UEFA “Qarabağ”ın hesabına pul köçürüb. Avroliqanın qrupundakı bir qələbəyə ("Vorskla", 1:0) görə qitə futbol qurumu tərəfindən “köhlən atlar”a 570 min avro vəsait ayrılıb. “Qarabağ”ın qələbələrinin sayına əsasən əlavə bonuslar 52 min avro həcmində hesablanıb. Beləliklə, UEFA-dan ayrılan ümümilikdə 622 min avro AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın xəzinəsinə köçürülüb.