19 yan 16:52aktual

Agentlər “transfer bazarı”nı dəyərləndirdi

Agentlər “transfer bazarı”nı dəyərləndirdi
Tural Əsgərov: “Heç kim tələsik addım atıb, özünü “yandırmaq” istəmir”
Vaqif Heydərli: “Hazırda Azərbaycana Avropada 3-cü dərəcəli sayılan legionerlər üz tutur”

Premyer-liqada qış “transfer pəncərəsi” rəsmən yanvarın 12-də açıq elan olunsa da, elita təmsilçiləri hələ ötən ilin dekabrından bu yöndə çalışmalara start veriblər. Demək olar ki, bütün elita klublarının düşərgələrində yeni oyunçular görmək olar. Ancaq ötən illərlə müqayisədə 2019-un qışı futbolçu keçidi baxımından o qədər də məhsuldar deyil. Premyer-liqa klubları daha çox daxili bazardan alış-veriş etməkdə və birvaxtlar ölkədə top qovmuş, ancaq sonradan başqa çempionatlara üz tutmuş oyunçuları geri qaytarmaqda maraqlıdılar. Buna nümunə kimi Aqil Məmmədovun “Qəbələ”ni “Neftçi”yə, Anar Nəzirovun “Zirə”ni “Qəbələ”yə, Rəşad Əzizlinin “ağ-qaralar”ı “Sumqayıt”a, Təmkin Xəlilzadənin “qırmızı-qaralar”ı “Sabah”a dəyişməsini, Reynaldo ilə Riçard Almeydanın “Qarabağ”a qayıtmasını göstərmək olar. Tək-tük klublar var ki, rənglərinə bağladığı legionerlər ilk dəfə Azərbaycan azarkeşinin qarşısında top qovacaq. Daha bir diqqəti çəkən məqam dövrələrarası fasilədə heç bir yerli oyunçunun ölkə xaricinə çıxmamasıdı.
Qeyd etdiyimiz məsələlərlə bağlı bu dönəmdə ön plana çıxan, klublara yeni futbolçular təklif edən agentlərlə danışmağı lazım bildik. Heç şübhəsiz, “tranfer bazarı”nda yaşanan durğunluğun səbəbini onlardan yaxşı heç kim bilmir.
Agentlər “transfer bazarı”nı dəyərləndirdi
Öncə bu məqsədlə Tural Əsgərovla əlaqə əlaqə saxladıq: “Mən həmişə demişəm ki, bizim klublar “transfer pəncərəsi”nin sonuna az qalmış hərəkətə keçir, yeni oyunçularla müqavilə bağlayır. Bunun da özəl səbəbi var. İlk günlər “transfer bazarı”nda qiymətlər baha olur. Məsələn, yanvarın əvvəlində 150 manat istəyən oyunçu “transfer pəncərəsi”nin bağlanmasına az qalmış klubsuz qalmaq qorxusu ilə üzləşdiyindən 100 minə, hələ ondan da aşağı məbləğə oynamağa razılıq verir. Elə olur ki, hətta futbolçu özü kluba “elçi düşür”. Bundan başqa, transferlərin gec reallaşmasına səbəb olan məqamlardan biri də klublarımızın büdcələrinin az olmasıdı. Heç kim tələsik addım atıb, özünü “yandırmaq” istəmir. Hansısa futbolçunu rənglərinə bağlamamışdan əvvəl yüz ölçüb bir biçir ki, mövsümün qalan hissəsində yanlış seçimə görə peşmanlıq hissi keçirməsinlər. Faydasız legionerin düşərgəyə gəlməsi klub rəhbərləri və sponsorlar tərəfindən də mənfi qarşılanır ki, bu da baş məşqçinin işgüzar nüfuzuna ağır zərbədi.
Burdan gedib, sonradan geri qayıdan futbolçular barədə fikirlər fərqlidi. Mən şəxsən həmişə bunun əleyhinə olmuşam. Lakin müəyyən istisnalar var. Məsələn, Riçard Almeydanı göstərə bilərəm. Riçardın səviyyəsi hamıya bəllidi. Ötən yay “Qarabağ” onu saxlamaq istəsə də, futbolçu daha yüksək şərtlər təklif edən kluba yollandı. Qurban Qurbanov həmişə Almeydanın xidmətində maraqlı olub. Bunu yığmada işlədiyi dönəmdə də göstərdi. “Milliləşdirilimiş” braziliyalı həm klubu, həm də daxili çempionatı yaxından tanıyır və buna görə də uyğunlaşma ilə bağlı problem yaşamayacaq. Baş məşqçi də bütün bunları çox gözəl başa düşür. Hər bir çalışdırıcı qışda elə futbolçu ilə anlaşmaq istəyir ki, komandaya faydalı olsun. Ümumiyyətlə, dövrələrarası fasilədə tanınmayan oyunçunu düşərgəyə dəvət etmək bir qədər riskli addım sayılır. Onun özünü necə göstərəcəyi həmişə sual doğurur.
Adlı-sanlı, tanınmış futbolçuların bizim çempionata gəlməməsinə gəlincə, klublarımızın büdcələri aşağı olduğundan həm meydanda, həm də kənarda ulduz sayılan oyunçulara istədikləri pulu verə bilmirlər. Bu gün ən imkanlı klubumuz hesab olunan “Qarabağ”ın büdcəsi belə Çempionlar Liqasının qrupuna düşmək istəyən Avropa klubları ilə müqayisədə ortadan da aşağıdı. İmkanlısı Ağdam təmsilçisidisə, görün başqalarında vəziyyət necədi.
Bizim futbolçuların ölkə xaricinə çıxmaması artıq neçə illərdi müzakirə olunan söhbətdi. Burda söhbət tək futbolçulardan getmir. Nəyə görə balkanların nümayəndələri dünyaya bu qədər çox səpələniblər? Səbəb sadədi. Onların məşqçiləri, klub funksionerləri, agentləri, demək olar ki, hər yerdə var. Bu üzdən balkanlı futbolçular da klublarda peyda olurlar. Bu məsələdə biz nəinki onlarla, heç gürcülərlə ayaqlaşa bilmirik. Hazırda yüzlərlə gürcü oyunçu legioner həyatı yaşayır. Onların reklamının güclü olmasının da səbəblərindən biri əvvəlki nəslin özü haqda xoş təəssürat formalaşdırmasıdı. Görürsən ki, heç agent, məşqçi olmayan hansısa gürcü veteran futbolçu vaxtilə çıxış etdiyi klubun rəhbərliyinə zəng vurub yaxşı bir gəncin olduğunu bildirir. Onun sözünə güvənən klub da həmin futbolçu ilə müqavilə bağlayır. Bizimkilərin legioner həyatı yaşamasına imkan verməyən məqamlardan biri də maliyyədi. Səviyyəli yerli oyunçuların sayı az olduğundan onlar vətəndə layiq olduqlarından 4-5 dəfə artıq maaş alırlar. Gürcüyə 2000 dollar əməkhaqqı təklif edəndə az qala qaça-qaça ölkə xaricinə yollanır. Bizimkilərə o maaşı deməyə qorxursan ki, sənə ağır cavab verər”.
Agentlər “transfer bazarı”nı dəyərləndirdi
Hazırda ölkə xaricində olan Vaqif Heydərli isə bunları söylədi: “Gəlin, “bizimkilər bu qış da ölkə xaricinə çıxmadı” deyib, vaxtından əvvəl dizimizə döyməyək. Birincisi, bu işdə daha çox gənclər maraqlıdı ki, onların da peşəkar müqavilə bağlamaq üçün mütləq 18 yaşı tamam olmalıdı. İkincisi, müəyyən prosedur qaydaları var ki, onlara da əməl olunmalıdı. Bu da zaman tələb edən işlərdi. “Transfer pəncərəsi”nin bağlanmasına hələ xeyli müddət var. Onu da nəzərə almaq lazımdı ki, müxtəlif ölkələrdə bu tarix fərqlidi. Buna görə də bir qədər səbrli olmalıyıq. Böyük ehtimalla, ölkə xaricinə yollananlar olacaq.
Klublarımızın transfer siyasətinə gəlincə, ötən illərdə maliyyə imkanları geniş idi və buna görə də heyətlərinə səviyyəli legionerlər qata bilirdilər. Ancaq indi durum dəyişib. İki klubu çıxmaq şərti ilə, qalanları o qədər geniş büdcəyə malik deyillər və ona görə də rənglərinə bağladıqları əcnəbilər də o qədər yüksək səviyyəli oyunçular olmur. Hazırda Azərbaycana Avropada 3-cü dərəcəli sayılan legionerlər üz tutur. Bu məqam istər-istəməz çempionatın ümumi səviyyəsinə təsir göstərir.
Başqa ölkəyə yollanıb yenidən Azərbaycana qayıdanlar barədə isə ümumi fikir heç də birmənalı deyil. Elələri var ki, onların geri qayıtması azarkeşləri sevindirir, komandalarına faydalı ola biləcəklər. Lakin elələri də var ki, onları yenidən bura qaytarmaq heç bir çərçivəyə sığmır. Ad çəkmək istəmirəm, ancaq belələri də var. Həmin oyunçulara qucaq açan klubların transfer siyasəti mənə çatmır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar