək çətindi”.
Maraq üçün qeyd edək ki, Conun xidmətində maraqlı olan klub tapılsa, “Qarabağ” onu pulsuz – müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməklə buraxmağa hazırdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar