11 yan 17:32aktual

MK-nın üzvləri intizamla müasir futbolun incəliklərinin tərəfdarıdı

MK-nın üzvləri intizamla müasir futbolun incəliklərinin tərəfdarıdı
Onlar üçün yığmanın baş məşqçisinin hansı ölkədən olması önəmli deyil
2018-i geridə qoyub, 2019-a ayaq bassaq da, yığmanın baş məşqçi postu hələ də boş qalıb. AFFA rəhbərliyi axtarışdadı, aləmi bir-birinə vurub millini çalışdırmaq üçün sinəsini qabağa verə biləcək mütəxəssisin izinə düşüblər. Lakin futbol ölkəsi kimi tanınmayan Azərbaycanın futbol yığmasında çiyinlərini məlum yükün altına qoyacaq mütəxəssisi tapmaq müşkülə çevrilib. Hansısa ağıllının “mən bu komandanı AÇ-2020-nin final mərhələsinə daşıya bilərəm” iddiası ilə çıxış etməsi inandırıcı görünmür. Özünü bu hədəfin öhdəsindən gəlməyə hazır sayan birini ən yaxşı halda ağılsız adlandırmaq olar. Xorvatiya, Slovakiya, Uels və Macarıstanın yer aldığı qrupdan Azərbaycanın növbəti mərhələyə yüksəlməsi seçmə mərhələnin yox, dünya futbol tarixinin möcüzəsi sayılar.
Deyilənə görə, bu məsələdə AFFA-nın tərkibində fəaliyyət göstərən Məşqçilər Komitəsinin də rolu olacaq. Yox, onların işi axtarıb, tapmaq deyil. Müxtəlif vaxtlarla müxtəlif millilərə rəhbərlik etmiş mütəxəssislər bu yöndə tövsiyələrini verməlidi. Maraqlıdı, tövsiyələri nədən ibarətdi? İndiki halda yığmanın hansı ölkədən olan məşqçiyə tapşırılmasını istəyirlər? Müdafiə futboluna üstünlük verən İtaliyadan olana, topla oynamağı sevən İspaniyanın nümayəndəsinə, nizam-intizam tərəfdarı olan Almaniyadan olan mütəxəssisə, yoxsa mentallıq baxımından bizə yaxın olan Türkiyənin hansısa məşqçisinə? Bəlkə atletik futbolun həvəskarı kimi tanınan ingilisə, ya da bütün keyfiyyətləri özündən birləşdirən braziliyalı birinə? Zənglərimizə cavab verən 5 komitə üzvündən ikisi sualımıza konkret cavab verməkdə çətinlik çəksə də, əsas məqamı vurğuladılar.
Vaqif Sadıqov: “Bu gün bizim üçün məşqçinin milliyyəti və ya hansı ölkədən olması vacib deyil. Əsas odu ki, Azərbaycan futboluna ürəklə xidmət etsin, sadiqliyini göstərsin, belə deyim, işinə peşəkar yanaşsın. Dediklərinizi başa düşdüm. Amma bu gün bizə konkret hücum, yaxud müdafiə futbolu lazım deyil. Müasir futbol konkret hansısa məqamlardan ibarət deyil. Güc, texnika, düşünmə qabiliyyəti, nizam-intizam – hamısı bir yerdə olmalıdı. Bunun üçün isə dediyim keyfiyyətlərin hər birini özündə birləşdirən istəkli məşqçi lazımdı. Futbol dayanmır, gündən-günə inkişaf edir. Uğur qazanmaq istəyiriksə, biz də həmin inkişafla ayaqlaşmalıyıq. Həmin mütəxəssis də proseslərdən hali olmalı, inkişaf planı qurmalıdı. Məşqçilər Komitəsi olaraq milliyyətə, yaxud ölkəyə yox, məşqçinin bacarığına önəm veririk”.
Yaşar Vahabzadə: “Futbol elə bir oyundu ki, onu millətlərə bölmək, yaxud ölkələr arasında seçim etmək düzgün olmaz. Bəzən elə ölkədən elə bir bacarıqlı məşqçi çıxır ki, adam gözlərinə inana bilmir. Söhbət yığmamızdan gedirsə, bu gün ehtiyac duyduğumuz əsas məqam nizam-intizamdı. İstər meydanda, istərsə də ondan kənarda. Və ən vacibi, həmin mütəxəssis müasir futbolun tələblərindən xəbərdar olmalıdı. Fərqi yoxdu, ingilis, rus, xorvat, türk, ya da alman. Bizə nə lazımdı? Uğurlu nəticə. Bunun üçün isə qrupdakı rəqiblərlə ayaqlaşa biləcək komanda qurmalısan, layiqincə mübarizə aparmalısan. Ona görə də məşqçinin hansı ölkədən olması yox, nə dərəcədə savadlı, bacarıqlı olması əsasdı. Xüsusən də futbolumuza can yandırmalıdı, incəlikləri öyrənməlidi, işindən zövq almalıdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar