13 mar 11:31aktual, manset

Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran”

Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran”
Bir Elnur Cəfərovdu, o da ki...

2003-cü ilin dekabrında yaşanan inqilabdan sonra ölkə futbolunda əməlli-başlı canlanma yarandı. Yeni “körpələr doğuldu”, sponsorlar bu idman növünə ciddi yatırım etməyə başladı. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Karvan”, “MKT Araz” məhz inqilabın “meyvələri” idi. Həmin siyahıya pullanan “Turan”ı da əlavə edə bilərik. Ardınca “2005-15-ci illərdə ölkə futbolunun inkişafına dair Dövlət Proqramı”nın da təsdiq olunması imkanlı şəxslərin iştahını artırmaya bilməzdi. Məqsəd məlum idi: pul gücünə bahalı legioner futbolçuları və məşqçiləri Azərbaycana dəvət etməklə uğura nail olmaq. “Karvan”, “MKT Araz”, “Turan” kimi klublar imtahandan üzüağ çıxmağı bacarmadı. Nəticədə aşağı dəstəyə yuvarlandılar, bəziləri tarixin yaddaşına köçdü. Qarşıya qoyulan bir başqa hədəf gənc futbolçuların inkişafına çalışmaq və ən yaxın gələcəkdə onları milliyə qazandırmaq idi.
Bir çox klublar bu işdə özünü doğrultmağı bacardı. Yəni həm nəticə verməyi, paralel olaraq uşaq futbolunun inkişafına nail olmağı özləri üçün prioritet seçmişdilər. Həmin illərdə “Turan”ın uğurları üçün çalışan gənclər – Elvin Məmmədovla Cavid Hüseynov bu günə qədər yığmanın şərəfini qoruyur. “İnter” son 10 il ərzində ölkə futboluna Səlahət Ağayev, Coşqun Diniyev, Abbas Hüseynov kimi milli oyunçularını bəxş edib. Fuad Bayramov, Mirsahib Abbasov, İlqar Ələkbərov artıq neçə illərdi premyer-liqa təmsilçilərinin sıralarındadı. “Qarabağ” bu siyasi xətti seçəndə Rauf Əliyev, Maksim Medvedev, Əfran İsmayılov, Qara Qarayev, Təmkin Xəlilzadə, Kamil Hüseynov kimilərin üzə çıxmasına nail oldu. “Neftçi” məktəbində Araz Abdullayev, Mirhüseyn Seyidov, Amit Quluzadə, Cavid İmamverdiyev, Tərlan Quliyev, Elvin Yunuszadə, Emil Balayev, Məqsəd İsayev, Fəhmin Muradbəyli kimi istedadlar yetişdi. “Qəbələ” ölkə futboluna Tellur Mütəllimovu, Sadiq Quliyevi, Kamal Mirzəyevi, Elvin Camalovu verdi. “Bakı”dan danışmaq isə bir başqa söhbət mövzusudu: Aqil Məmmədov, Mahir Mədətov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Nurlan Novruzov, Şəhriyar Əliyev, Vüqar Bəybalayev, Vadim Abdullayev, Vüqar Mustafayev kimi futbolçular bu gün premyer-liqada üzdə olan isimlərdi (Vadim Abdullayev xaric – H.). Yəni vaxtilə milyonlar xərcləyən sponsorların yetişən gənclərə baxıb qürrələnməsi üçün əlində fakt var. Həmçinin “mən Azərbaycan futbolu üçün nə etmişəm” sualına verməyə cavabı. Bəs “Xəzər Lənkəran”? Bəs Mübariz və Mais Mənsimovlar, o cümlədən Tuyqun Nadirov? Onların bu məsələdə dili nə qədər uzundu?
Birvaxtlar Kazım Kazımlı vardı, Lənkəran futbolunun xoş gələcəyi sayılırdı. Rəhbərlik də hər dəfə klub məktəbindən söhbət düşəndə onun adını çəkirdi. Amma çox çəkmədi ki, Kazımın böyük futbolçu olmayacağı təsdiqini tapdı. Bahalı legionerlərin, nəticə verməyə gələn məşqçilərin əlinin altında itib-batdı. Çünki rəhbərlik heç bir məşqçinin qarşısına “bu uşağı əsas milliyə qazandırmalısız” tələbi qoyulmamışdı. Hər kəsin başı yüksəködənişli gəlmələrin müqavilələrinə və onlarla yaşanan problemlərə qarışmışdı. Sonradan Lənkəranda Elnur Cəfərov, Tərlan Qasımzadə, Kamran Abdullayev kimi gənclər dəbə mindi. Onlar haqda da xoş sözlər söylənilir, fantastik gələcəkdən dəm vururdular. Bircə Cəfərov əsas yığmaya qədər gedib çıxdı ki, hazırki durumu göz qabağındadı. Xorvatiyanın aşağı dəstəsində mübarizə aparan “Duqopolye”nin şərəfini qoruyur. Buna “şərəf qorumaq” demək olarsa. Adam əsas heyətdə yer alanda gözlərinə işıq gəlir. Yəni Kazımdan sonra Elnur da məhv oldu. “Xəzər Lənkəran” vaxtında öz yetirməsinə sahib çıxa bilmədi, düzgün yol göstərəni, futbol tərbiyəsi verəni olmadı.
Bilirəm, kimlərinsə başında sual yaranacaq: məgər “Xəzər Lənkəran”ın yetirmələri elə bunlardı? İbrahim Qədirzadə, Xaqani Sadıqov, İlyas Səfərzadə, Elşən Rzazadə, Zaman Mirzəzadə, Elvin Mirzəyev... Bəli, bu uşaqlar da Lənkəran futbolundan çıxanlardı, onları futbola “Xəzər Lənkəran” qazandırdı. Amma nə vaxt? İndi hardadılar? Hə, bax, bu sualın cavabını Tuyqun Nadirov cənablarından eşitmək maraqlı olardı. Amma indiki vəziyyətdə mümkün deyil. Odu ki, cavabını biz deyək. Vaxtdan danışırıqsa, yaxın keçmişə səyahət edək. Xatırlayırsızsa, hələ “Makkabi” faciəsindən (0:8) sonra birbaşa “yuxarı”dan mesaj gəlmişdi. Ki, legionerlər qovulsun, onların əvəzinə yerli gənclərə şans verilsin. Düzdü, bundan sonra əcnəbilərin sayı müəyyən qədər azaldı, tədricən büdcə də tükəndi. Və belə vəziyyətdə klub rəhbərliyinin yeganə çıxış yolu bu gəncləri meydana atmaq, başqa cür desək, “yandırmaq” idi. Yəni birdən-birə 5-10 gəncə əsas heyətdə yer verib, “çıxın, “Neftçi”yə, “Qarabağ”a qarşı oynayın” dedilər. Özlərini təmizə çıxarmaq, Mübariz Mənsimovun qabağında “görün nə qədər futbolçu yetişib” şəklində bəraət qazanmaq üçün. Və həmin gənclər uduza-uduza premyer-liqanı tərk edib, sonradan heç kimə lazım olmadılar. Halbuki həmin uşaqları ölkə futboluna qazandırıb, əsas yığmaya qədər yüksəlmələrinə nail olmaq mümkün idi. Təbii ki, adi futbol siyasəti və savadı ilə. Pul tükənəndən, sponsor krantı bağlayandan sonra yox, vaxtında – Mirça Redniki, Karles Bakesi, Mustafa Dənizlini, Con Toşakı dəvət edəndə düşünmək lazım idi Lənkəran futbolunun gələcəyini. Amma həmin vaxt lənkəranlı balalar kimin yadına düşürdü? Adamların başı dollar bağlamalarını saymağa, xaricə işgüzar səfərlərə, menecerlərlə telefon danışıqlarına qarışmışdı. Gənclər isə tribunada oturub həsrətlə əsas komandanın heyətində meydana ayaq basacağı günü gözləyirdi. Bəli, həmin vaxt belələrinə şans verilmədi, klubun gələcəyi düşünülmədi. Bu həm də ölkə futbolunun gələcəyinə tüpürmək idi.
Çətinə düşəndə özlərindən başqa hamını günahkar bilən klub rəsmiləri 12 il ərzində gördüyü işləri, verdikləri nəticələri unudub deyə, zamanla bir-bir yadlarına salmaqdayıq. Nəticə baxımından “İnter”lə “Bakı”nın “kölgəsində yatan” klub həm də legionerlərlə lotu prinsipləri ilə davranmaqla xaricdə Azərbaycan futbolunun adına ciddi zərbə vurub. Bu da sizə uşaq futbolunun inkişafı yönündə görülən işlər. İmkanlı vaxtlarda gəncləri bir kənara atıb əcnəbilərin ayaqları altına xalça sərənlər, öyünə biləcəyiniz bircə Elnur Cəfərovdu. O da ki ... Nəticəsini özünüz bilirsiz. 12 ildə Mübariz Mənsimovun milyonlarını hansı uğur, hansı inkişaf üçün xərclədiyinizi müəyyənləşdirəndə deyin, biz də ictimaiyyətə təqdim edək.
Rahid Əmirquliyevlə Kamran Ağayevin adını çəkməyiniz günah olar. Hər ikisi futbol məktəbi keçmiş hazır futbolçular idi. Sadəcə, pulla alıb, gətirib oynatmısız. Söhbət “Xəzər Lənkəran”ın yetişdirdiklərindən gedir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar