12 yan 16:13aktual

Təmkinə 170 min transfer haqqı ödəyəsən, amma saytın olmaya...

Təmkinə 170 min transfer haqqı ödəyəsən, amma saytın olmaya...
“Səbail” isə iki ildi yalan “istehsal edir”
Çempionat və kubok oyunları elədi ki, stadionlara baş çəkir, hadisələrin canlı şahidi olur və bununla da siz oxucuları lazım olan məlumatlarla “qidalandıra” bilirik. Ancaq indiki halda klublarda çalışan mətbuat katiblərindən, dəqiqləşdirsək, klubların rəsmi saytlarından və “feysbuk” səhifələrindən asılıyıq.
Məsələn, “Sabah”la “Qarabağ” artıq bir neçə gündü Antalyadadı. Komanda üzvləri Bakıda bir araya gəlib, birbaşa Türkiyəyə yollandılar. Çempionluğa iki əsas namizəddən biri olan “Neftçi” hazırlığa Bakıda start versə də, baş məşqçi Roberto Bordin məşqlərin izlənilməsinə, futbolçulardan müsahibə alınmasına hələ ki icazə vermir. Yerdə qalanlarla bağlı pis-yaxşı müəyyən məlumatlar əldə edə bilsək də, bu hər şey demək deyil. Ona görə də saytlardan, səhifələrdən asılı qalmışıq.
Onların fəaliyyəti isə heç də hər birində ideal deyil. Hətta elə klublar var ki, premyer-liqada mübarizə aparmasına baxmayaraq, rəsmi saytı yoxdu. Heyətlərində yer alan hansısa əcnəbinin xaricdəki yaxını sayta daxil olmaq istəyəndə əli üzündə qalır. Elə isə başlayaq.
Liderin media işlərinə cavabdehlik daşıyan Rüstəm Allahverdiyev hər iki səhifənin operativ görünməsinə çalışır ki, bu istəyin onda uğurlu alındığını deyə bilərik. Hər gün məşqlərdən şəkillər paylaşan klubun rəsmi saytı və “feysbuk” səhifəsi başqa məsələlərdə də operativliyini qoruyur. Amma çatışmazlıq da yox deyil. Məsələn, məşqçilər heyətində yer alanlardan və futbolçulardan heç biri fasilədən sonra açıqlama verməyib. Mətbuata qadağa qoyulub, heç olmasa, sayt və ya səhifə vasitəsilə mövsümün qalan hissəsi ilə bağlı azarkeşlərə səslənmək olar. Ən pis halda fasilə müddətindən necə yararlanmaları və hazırda özlərini necə hiss etmələri xüsusi maraq kəsb edər.
Çempionun mətbuat katibi Nurlan İbrahimov toplanışın ilk iki gününü Ümrə ziyarətində olduğuna görə boşa verib, bizi və oxucuları xəbər baxımından “ac qoysa” da, indiki durumu qənaətbəxş saymaq olar. Klubun saytı və “feysbuk” səhifəsi məlumatlarla zəngindi. Məşqlərdən çəkilən şəkil və videolar, o cümlədən transferlərlə bağlı xəbərlər xoş haldı. Bəzi şəkillərin arxa plandan çəkilməsi kənardan yaxşı görünmür. Həmçinin indiyəqədərki paylaşımlarda Dani Kintana ilə Bədavi Hüseynovun gözə dəyməməsi olduqca maraqlı məqamdı. Halbuki Nurlan bəy bütün futbolçuların düşərgədə olduğunu deyir.
Avrokuboklara vəsiqəni hədəfləyən və hazırda 3-cü pillədə qərarlaşan “Səbail”in rəsmi saytı yoxdu. Hətta varsa da belə, işləmir. 2016-cı ildə yaradılan, artıq 2 ildi premyer-liqada çıxış edən klubun mətbuat katibi Törə Əhmədova saytla bağlı sualımıza bir ildi “bu gün, sabah” deməklə həm bizi, həm də oxucuları, azarkeşləri yola verir. Düzdü, “feysbuk” səhifələri var, yetərincə operativ işləyir. Amma söhbət avrokuboklara vəsiqə uğrunda mübarizə aparan peşəkar klubdan gedirsə, saytın varlığı damarda qanın olması qədər vacibdi. Üstəlik, bu klub Rövnəq Abdullayevin yaxın çevrəsindəkilərə məxsusdu. Onlar üçün sayt yaratmaq nə vaxtdan problem olub?!
Çempionatın debütantı olmasına baxmayaraq, “Sabah”ın həm maliyyə imkanları, həm də gələcək üçün hədəfləri yetərincə yüksəkdi. Yayda Cavid İmamverdiyevə görə 150 min, iki həftə əvvəl Təmkin Xəlilzadəyə görə 170 min manat transfer haqqı ödəyən, Marko Deviç kimi keçmişi sanballı futbolçunu heyətinə qatan klubun rəsmi saytının olmaması olduqca düşündürücü məqamdı. İdman saytları ilə reklam müqaviləsi bağlayan klubun bu işlərə məsul şəxsləri yaxşı olardı ki, hər şeydən əvvəl klub saytını ortaya çıxarmağı bacarsın. İşin gərdişinə bax, klub mediaya dəstək verir, amma özünə sayt açmaq imkanı yoxdu. Əvəzində “feysbuk” səhifələri saat kimi işləyir, hər gün müxtəlif xəbərlərlə diqqəti çəkir. Mətbuat katibi Elnur Həmidovun dediyinə görə, saytda son tamamlama işləri gedir və yaxın günlərdə izləyicilərin sərəncamına veriləcək.
Yüksək hədəflərindən uzaq düşməsinə, maliyyə sarıdan “axsamasına” baxmayaraq, “Qəbələ”də bu baxımdan vəziyyət qənaətbəxşdi. Yanvarın əvvəlindən bu yana klubda yaşanan proseslərlə bağlı dərhal məlumat verilib. Klubdan ayrılanlara da, yeni gələnlərə də uğurlar arzulanıb. Sadəcə, başqalarında olduğu kimi, bölgə təmsilçisinin sayt və “feysbuk” səhifəsində də müsahibə və açıqlama baxımından qıtlıq var. “Hazırlıq prosesinə davam”, ya da “filankəslə yollar ayrıldı” sərlövhəli yazılar və fotoreportajların cansıxıcı olduğu sirr deyil. Ona görə də daha maraqlı xəbərlərlə ümumi mənzərəyə rəng qatmaq lazımdı.
Söhbət klubların saytlarından və bu yöndəki fəaliyyətdən düşəndə, ağla “Sumqayıt”da bu işlərə cavabdehlik daşıyan Rəşad Məmmədov gəlir. Həmkarımızın əlacı olsa, “Kapital Bank Arena”nın üzərindən uçan quşun şəklini çəkib, haqqında ətraflı məlumat verər, hansı ölkədən gəldiyi ilə maraqlanar. Məşhur Azad dayıdan müsahibə götürər, futbolçuların hər məşqdə neçə kalori itirdiyini dəqiqləşdirib yazar. Yəni o dərəcədə hərtərəfli və istəklidi. Ona görə də “Sumqayıt”ın rəsmi saytı və “feysbuk” səhifəsi haqda yalnız və yalnız xoş sözlər deyə bilərik. Belə səssiz dönəmdə paylaşımlara bir az da rəng qatsa, əla olar.
“Keşlə”nin başının transfer çalışmalarına qarışdığını klubun rəsmi saytı “diliylə deyir”. Əsasən gedən-gələnlərin xəbərləri ilə zəngin olan saytda xüsusi nəsə tapmaq müşkül məsələdi. Və sayt çox darıxdırıcıdı. Bütün xəbərlərə “Keşlə”nin qırmızı fondakı gerbi qoyulur, sərlövhə “Keşlə” FK-nın məlumatı” yazılır. Yaxşı olardı ki, rəgarənglik olsun, başlıqlar cəlbediciliyi ilə diqqəti çəksin. Hə, bir də məşq prosesindən çəkilən şəkil və videogörüntülərə yer ayırmaq sayta gözəllik gətirər.
“Zirə” təlim-məşq toplanışına start versə də, klub saytı hələ də “qış yuxusundadı”. Sonuncu xəbər ötən il dekabrın 24-də yerləşdirilib ki, çempionatın ilk yarısının statistik göstəriciləri diqqətə çatdırılıb. Əvəzində klubun “feysbuk” səhifəsi “nəfəs almaq” bilmir. Gün ərzində bir neçə xəbər paylaşılır ki, onlar arasında başsağlığı da var, yeni gələnlərə arzulanan xoş sözlər də. Mətbuat katibi Elmar Abdullazadə ilə söhbətdə məlum oldu ki, dekabrdan bəri saytda texniki problemlər yaranıbmış. Və həmin problem aradan qaldırılmaq üzərdi. Dünən gün ərzində sayt fəaliyyətini bərpa etməliydi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar