09 yan 14:00aktual

Vaqif Cavadov şərtlərinin yerinə yetirilməsini istəyir

Vaqif Cavadov şərtlərinin yerinə yetirilməsini istəyir
“...4-5 ay futbolsuz qalacam, bunu da göz önünə almışam”
Birvaxtlar ölkənin sayılıb-seçilən, üzdə olan futbolçularından olan Vaqif Cavadovun sabahkı taleyi qeyri-müəyyəndi. Mayda “Keşlə”nin heyətində ölkə kubokunu başı üzərinə qaldıran 29 yaşlı yarımmüdafiəçi Tərlan Əhmədovun baş məşqçi postuna keçməsindən sonra ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrildi. Hələ mövsümün gedişində hiss olunurdu ki, Vaqif komandada qalmayacaq. Ya özü məlum durumla barışmayıb çantasını yığacaq, ya da klubdan ona qapı göstəriləcək.
Düzdü, hələ ki ortada rəsmi heç nə yoxdu. Cavadovun “qırmızılar”la iyuna qədər müqaviləsi var. Amma baş məşqçi onu sərəncamında görmək istəmir və bu haqda özünə məlumat verilib. Vaqif futbol oynamaq istəyirsə, özünə klub tapmalıdı. Yox, prinsipiallıq vacib olacaqsa, rəhbərlik futbolçunun tələblərini yerinə yetirməlidi. Çünki bu cür hallarda klub başbilənləri anlaşma müddəti davam edən oyunçunun “çaldığı havaya oynamaq” məcburiyyətində qalır.
Dünən Vaqiflə əlaqə saxlayanda ehtimalımızda yanılmadığımız üzə çıxdı: “Hələ heç bir yenilik yoxdu. Bəli, klubdan mənə baş məşqçinin planlarına daxil olmadığımla bağlı məlumat verilib. Öz qərarlarıdı, hörmətlə yanaşıram. Onların mövqeyi və şərti olduğu kimi, mənim də haqlı olaraq öz şərtlərim var. Və həmin şərtləri diqqətə çatdırmışam. Lazım deyiləmsə, dediklərimə əməl etsinlər, ondan sonra sənədimi götürüb gedərəm. “Keşlə”dən cavab gözləyirəm”.
Deyək ki, “Keşlə” də Vaqifi gözləyir. Və bu məsələ ayın sonuna qədər davam edəcək. Yekunda klub rəhbərliyi futbolçunun sözündən geri çəkilmədiyini görsə, Cavadovun tələblərini yerinə yetirib yola salacaq. Həmin vəziyyətdə klub tapmaq mümkün olacaq? Fasilə dönəmində hazırlıq keçməyən oyunçunu hansı məşqçi istəyəcək? Səbəbkarın suala cavabı özünəməxsus oldu: “Bu dəqiqə məni maraqlandıran əsas məqam “Keşlə” ilə məsələni yoluna qoymaqdı. Hansısa klubla danışıq aparmağım, yaxud onların mənimlə maraqlanması üçün azad agent statusuna sahib olmalıyam. Yalnız bundan sonra danışıqlara başlamaq mümkündü. Dediyiniz kimi olsa, yəni məsələm son anda həllini tapsa, 4-5 ay futbolsuz qalacam. Bunu da göz önünə almışam”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar