10 mar 19:53aktual, manset

AFFA-nın Hesabat Konfransının məkanının dəyişdirilməsinin səbəbi “Futbol+”də!

AFFA-nın Hesabat Konfransının məkanının dəyişdirilməsinin səbəbi “Futbol+”də!
“Hilton”la “Bulvar” oteli arasında 2000 manat qiymət fərqi var

Ötən sayımızda AFFA-nın Hesabat Konfransının vaxtının və məkanının dəyişdirildiyini xəbər vermişdik. Xatırladaq ki, assosiasiya rəhbərliyi sözügedən tədbiri əvvəlcə martın 16-da “Hilton” otelində keçirməyi planlaşdırsa da, sonradan verilən qərara əsasən konfrans bir gün əvvəl, yəni martın 15-də AFFA ilə əməkdaşlıq edən “Bulvar” otelində təşkil olunacaq.
Tədbirin yerinin dəyişdirilməsi xəbəri ictimaiyyət arasında heç də birmənalı qarşılanmadı. Çoxları elə düşünür ki, son vaxtlar ölkədə yaşanan iqtisadi çətinliklər, neftin qiymətinin aşağı düşməsinin acı fəsadları AFFA-dan da yan ötmədiyindən, qurum büdcəyə qənaət naminə ildə bir dəfə keçirilən tədbiri dünyaca tanınmış brendlərdən olan “Hilton”da keçirmək əvəzinə, son illərdə istifadəyə verilən “Bulvar” otelində keçirmək fikrinə düşüb. Bu cür düşünənləri hardasa başa düşmək olar. Çünki məhz assosiasiyanın baş katibi Elxan Məmmədov manatın ikinci devalvasiyasından sonra mətbuata açıqlamasında “qənaət rejiminə” keçdiklərini bildirmiş, hətta yığmaların təlim-məşq toplanışlarının təqvimində dəyişiklik etmək məcburiyyətində qaldıqlarını elan etmişdi. Ölkə futboluna nəzarət edən qurumun maliyyə problemindən əziyyət çəkdiyini Media Komitəsinə köçürməli olduğu vəsaitin gecikdirilməsindən də hiss etmək mümkündü. Artıq neçə vaxtdı ki, assosiasiya adını qeyd etdiyimiz komitənin layihələrinə ödəməli olduğu qrantı ödəmir. Daha dəqiq desək, yanvar ayı üçün nəzərdə tutulan məbləğ köçürülməyib. Heç şübhəsiz ki, AFFA rəhbərliyi media ilə münasibətləri pozmamaq üçün gec-tez problemi aradan qaldıracaq. Ancaq maliyyə çətinliyinə görə, yuxarıda qeyd etdiyimiz kimi, ildə bir dəfə təşkil olunan, ölkənin bütün futbol ictimaiyyətini əhatə tədbirə pul tapmaması heç də inandırıcı görünmür.
Bütün qaranlıq məqamlara aydınlıq gətirmək üçün kiçik jurnalist araşdırması aparmağa qərar verdik. İctimaiyyəti narahat edən suallara cavab tapmaq, “AFFA artıq çöküb” deyiminin düz olub-olmadığını aydınlaşdırmaq üçün həm “Hilton”, həm də “Bulvar” otellərinin marketinq şöbələri ilə əlaqə saxlayıb qiymətlərlə maraqlandıq. Öncə paytaxtın ən “bərkgedən” otellərindən biri hesab olunan “Hilton”la əlaqə saxladıq. Otelin əməkdaşı (adını bildirsə də, etika xatırinə qeyd etmirik) əvvəlcə bizə rəsmi, daha konkret desək, elektron ünvana müraciət etməyimizi istədi. Ona “biz hələ ki qiymətlərlə maraqlanırıq, sərf etsə, rəsmi müraciət edəcəyik” söyləyəndən sonra dəstəyin o biri başındakı xanım qaydalara zidd olduğunu bildirsə də, çox nəzakətlə bunları söylədi: “Konfrans zalının icarə haqqı 3 saat üçün 1500 manat təşkil edir. Tədbir zamanı sizin istəyinizə uyğun (AFFA da belə edir) 2 dəfə kofe-breyk təşkil olunacaq ki, buna görə də əlavə ödəniş olmalıdı. Bunun üçün adambaşına 24 manat tələb olunur. 250 nəfərlik konfrans üçün böyük zalın icarəsi və kofe-breyk ümumilikdə 7500 manata başa gələcək. Tədbirdən sonra təşkil olunan mətbuat konfransı üçün isə sizdən əlavə ödəniş tələb etməyəcəyik. Bunu otelimiz tərəfindən sizə güzəşt kimi qəbul edə bilərsiz”.
“Hilton”dan sonra “Bulvar” oteli ilə əlaqə saxladıq. Ordan da bizə rəsmi müraciət etməli olduğumuzu bildirsələr də, “Hilton”un əməkdaşına söylədiklərimizi ona da dedik. Otelin əməkdaşı isə bunları bildirdi: “Günün birinci yarısı üçün konfrans zalının icarəsinə 1500 manat tələb olunur. Tədbirdən yarım saat öncə və toplantı başa çatandan sonra təşkil olunacaq kofe-breyq üçün isə adambaşına 16 manat ödəməlisiz. Və beləliklə, tədbir sizə 5500 manata (2 dəfəlik kofe-breyk üçün 4000 min manat) başa gələcək”.
Hər iki oteldən qiymətləri öyrəndikdən sonra məlum oldu ki, “Hilton”la “Bulvar” oteli arasında 2000 manat qiymət fərqi var. Söylənilən məqbləğ isə bu gün üçün heç də az vəsait deyil. Onu da nəzərə alsaq ki, AFFA ilə “Bulvar” oteli arasında əməkdaşlıq müqaviləsi var, heç şübhəsiz, adını qeyd etdiyimiz otel qarşı tərəfə ümumi məbləğdə endirim də edib. Bəlkə də məhz bu səbəbdən ilin-günün bu vaxtı AFFA izafi xərcə düşməmək üçün konfransı məhz “Bulvar” otelində keçirməyə qərar verib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar