09 dek 14:15aktual

Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb

Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb
Asif Əsgərov: “Əsasnamədə katibliklə bağlı bənd nəzərdə tutulmayıb”
Birvaxtlar ölkə çempionatında yaranan problemlərin qısa vaxt ərzində müzakirə olunub həllini tapması üçün Klublar Komitəsi yaradıldı. İlk dönəmlərdə klub sayı çox idi, premyer-liqada gərginlik var idi deyə, iclaslar maraqlı keçir, müzakirə olunan məsələlər diqqətçəkən olurdu. İldə bir dəfə sədr dəyişərdilər, azı 3-4 dəfə iclaslar baş tutardı.
Lakin ölkə futbolunun məhvə doğru addımlamasından sonra KK-nın varlığı ilə yoxluğu bilinmir. Üzvlər üç aydanbir yığışmağı özünə əziyyət bilir. Çünki özləri də dərk edir ki, müzakirəyə səbəb olan problemlər elə problem olaraq da qalır. Yəni kiminsə nəsə deməsi artıq heç nəyi dəyişmir. Ona görə də KK-nın toplantılarında əvvəlki kimi prezident və vitse-prezidentlər yox, daha çox menecerlər və direktorlar iştirak edir. Bir sözlə, KK artıq formal xarakter daşıyır. Sadəcə, ləğv etmək istəmirlər ki, gülüş obyektinə çevrilməsinlər.
Görün iş nə həddə çatıb ki, artıq heç kim komitənin sədri olmaq istəmir. Hamı boyun qaçırır, işinin çoxluğunu əsas gətirir. Mənasız olan şeyə görə kimdi başını ağrıdan? Belə olduğu təqdirdə isə Əsasnamənin ziddinə gedib sədr postunu ləğv etməyi, əvəzində katiblik sisteminə keçməyi məqsədəuyğun saydılar. Yəni görüləcək işlərlə üzvlərdən hansısa yox, AFFA-nın əməkdaşı Zaur Hacı-Məhərrəmov məşğul olacaq. Daha bunun harası Klublar Komitəsi oldu?
Üzvlərin sədrlikdən imtina etməsinin səbəbini öyrənməyə çalışdıq.
Asif Əsgərov, “Qarabağ”ın baş meneceri: “Son iclasda, ümumiyyətlə, sədrliklə bağlı söhbət olmadı. Səsvermə ilə bağlı söhbət düşəndə təklif etdik ki, katiblik sisteminə keçilsin. Düzü, bu məsələ hələ ki, açıq qalıb. Çünki Əsasnamədə katibliklə bağlı bənd nəzərdə tutulmayıb. Sədr Kamran Quliyev idi. Lakin budəfəki iclasda sədr olmaq istəmədiyini bildirdi. Səsvermə olsaydı, yəqin ki, kimsə seçiləcəkdi. Dediyim kimi, sədrlik haqda, ümumiyyətlə, müzakirə aparılmadı”.
Rüstəm Allahverdiyev, “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri: “Kamran Quliyev son iki ildə Klublar Komitəsinin sədri idi. Düşünüb ki, bəs edər və komitəyə yeni nəfəs lazımdı. Sədrlik müddəti başa çatdığından, namizədliyini geri götürüb. Lakin sonradan sədr vəzifəsinin, ümumiyyətlə, aradan qaldırılması müzakirə olunub”.
Zaur Əzizov, “Qəbələ”nin baş meneceri: “Əvvəla onu qeyd edim ki, komitənin sədrliyində əlavə səs, hüquq nəzərdə tutulmayıb. Sədrin öhdəliyi digər klubların irad və təkliflərini diqqət mərkəzində saxlamaq, onların müzakirəyə çıxarılmasına şərait yaratmaqdı. Bu işin öhdəsindən isə, sağ olsun, Zaur Hacı-Məhərrəmov gələ bilir. Hamını da qane edirdi. Mətbuatda bu haqda mesajın guya AFFA-dan gəlməsi haqda yazılar dərc olunur. Qətiyyən belə deyil. Sədr postuna həvəs göstərən olmadığından, “Qarabağ” rəsmisi Asif Əsgərovkatiblik sistemi ilə bağlı təklif irəli sürdü. Onsuz da lazım olan işləri Zaur Hacı-Məhərrəmov görə bilirdi. Belə olan halda sədr vəzifəsinə ehtiyac qalmır”.
Elmar Abdullazadə, “Zirə”nin mətbuat katibi: “Klub prezidenti Natiq İsmayılovun Klublar Komitəsində sədr olmaq istəməməsinin səbəbi klubda işlərinin çox olmasıdı. Kifayət qədər məsuliyyətli işdi deyə, daha çox vaxt ayırmaq lazımdı”.
Elnur Həmidov, “Sabah”ın mətbuat katibi: “Sabah” premyer-liqada ilk mövsümünü keçirir. Buna görə də bizim daha öncədən iclasda sədr postuna namizəd irəli sürmək fikrimiz yox idi. Sadəcə, iclasda katiblik sistemi ilə bağlı fikir səsləndi, biz də klub olaraq ideyanı dəstəklədik”.
Törə Əhmədova, “Səbail”in mətbuat katibi: “Sədrliklə bağlı namizədlik klubumuz tərəfindən irəli sürülməyib. Çünki iclasda bizdən təcrübəli klubların üzvləri iştirak edirdi. Fikrimcə, həmin klubların nümayəndələri sədrliklə bağlı namizədliyi irəli sürsəydilər, yaxşı olardı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar