05 dek 12:56aktual

Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı

Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı
Samir Abasov səbirsizliklə qış fasiləsini gözləyir
Oyundan sonra ənənəvi mətbuat konfransı keçirildi. Öncə azsaylı jurnalistlərin qarşısına meydan sahiblərinin çalışdırıcısı Sənan Qurbanov çıxdı. Sənan bəy oyunla bağlı fikilərini bölüşdü.
- “Keşlə”ylə oyunu yaxşı keçirmişdik. Görünür, komandanı çox təriflədim. Mübarizə apardıq. Amma iki gün ərzində bir dənə də real qol imkanımız olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Kəsərli hücum qura bilmədik.
- Bu tur əsas rəqibləriniz olan həm “Sabah”, həm də “Səbail” uduzmuşdu ki, belədə qələbə qazanmaqla 4-cü pilləyə qalxmaq şansınız var idi. “Qəbələ”nin oyunçuları “Zİrə”dən o qədər zəifdi ki, çoxluqda oynayan komandanız qol vəziyyəti yaratmadı?
- Məncə, dünənki səhvlərdən nəticə çıxarmışdıq. Bazar günü baş tutan qarşılaşmanın videoyazısını izləyib futbolçulara harda səhv etdiklərini izah etmişdik. Bu gün səhər bir daha geridə qalan 57 dəqiqəni birgə izləyib təhlil etdik. Qalib gəlmək istəyi bu gün var idi. Fikrimcə, bu gün tələskənliyə yol verirdik. Bu da top itkiləriylə nəticələnirdi.
- “Qəbələ” o qədər zəif komandadı ki, bir tək Adeniyidən asılıdı?
- Elə geniş heyətimiz yoxdu. Ancaq hər bir futbolçumla qürur duyuram, onlarla işləmək mənə xoşdu. Adeniyinin yoxluğunda Jozef-Monroz meydanda tək qalmışdı. Onlar bir-biri ilə daha yaxşı anlaşır.
- Birvaxtlar ölkənin ən yaxşı forvardlarından biri olan Rauf Əliyev bu gün “Qəbələ”də qol vurmamağı bir tərəfə, əsas heyətə düşə bilmir. Raufun problemi nədi?
- Rauf yaxşı futbolçudu. Sadəcə, mən elə məşqçiyəm ki, həftəboyu məşqlərdə kimlərin neçə çalışmasına xüsusi diqqət yetirirəm. Və buna görə də heyəti qururam. Ona şans verirəm. Sadəcə, bu şansdan istifadə etməlidi.
Sənan bəydən sonra növbə “Zirə”nin baş məşqçisi Samir Abasova çatdı. O da həmkarı kimi öncə oyunla bağlı fikirlərini səsləndirdi.
- Bir qədər üzülürük. Həm hesaba, həm də Bilal Həmdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü vəziyyət bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundu, qış fasiləsini səbirsizliklə gözləyirik.
- Həmdiyə xəbərdarlıq olmamışdı ki, ehtiyatlı olsun? Axı dünən artıq sarı vərəqəsi var idi...
- Xəbərdarlıq etmişdik. Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci “sarı”yla razı deyiləm. Hakimin bunu hiss etməsi üçün özü futbol oynamış adam olmalıdı. Mən fikirləşirəm ki, həmin toqquşma adi oyun vəziyyəti idi. Həmin epizod vərəqəlik deyildi. Bəlkə də səhv edirəm. Ancaq ilk baxışdan orda vərəqəlik heç nə olmadığını gördüm. Elə Adil Nağıyevə də ötən tur verilən vərəqə düzgün deyil.
- Belə çıxır ki, hakimlərin sabiq futbolçular olmasının tərəfdarısız?
- Ümumiyyətlə, futbolda futbol oynamış insanlar nə qədər çox olsa, bir o qədər xeyirli olar.
- Oyunun iki günü əhatə etməsi işinizə ziyan vurdu?
- Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda Qəbələyə 3 xal arxasınca gəlmişdik.
- Budaq Nəsirov ötən oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bu matçda şans vermədiz...
- Ona güvənirəm. Əsas heyətin üzvünə çevriləcəyinə inanıram.
- Deyəsən, Qəbələni çox bəyəndiz. Belə olmasaydı, konfransa bir qədər tez gələrdiz. Adətən, yola çıxan komandaların məşqçiləri vaxt itkisinə yol verməmək üçün jurnalistlərlə görüşməyə tələsirlər.
- Deyəsən, Sənan Qurbanov məndən çox tələsir Bakıya (gülür). Mənə nə vaxt deyildisə, onda da gəldim.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar