10 mar 20:16aktual

AFFA-nın Almeyda ilə bağlı addımına haqq qazandırdılar

AFFA-nın Almeyda ilə bağlı addımına haqq qazandırdılar
Mircavadov: “Milliləşdirilmiş” futbolçu üçün millinin düşərgəsində bir gün olmaq kifayət edir ki, ab-havanı hiss etsin”

Riçard Ameydanın Qətərlə oyuna çağrılmasının qeyri-qanuni olduğunu, milli pasporta sahib olmayan futbolçunun ölkənin əsas komandasına dəvət edilməsinin gülünc addım olduğunu ilk gündən bildirmişdik. Buna baxmayaraq, AFFA rəsmiləri, yığmanın baş məşqçisi Robert Prosineçki söylənilənləri nəzərə almayaraq “Qarabağ”ın yarımmüdafiəçisinə dəvət göndərmişdi. Lakin son anda assosiasiya rəsmiləri də başa düşdü ki, Azərbaycan pasprotu olmayan birinin FİFA-nın rəsmi reysterinə düşməyən yoldaşlıq qarşılaşmasında belə meydana çıxması sabah quruma problem yarada bilər. Gec də olsa, səhvlərini başa düşən rəsmilər braziliyalını yığma ilə birgə məşqə çıxmadan geri göndərməyi lazım bildilər. Adını da belə qoydular ki, Almeyda üçün indiki məqamda əsas olan millinin düşərgəsindəki ab-hava ilə tanış olmaqdı.
Bəs görəsən, bu məsələyə futbol ictimaiyyəti necə münasibət göstərir? Bu suala cavab tapmaq üçün öncə futbol agenti Erkin İbrahimovun fikirlərini öyrənməyi lazım bildik. Erkin bəy “Almeyda məsələsi”ndə assosiasiya rəhbərliynə haqq qazandırdı: “Yığmada iş təcrübəsi olan biri kimi onu deyə bilərəm ki, AFFA düzgün addım atıb. Almeyda dünənki uşaq deyil və bilir ki, yığmaya cəlb olunmaq üçün hansı prosedurlardan keçmək lazımdı. Ola bilsin, onun bu gün Azərbaycan pasportu yoxdu və buna görə Qətərə yollana bilmədi. Almeyda onu da anlayır ki, yaxın vaxtlarda, daha dəqiq desək, Şimali İrlandiya ilə oyuna qədər problem həll olunacaq. Bu üzdən indiki məqamda onun üçün yığmanın ab-havasını duymaq, gələcək komanda yoldaşları ilə yaxından tanış olmaq vacib idi. Qətərə aparılmaması xəbəri yayılanda sosial şəbəkələrdə yazılan fikirlərlə tanış oldum və bu mənə bir qədər qəribə gəldi. Nə olsun ki, yığmanın əsas futbolçuları “Qarabağ”ın üzvlərindən təşkil olunub və Riçard da onları tanıyır? Nəzərə almaq lazımdı ki, klub başqa, yığma başqadı. Ölkənin əsas komandasında tam fərqli ab-hava olur. Almeyda da onu hiss etməliydi”.
Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Ağasəlim Mircavadov isə bunları söylədi: “Almeyda uşaq deyil. Nə təklif olunduğunu və qarşıda onu nə gözlədiyini bilir. Ortada bir problem olsaydı, narazılığını bildirərdi. Yəqin braziliyalı ilk gündən bilirdi ki, yığmanın təlim-məşq toplanışında bir gün iştirak edəcək. “Milliləşdirilmiş” futbolçu üçün millinin düşərgəsində bir gün olmaq kifayət edir ki, ab-havanı hiss etsin. Onu da nəzərə almaq lazım dı ki, Almeyda bizə Şimali İrlandiya ilə oyunda lazımdı. Onu yeni mühitə tədricən hazırlamaq lazımdı ki, indiki məqamda bir günlük də olsa, bu yetərlidi. Məncə, burda qeyri-adi heç nə yoxdu”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar