09 yan 13:56aktual

“Forza Neftçi”nin “Qarabağ”la oyunda olub-olmayacağı bilinmir

“Forza Neftçi”nin “Qarabağ”la oyunda olub-olmayacağı bilinmir
Sübhan Əliyev: “Yanvarın 20-si axşam, uzağı 21-də yığışıb, qərar verəcəyik”
Ötən il dekabrın 1-də, premyer-liqanın 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” qarşılaşması qonaqlara baha başa gəldi. Tural Axundovla Baqali Dabo vaxtından əvvəl meydandan qovuldu, Ceyhun Sultanov mətbuata verdiyi açıqlamalara görə sərt cəzayla üzləşdi, “Forza Neftçi” isə...
Oyunboyu baş hakim Rəhim Həsənovu təhqir etdiklərinə, AFFA rəhbərliyini istefaya səslədiklərinə və “Əlincə Arena”da 100-dən artıq oturacağı sındırdıqlarına görə ölkənin üzdə olan azarkeş qrupunun rəhbəri Sübhan Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olundu, dindirildi. Təbii, həmin gün yaşananlar polis orqanlarının diqqətindən yayına bilməzdi. Azarkeşlərin hərəkətini xuliqanlıq kimi dəyərləndirən “Bandotdel”in əməkdaşları Sübhanı sorğu-sual edəndən sonra azad buraxdı. Halbuki dindirilən təkcə qrupun rəhbəri olmamalıydı. Daha bir neçə fəalın da izahatı alınmalıydı. Hər halda, əldə etdiyimiz məlumat beləydi. Dünən Sübhanla əlaqə saxlamaqda məqsədimiz hadisələrin sonrakı axarını öyrənmək idi: “Açığı, həmin söhbətdən sonra məsələ bağlandı. Nə məni, nə də üzvlərimizdən başqa kimlərisə “Bandotdel”ə çağırdılar. Yəqin günahsız olduğumuzu başa düşüblər. Hər halda, günah sahibi olsaydıq, belə qalmazdı. Orda da demişdim ki, bizim niyyətimiz “Neftçi”yə dəstək verməkdi, komandamızı uğur qazanmağa səsləməkdi, siyasətdən uzaq adamlarıq”.
Maraqlıdı ki, “Forza”nın üzvləri “Sumqayıt”la səfərdə reallaşan qarşılaşmada komandanın yanında olmadılar. Daha doğrusu, “Kapital Bank Arena”da qonaqlar üçün ayrılan sektorda “Forza Neftçi”nin üzvlərinə toplum halında rast gəlmədik. Heç şübhəsiz, bu qərar yanan ocağın üstünə benzin tökməmək üçün idi. Yəni mümkün təxribatdan çəkinən fanatlar işlərini ehtiyatlı tutmaq istəmişdilər. İndi isə qarşıdan “Qarabağ”la oyun gəlir. Çempionluq yolunda bakılıların əsas rəqibi olan ağdamlılarla qarşılaşma fevralın 3-də baş tutacaq. Düzdü, həmin tarixə kimi bir aya yaxın vaxt var. Amma istənilən halda, “Forza Neftçi”nin tribunada yer alıb-almayacağı maraq doğurur. Sübhan bu məsələ ilə bağlı sualımıza cavab verməkdə çətinlik çəkdiyini bildirdi: “Açığı, fasilədi deyə, ində hamı öz iş-gücünün dalınca qaçır. İnşallah, yanvarın 20-də qrup halında yığışıb, həmişəki qaydada Şəhidlər Xiyabanına gedəcəyik. Həmin gün axşam, uzağı 21-də yığışıb, müzakirələr aparıb, qərar verəcəyik. Ən pis halda bir gün sonra. Yəni həmin görüşdə “Qarabağ”la oyunda tribunada olub-olmayacağımıza aydınlıq gələcək. Çünki qrup təkcə məndən ibarət deyil. Orda olan hər bir fəalın fikrini eşitmək maraqlıdı. Klub rəhbərliyi ilə görüşmək planımız yoxdu. Qərarı daxili müzakirələrdən sonra özümüz verəcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar