12 yan 15:45aktual

Orxan Sadıqlı Türkiyəyə yollanmadığına görə peşmandı

Orxan Sadıqlı Türkiyəyə yollanmadığına görə peşmandı
“Ailə vəziyyətim və oyun təcrübəmin azlığı buna mane oldu”
“Zirə”nin heyətinə qatdığı növbəti oyunçu Orxan Sadıqlı oldu. “Keşlə”dən ayrılan qapıçı karyerasını qəsəbə təmsilçisində davam etdirəcək. Qeyd edək ki, Sadıqlı yayda “Keşlə”ni “Sumqayıt”a dəyişdi. Səbəb isə qapıçının daha çox oynamaq istəyi idi. Aydın məsələydi ki, Kamran Ağayev olan komandada onun “çərçivə”də tez-tez görünməsi real deyil. Bu üzdən icarə əsasında “kimyaçılar”a üz tutan Orxan orda da hədəfinə çata bilmədi. Mehdi Cənnətovu heyətdən sıxışdıra bilməyən qolkiper bu qış fasiləsində müqavilə ilə məxsus olduğu “Keşlə”yə döndü. Ancaq bakılıların baş məşqçisi Tərlan Əhmədov onu sərəncamında görmək istəmədi və Sadıqlı bu klubdan da ayrıldı. “Zirə”də isə Anar Nəzirovun gedişindən sonra qapıçıya ehtiyac yaranmışdı. “Qartallar”ın çalışdırıcısı Samir Abasovun legioner “çərçivə qoruyucusu” istəməməsi fonunda Orxan qəsəbə təmsilçisi ilə anlaşdı. Müqavilənin müddəti mövsümün sonuna qədərdi. Bütün bunlarla bağlı “Zirə”nin dünənki səhər məşqindən öncə Sadıqlı ilə söhbətləşdim.
- Öncə “Zirə”yə keçidinlə bağlı fikirlərini öyrənmək maraqlı. Yeni klubunda özünü necə hiss edirsən?
- Təəssüratım əladı. Futbol oynamaq üçün hər şey var. İnanıram ki, hər şey yaxşı olacaq. Hamımız üçün xeyirli olsun. Həm klub, həm də mənim üçün. Əsas odu ki, mehribanlıq olsun.
- “Keşlə”də qalmamağının səbəbi nə idi? Tərlan Əhmədov niyə səni komandasında saxlamaq istəmədi?
- Gəlin, bu haqda danışmayaq. Artıq “Keşlə” keçmişdə qaldı. Bundan sonra gələcəyə baxmaq lazımdı. “Keşlə” ilə bağlı danışmaq istəmirəm. Onlara da uğurlar arzulayıram, çalışsınlar, çempion olsunlar.
- Mövsümün ilk yarısında “Sumqayıt”da icarə əsasında çıxış etdin, ancaq əsas heyətdə özünə yer edə bilmədin. Beləcə mövsümün sonunu gözləmədən həmin klubdan ayrıldın. Halbuki yayda “Sumqayıt”a üz tutanda daha çox şans qazanacağın proqnozlaşdırılırdı.
- Bəzi şeylər var ki... Ordan da mehribanlıqla ayrıldım. “Sumqayıt”da mənə “get” deyən olmadı. Ayxan müəllimə dedim ki, öz komandanızı qurun, mən gedəcəm. Çünki ab-hava tam başqa idi. Dediklərimiz uyğun gəlmədi. Mən nə gözləyirdim, nə oldu. Onlara da uğurlar arzulayıram (gülür). Başqa nə deyim?! Futboldu, bu gün burdasan, sabah başqa yerdə. Kim deyə bilərdi ki, o boyda klublar dağılacaq? Liqada komanda sayı bu qədər azalacaq? Heç kim. Amma oldu. Artıq irəliyə baxmaq lazımdı.
- “Zirə”dəki hədəfin nədi? Bu komandada Kamal Bayramova əsas qapıçı gözü ilə baxdıqları şübhə doğurmur. Onu heyətdən sıxışdırmağın mümkün olacaq?
- Kamalla 8-9 ildi bir-birimizi tanıyırıq. Hər ikimiz komandanın uğuru üçün çalışacağıq. Əsas məsələ “Zirə”nin uğurudu. Komandam üçün hər şey yaxşıdısa, deməli, mənim üçün də yaxşıdı. Fərqi yoxdu, əsas heyətdə kim oynayacaq. Kim güclüdü, o da daha çox şans qazanacaq. Ən əsası kollektivdəki münasibət, mehribanlıq həm klub, həm də bizim üçün yaxşı olacaq.
- Müqavilə müddətin cəmi 6 aylıqdı. Klub belə istədi, yoxsa sən?
- Mənə 4-5 ay lazımdı ki, özümü sübut edim. Ondan sonra oturub danışacağıq.
- “Zirə” hazırda çempionatın autsayderidi. Necə düşünürsən, komanda mövsümün ikinci yarısında turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra biləcək? “Zirə”nin bunun üçün potensialı var?
- Əlbəttə. Dünən məşqə baxanda komandanın niyə sonuncu pillədə olduğu bir qədər qəribə göründü. Bu komanda axırıncı yerdə olmamalıdı. Heyət belə deməyə əsas verir. Mövsümün tən yarısı önümüzdədi. Bir neçə qələbə bizi turnir cədvəlinin yuxarı pillələrinə yüksəldəcək. Komanda vəziyyətdən çıxacaq, belə qalmayacaq.
- Kubokda isə “Zirə” yarımfinaldadı. “İkinci cəbhə”də uğur qazanmaq mümkündü?
- İnşallah, finala çıxarıq. Daha sonra isə qalib gəlib, kubok qazanarıq. Bunu bacarsaq, klub tarixində ilkə imza atacağıq. Ötən mövsüm “Keşlə”də Yuri Maksimovun rəhbərliyi altında kuboku qazandıq. Elə burdakı kimi mehriban kollektiv var idi. “Can” deyib, “can” eşidirdik. Ab-hava əlaydı, sıxma-boğma yox idi. Biz bunun sayəsində kubokda ən güclü olduq. Həmin əhval-ruhiyyəni burda da görürəm. Məşqçilərin və futbolçuların çalışması, işə yanaşması, ab-hava müsbət düşüncələr formalaşdırır.
- Mövsümün ikinci yarısında “Keşlə” və “Sumqayıt”la oyunlar sənin üçün prinsipiallıq vəd edir? Nəzərə alaq ki, kubokun yarımfinalındakı rəqibiniz məhz “kimyaçılar”dı.
- Mənim üçün bu qarşılaşmalar adi oyunlar olacaq. Bunu tam səmimi deyirəm. Uşaq deyiləm ki. Əvvəlki – 19-20 yaşındakı Orxan olsaydı, bəlkə də dediyiniz kimi olardı. Artıq 25 yaşım var. Adi oyun kimi yanaşacam, şans qazansam, əlimdən gələni edib, komandamın uğuruna çalışacam. Hər bir oyuna məhz bu düşüncə ilə yanaşacam.
- Ölkə xaricinə yollanmaq haqda düşünmədin, yoxsa təklif gəlmədi?
- Bir təklifim var idi, Makedoniyadan. Açığı, getməkdən qorxdum. Əvvəla, ailə vəziyyətimə görə ehtiyat etdim. Üçaylıq övladım var. İkincisi, oyun təcrübəsini nəzərə aldım. Çünki mövsümün ilk yarısında “Sumqayıt”da cəmi iki matçda oynamışdım. Oyun təcrübəm azdı. Psixoloji, fiziki durumumu qaydasına salım, sonra yenidən legioner həyatı haqda düşünmək olar.
- “Şkupi”ni nəzərdə tutursan?
- Bəli. Bildiyiniz kimi, bu komandanı Ümit Karan çalışdırır. CV-mə baxmışdılar, demişdilər gözlə, ya Türkiyəyə toplanışına qatılacaqdım, ya da Makedoniyaya gedəcəkdim. Lakin elə alındı ki, burda qalası oldum. Yayda yenidən danışıq aparacağımız istisna deyil. Çünki onların fikri belə oldu ki, mövsüm başa çatandan sonra yenidən danışaq.
- Onların təklif etdiyi müqavilənin müddəti nə qədər idi?
- Onlar “5 ay +1 il” şərti təklif edirdilər. Mövsümün sonuna qədər çıxış etməliydim, daha sonra növbəti illə bağlı müzakirə aparacaqdıq.
- Ötən yayda da demişdin ki, Türkiyədən təklifim var. Həmin vaxt karyeranı qardaş ölkədə davam etdirmədiyinə görə sonradan peşman oldun?
- Hə. Gərək gedəydim. Ancaq qismət belə imiş.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar