13 mar 11:29aktual, manset

Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi

Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi
Səfiyarlı isə cəzasının yüngülləşdiriləcəyini gözləyirmiş

Premyer-liqanın 20-ci turu çərçivəsində Gəncədə baş tutan “Kəpəz” – “Qəbələ” matçının fasiləsində başverənlər uzun müddət mətbuatın müzakirə mövzusu oldu. Bir daha xatırladaq ki, qarşılaşmanın protokolunda matçın fasiləsində qonaq komandanın rəsmilərinin hakimlərə təzyiq və zor tətbiq etməsi əksini tapmışdı. Məsələyə baxdıqdan sonra qiymət verən İntizam Komitəsinin qərarları belə oldu: klub rəsmiləri Səbuhi Qarayevin 20 oyunda, Səməd Mustafayevin isə 10 oyunda stadiona və ona bitişik ərazilərə daxil olmasına qadağa qoyulsun. Zaur Əzizovla Səbuhi Səfiyarlıya isə 5 oyunda paltardəyişmə otaqlarında və dəhlizdə görünmək yasaqlandı. Həmçinin klubun həkimi Namiq Hüseynova da 5 oyunluq cəza verilmişdi. Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Nika Kvekveskiri isə növbəti 3 qarşılaşmada iştirak hüququndan məhrum olunmuşdu.
Təbii ki, “Qəbələ” tərəfi bununla razılaşmayacaqdı. Və klubun yaydığı bəyanatda apellyasiya şikayəti verəcəkləri əksini tapmışdı. Şikayətə baxan AFFA-nın Apellyasiya Arbitraj Tribunalı keçirilən iclasdan sonra qərarlar qəbul etdi. Nika Kvekveskiri ilə Namiq Hüseynov verilən cəzalardan 6 ayı sınaq müddəti təyin olunmaqla, qalan müddəti şərti olaraq azad olundu. Digər rəsmilər – Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev haqda İntizam Komitəsinin çıxardığı qərar isə qüvvədə qaldı. Belə vəziyyətdə məsələdə adları çəkilənlərin mövqeyi maraq doğurmaya bilməz. Tribunalın verdiyi qərarlara münasibət öyrənmək üçün onlardan ikisi ilə əlaqə saxladıq.
Nika Kvekveskiri: “Düzünü desəm, cəzamın yüngülləşdiriləcəyini gözləyirdim. Çünki həmin an “qırmızı”ya layiq hərəkət etməmişdim. Məni tanıyanlar bilir ki, intizamsız deyiləm. Həmişə münaqişədən qaçmağa çalışmışam. Odu ki, bu mənim karyeramda ilk qırmızı vərəqəm idi. Halbuki onu haqq etməmişdim. Hətta meydandan kənarlaşdırılsaydım belə, bu, hakimin də dediyi kimi, iki sarı vərəqədən sonra ola bilərdi. Bunun cəzası isə bir oyundu. Həmin cəzanı da “İnter”lə qarşılaşmada çəkdim. Apellyasiya şikayətinə ədalətli baxıldığına görə sevinirəm. 3 oyunluq cəzanı ləğv edənlərə təşəkkür edirəm. Bundan sonra tam gücümlə komandama kömək edə biləcəm. Çünki bura “Qəbələ”yə uğurlar qazandırmaq üçün gəlmişəm. Ümid edirəm ki, bundan sonra belə hadisə yaşanmaz”.
Səbuhi Səfiyarlı: “Açığı, daha yumşaq davranacaqlarını gözləyirdik. Ən azı klub rəsmilərinə də müəyyən güzəştlər tətbiq etmək olardı. Yəni kəsilən cəzaları yüngülləşdirə bilərdilər. Çünki Əliyar Ağayevlə Orxan Məmmədov hələ oyundan sonra onlara qarşı güc tətbiq olunmadığını dilə gətirmişdi. Amma sonradan ziddiyyətli açıqlamalarını oxudum. Nəsə dolaşıq işə oxşadı. Hətta müəyyən narazılıq olubsa belə, bunun cəzası belə olmamalıydı. Yenə sağ olsunlar, Nika ilə həkimin cəzalarını yüngülləşdirdilər. Bu fak bir daha Əliyar Ağayevin “qırmızı” verdiyi epizodda haqlı olmadığını göstərdi. Halbuki 11 nəfərlə oynasaydıq, hər şey fərqli ola bilərdi. “Zirə” ilə qarşılaşmada futbolçumuzu meydandan qovan, rəqibin ofsayddan fərqlənməsinə göz yuman Əliyar Gəncədə də “fərqləndi”. Kvekveskirinin meydandan qovulmalı olmadığını hamı təsdiqlədi, bircə Əliyardan başqa. Bundan sonra nə edəcəyik? Cəzamızın müddətinin başa çatacağı günü gözləməkdən başqa əlacımız yoxdu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar