11 dek 19:56aktual

Qurban Qurbanov İK-dan da gedəcək

Qurban Qurbanov İK-dan da gedəcək
“Bu 1 ildə işimi vicdanla yerinə yetirməyə çalışdım”
AFFA İcraiyyə Komitəsinin şənbə günü keçirilən iclasında verilən ən mühüm qərar yığmanın baş məşqçisi Qurban Qurbanovun istefası ilə bağlı idi. Millidən ayrıldığı bəlli olan təcrübəli mütəxəssis toplantıda sona qədər iştirak etmədi. Bununla belə, Qurbanov jurnalistlərin suallarına cavab verməyə vaxt tapdı.
- İclasdakı müzakirələr haqda fikirləriniz maraqlıdı.
- Açığı, iclasda az iştirak etdim, çünki mənim məsələm müzakirə olunurdu. Ona görə kənarda durmalıydım, məsələm həll olunmalıydı. Necə ki, təyin olunanda xeyli qıraqda qalmışdım. Bu gün milliylə yollarımızı ayırdıq. İK tərəfindən bildirildi ki, bəlkə həm yığmada, həm də klubda qalmağın səhv addım idi. Düşünmək olardı ki, fayda verərdi. Ancaq görünən odu ki, milli üçün bir o qədər də faydası olmadı. Beləcə, yollarımızı ayırdıq. Hər birinə təşəkkür etdim. Bu 1 ildə millidə oldum, işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Futbolda nəticə əldə oluna da bilər, olunmaya da. Əlbəttə, uzunmüddətli proqram əsasında çalışmaq haqda danışığımız olmuşdu. Lakin hər bir halda, işimiz elədi ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çemodanımız yanımızda olmalıdı. İstər-istəməz fikirlər dəyişə, üst-üstə düşməyə bilər. Beləliklə, yolları ayırdıq. İK üzvlərinin hər birinə uğurlar arzuladım.
- Bəs aşağı yaş qruplarında vəziyyət necə olacaq? Baş məşqçilər qalacaq, yoxsa onlar da gedir?
- Artıq dünəndən məlumat verilmişdi ki, hamı istefaya göndəriləcək. Həmin müzakirə hissəsində mən olmadım. Sonra iclasa daxil oldum, onda Hakimlər Komitəsinin tərkibi müzakirə olunurdu. Məşqim olduğuna görə 10-15 dəqiqə oturdum və icazə istəyib çıxdım.
- Nəzərdə tutulan proqram davam etdirilsəydi və siz qalsaydız, millini yeni mərhələyə çatdıra bilərdiz?
- İndi durub hər hansı fikir bildirməyim düzgün olmazdı. Yəni qalsaydım, belə olardı. Artıq yollarımızı ayırmışıq. Ümumiyyətlə, kollektiv oyunda təməli möhkəm etməlisən ki, sonra nəticə olsun. Lakin hər hansı fikir söyləməyi doğru saymıram.
- Sizə elə gəlmir ki, "sıfırdan başlamalıyıq" deyəndən sonra sizə qarşı münasibət dəyişdi?
- Yox, inanmıram. Bu gün da deyirəm ki, həqiqətən sıfırdan başlamalıyıq. Futbolumuzun çatışmayan cəhətləri çoxdu. Hələ ki fakt belədi.
- Hər halda, 6 illik müqavilə bağlayanda müəyyən plan irəli sürmüşdüz. Qısamüddətli bir iş olsaydı, anlaşmanın müddəti bu qədər olmazdı. Niyə buna imkan vermədilər və ya niyə alınmadı?
- Fikrimcə, özləri daha ətraflı məlumat verəcəklər. Onların əlinə 6 illik plan verməmişdik. Bu, elə bir şeydi ki, mərhələ-mərhələ etməliyik. Sonda belə oldu.
- Ola bilər ki, qarşısınıza AÇ-nin final mərhələsinə çıxmaq öhdəliyi qoydular və bu, sizin qərarınıza təsir etdi?
- Yox, ümumiyyətlə, bu söhbət olmadı.
- Üzərinizdən böyük bir yük qalxdığını düşünmürsüz?
- (fikirləşir) Bilmirəm, ola bilər. Mənə daha öncə belə sual verilmişdi ki, iki yerdə işləyəndə necə etmək olar? Mən "Qarabağ"la millini bir-birindən ayırmamışdım. Hər biri böyük məsuliyyət tələb edir və hər birində çox vicdanla çalışmalıyıq. Bunu etdim, rahatam. Bu işlərdə daha diqqətli olmalıyıq.
- Azərbaycan məşqçiləri arasında uğurlarınıza görə ən elitarı sizsiz. Siz də getdiz. Onda belə çıxır, yaxın bir neçə ildə millinin "sükanı arxasında” yerli mütəxəsssis gözləməyək?
- Məncə... Bilmirəm, bu sualı mənə vermək nə dərəcədə düzgündü.
- Artıq millidən getmisiz və kənardan baxırsız...
- Kənardan baxanda deyərəm (gülümsəyir). Fikrimcə, yaxşı, cavan məşqçilərimiz gəlir və hələ ki hər şeyi federasiyanın üzərinə buraxmaq lazımdı. Dəfərlərlə demişəm ki, futbola cavabdeh AFFA-dı və daha düzgününü, daha doğrusunu axtarıb tapacaqlar.
- Sizə qarşı haqsızlıq edildiyini düşünürsüz?
- Ümumiyyətlə, heç vaxt belə fikirdə olmamışam. Dəfələrlə bu cür təcrübənin şahidi olmuşuq.
- İclasa gələndə artıq bilirdiz ki, milliylə vidalaşaqsız?
- Bilməsəm də, belə deyək, bilən kimi idim.
- Qurban Qurbanov millidən göndərildi, yoxsa özü getdi?
- Qarşılıqlı. İK-nın üzvləri belə qərar qəbul etdilər ki, dediyim kimi, iki yerdə işləməklə bağlı səhv addım atıblar. Gördük ki, çətindi və belə qərara gəldilər.
- Yəqin ki, bu bir ildə nəyi düz, nəyi səhv etdiyiniz haqda düşünmüsüz. Qalsaydız, nəyi aradan qaldırmaq istərdiz ki, məhz həmin səhvə görə işiniz düz getmədi?
- Gəlin, “qalsaydım” deyə düşünməyək. Ancaq olduğum müddətdə çalışdım hər şeyi düz edim. Əlbəttə, düşüncələrim, fikrim düz etməkdi ki, nəticə olsun. Bəlkə bilmədən, düşünmədən hansısa səhvə yol verə bilərik. Bəlkə fərqli formada etsəydik, daha yaxşı olardı. Lakin inanın ki, hər şeyi düz etməyə çalışdım.
- Nə vaxtsa yığmaya dönüşünüz mümkündü?
- Bilmirəm. Hələ ki gedirik.
- Millidə olduğunuz 1 ildə ilk dəfə İK-da müzakirə bu qədər uzun davam etdi. Düşünmürsüz, reqlament pozulub, çünki müzakirə sizsiz oldu və siz olmadan qərar verildi. Çünki siz də İK-nın üzvüsüz.
- Yox, reqlamentin pozulduğunu düşünmürəm. Milliyə təyin olunduğum zaman da belə olmuşdu. Bildiyimə görə, İK üzvləri fikirlərini baş məşqçidən gizli bildirirlər. Dediyim kimi, təyin olunanda da belə oldu. Buna normal baxıram.
- Bəlkə İK-nın üzvü kimi nəsə bir çıxışınız, təklifiniz ola bilərdi və İK da həmin fikirləri dəyərləndirərdi?
- Məncə, artıq ehtiyac yox idi.
- Sizcə, yığmanı əcnəbi, yoxsa yerli məşqçi çalışdırmalıdı?
- Deyə bilmərəm.
- Millinin baş məşqçiləri arasında ən az vaxt sizə verildi. Bu haqda nə deyə bilərsiz?
- Normal baxıram. Heç bir əlavə fikir söyləmək istəmirəm. Hamıya uğurlar arzulayaraq iclasdan çıxdım. Futbol elə bir idman növüdü ki, burda bir aydan sonra da hər hansı istefa gözlənilə bilər. Daim müzakirə gedir, fikirlər üst-üstə düşməyə bilər. Düşüncələrin hardasa rəhbərliyi qane etməyə bilər və ya yaxud əksinə. Bəlkə bu ayrılıq tez də ola bilərdi.
- Necə düşünürsüz, bundan sonra kimsə təyin olunsa, inkişaf olacaq?
- İnkişaf istəyiriksə, mütləq təkliflər, dəyişikliklər olmalıdı. Bu olacaq, ya yox, deyə bilmərəm. Eləcə də hansı səviyyədə olacağını da söyləməkdə çətinlik çəkirəm. Ancaq mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdı.
- İK-dakı fəaliyyətinizi davam etdirəcəksiz?
- Dedilər ki, davam etdirim. Yadınızdadısa, bir dəfə də müraciət etmişdim ki, məni İK-dan çıxarsınlar. Açığı, yenə həmin təklifi etdim. Yəqin ki, fevral-mart ayında buna baxılacaq. Bildirdilər ki, İK-nın üzvüsən, bunun yığmadan getməyinə aidiyyatı yoxdu. Amma getmək istəyirəm. Burdan getdiksə, deməli, diqqətimiz tam öz klubumuzda olsun.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar