11 yan 17:00aktual

“Heç nədən və heç kimdən çəkinmirəm”

“Heç nədən və heç kimdən çəkinmirəm”
Nəzirov huşunu itirdiyi oyundan sonra “Zirə”dən ayrılmağı qətiləşdirib
Qış fasiləsində elita təmsilçilərinin daha çox qapıçı transfer etməsi diqqətdən yayınmadı. “Sumqayıt” “Neftçi”dən Rəşad Əzizli və “Sabah”dan Aydın Bayramovu, “ağ-qaralar” isə “Qəbələ”dən ayrılan Aqil Məmmədovu rənglərinə bağlamaqla yadda qaldı. Aqili itirən “qırmızı-qaralar” isə “Zirə” ilə vidalaşan Anar Nəzirovla ortaq məxrəcə gəldi. Rəşadın, Aydının, Aqilin başqa kluba üz tutmasını hardasa başa düşmək olar. Adını qeyd etdiklərimiz əvvəlki klublarında daha çox ehtiyat oyunçular skamyasında qalırdılar. Onlardan fərqli, Nəzirov “qartallar”ın “bir nömrə”si idi və mövsümün ilk yarısında, demək olar ki, bütün matçlarda meydana çıxmışdı. Belə olan halda Anarın “Qəbələ”yə üz tutması bir qədər də təəccüblü oldu. Bəs görəsən, qərarın arxasında nə durur? 33 yaşlı qolkiper nəyə görə isti yuvasını qoyub, Dmitri Bezotosnı kimi təcrübəli qolkiperin olduğu komandaya yollanıb? Hər halda, Anar bu günə kimi “Qəbələ”yə bir çox “çərçivə qoruyucuları”nın gəldiyini, ancaq Dmitri ilə rəqabətə tab gətirməyərək, düşərgəni tərk etdiyini bilməmiş deyil. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Nəzirovla söhbətləşməyi lazım bildik.
- Artıq bu sənin “Qəbələ”yə üçüncü qayıdışındı. “Zirə”dən ayrılmağının səbəbini bilmək istərdik.
- “Qəbələ”dən təklif gəldi. Bundan sonra “Zirə” rəhbərliyi ilə görüşüb durumu onlara izah etdim. Mənə elə gəldi ki, artıq o klubdan ayrılmağımın vaxtı çatıb. 3 il yarım “Zirə”nin şərəfini qorudum, bu illər ərzində komanda ilə müəyyən uğurlar qazandıq. Xüsusilə Avropa Liqasında mərhələ keçməyimizi vurğulayardım. Sözün düzü, karyeramın “Zirə” dönəmini uğurlu sayıram. Ancaq cari mövsümün gedişində nədənsə mənə elə gəlirdi ki, artıq vaxt çatıb, başqa kluba yollanmalıyam. Klub rəhbərliyinə də “çox sağ ol” deyirəm ki, fikirlərimə hörmətlə yanaşıb, qərarımı anlayışla qarşıladılar. Hər iki tərəfin razılığı ilə “Qəbələ”yə keçidim rəsmiləşdi.
- “Klubdan ayrılmağımın vaxtı çatıb” deyirsən. Bu hiss səndə nədən formalaşdı? Adətən, müqavilə şərtləri qane etməyəndə, baş məşqçi ilə yola getməyəndə, rəhbərliklə problem yaşayanda futbolçu mövsümün ortasında belə qərar qəbul edir. Sən isə “Zirə”də “1 nömrə” idin və bildiyim qədər maaşın da pis olmayıb. Rəhbərliklə də münasibətin yaxşı olub.
- Məni tanıyanlar bilir ki, heç vaxt maliyyə şərtlərini xüsusi qabardan biri olmamışam. Hər iki klubun rəhbərliyi də bunu yaxşı bilir. Samir Abasovla da ilk gündən normal münasibətimiz olub. Onun məşq prosesini həmişə bəyənmişəm. Rəhbərlikdə təmsil olunan şəxslərlə də bir-birimizə hörmətlə yanaşmışıq. Bəlkə də məni bu addımı atmağa məcbur edən “Neftçi” ilə oyundakı zədə oldu. Həmin qarşılaşmadan sonra daxilimdə qəribə bir hiss oyandı. Sanki kimsə mənə “burdan ayrılmalısan” söylədi. Məncə, həm mənim, həm də “Zirə” üçün xeyirli addım oldu.
- Samir Abasov müsahibəsində sənin yaşlaşdığını və bundan sonra daha yaxşı maliyyə şərtləri altında oynamalı olduğunu bildirib. Baş məşqçinin sözlərindən belə başa düşmək olar ki, “Qəbələ” sənə daha çox maaş təklif edib.
- Samir müəllimin müsahibəsini oxumuşam. Açığı, əməkhaqqımda elə də böyük fərq yoxdu. Demək olar ki, “Qəbələ”də “Zirə”də aldığım qədər maaş alacam. Ona klubu dəyişmək istəyimlə bağlı fikrimi bildirəndə hörmətlə yanaşdı. Son gündə də zəng vurub təşəkkürümü bildirdim.
- “Zirə”də əsas heyət üzvü idin. “Qəbələ”də isə səni Dmitri Bezotosnı kimi təcrübəli qolkiperlə rəqabət gözləyir. Ehtiyatda qalacağından çəkinmirsən?
- Bütün klublarda sağlam rəqabət ancaq xeyir verə bilər. Əsas heyətdə meydana kimin çıxmasına baş məşqçi qərar verir. Yəqin ki, o da kim hazır olacaqsa, ona güvənəcək. Qapıda mən də dayana bilərəm, Bezotosnı da. Əsas odu ki, Dmitri ilə rəqabətimiz “Qəbələ”nin xeyrinə işləsin. Hər kəs kimi mən də istəyirəm ki, əsas qokiper olum, daim meydana çıxım. Bunun üçün də sona qədər mübarizə aparacam. Heç nədən və heç kimdən çəkinmirəm. Xarakterim elədi ki, qarşıma qoyduğum məqsədə çatmayınca, rahatlaşmıram. O yerə çatandan sonra isə heç kimə vermək istəmirəm. Zəhmət hesabına qazandığım mövqeyi asanlıqla əldən verənlərdən deyiləm. Bunu futbol camiəsində də yaxşı bilirlər.
- Belə başa düşdüm ki, “Zirə”dən ayrılmağının başlıca səbəbi “Neftçi” ilə görüşdə zədələnməyin olub. Həmin anı necə xatırlayırsan?
- Bəli, həmin toqquşmadan sonra artıq belə qərara gəldim. Toqquşma anını isə xatırlamıram. 20 dəqiqə sonra özümə gəlmişəm. Sonra da yanımdakılara “oyun nə vaxt başlayıb, qolları kimlər vurub” sualını vermişəm. Təsəvvür edin ki, 90-cı dəqiqə gedir və hesab 2:2-di. Bilmirəm, yanımda kim dayanmışdı, ancaq ona durmadan suallar yağdırırmışam. Vurulan qolları görsəm də, heç nə başa düşməmişəm. Səhv etmirəmsə, həmin matçın əsas vaxtına 6 və ya 7 dəqiqə əlavə olunmuşdu. Huşum özümə qayıdanda artıq son saniyələr idi. Komanda yoldaşlarımı tanımırdım, harda olduğumu bilmirdim. Tribunadakı insanları görüb qorxuya düşmüşdüm ki, bunlar kimdi və niyə onlar bu qədər çoxdular. Başa düşürsüz də, mən hansı vəziyyətdə olmuşam.
- Həmin toqquşmadan sonra həkim müayinəsindən keçdin?
- Əlbəttə. Klub rəhbərliyi ertəsi məni MRT-yə göndərdi. Həkim müayinə edəndən sonra beyin silkələnməsi keçirdiyimi bildirdi. Onu da əlavə etdi ki, yaxşı qutarmışam. Fəsadı daha ağır ola bilərmiş. İndi isə hər şey qaydasındadı, özünüz də gördüz ki, məşq zamanı məşqçinin verdiyi bütün tapşırıqları başqa qapıçılar kimi maksimum yerinə yetirməyə çalışıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar