03 dek 21:18aktual

Dəniz Yılmaz coşdu

Dəniz Yılmaz coşdu
Həftəsonu ölkə xaricində çıxış edən legionerlərimizin bəziləri top qovduğu klubun heyətində meydana çıxıblar. Yığmanın sabiq üzvü Dəniz Yılmaz PTT liqasında 14-cü turun iştirakçısı olub. “Gənclərbirliyi” evdə autsaysder “Karabükspor”u qəbul edib ki, hücumçumuzun komandası rəqibini darmadağın edib – 6:0. Hər hissədə bir qol vuran Yılmaz dubl müəllifi olub. Start heyətində yer alan və matçı əvəzlənmədən keçirən forvard 2 məhsuldar ötürməylə də fərqlənib. Qeyd edək ki, 14 matçda 34 xal toplayan lider “Gənclərbirliyi” ən yaxın izləyicisini 5 xal qabaqlayır.
Eyni liqada çıxış edən Ufuk Budakın şərəfini qoruduğu “Boluspor” isə “Adanadəmirspor”u qəbul edib. Ev sahibləri ilk hissədə buraxılan 2 qolun əvəzini fasilədən az sonra çıxsalar da, görüşün sonlarında qapısında yenə qol görüb. Start heyətində yer alan Budak sona qədər meydanda olub. Bu yenilgidən sonra hesabında 26 xal olan “Boluspor” 3-cü pillədə qərarlaşıb.
Almaniyanın ikinci bundesliqasında 15-ci tura yekun vurulub. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” evdə “Regensburq”un müqavimətini qıra bilməyib - 1:1. Start heyətində yer alan millinin yarımmüdafiəçisi 26-cı dəqiqədə sarı vərəqə alıb və fasilədə əvəzlənib. “Ertsgebirge” 15 xalla 13-cü pillədə qərarlaşıb.
Almaniyanın 3-cü liqasında isə 17-ci turun oyunları keçirilib. Yığmamızın hücumçusu Rüfət Dadaşovun formasını geydiyi “Proyssen” doğma meydanda “Halleşer”lə üz-üzə gəlib və oyundan məğlub ayrılıb - 1:2. Rüfət bu görüşün iştirakçısı olmayıb. Hazırda zədədən əziyyət çəkən Dadaşov Kosovo ilə Millətlər Liqasındakı səfər oyunundan dərhal sonra baş tutan çempionat matçını da eyni səbəbdən buraxmışdı.
Ramil Şeydayevli “Krılya Sovetov”un Rusiya premyer liqası çərçivəsində “Orenburq”la oyunu təxirə salınıb. Görüşün keçirilməsinə hava şəraiti imkan verməyib. Belə ki, oyunun başlamasına bir saat qalmış Orenburqun “Qazovik” stadionunun meydanında -17 dərəcə şaxta olub. Bu üzdən də görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, Ramilin komandası 15 oyundan sonra topladığı 14 xalla 13-cü yerdə qərarlaşıb.
Gənclər arasında təşkil olunan Almaniya bundesliqasının cənub zonasında 13-cü turun oyunları baş tutub. 19 və 21 yaşlılardan ibarət millilərimizə dəvət alan, yeniyetmələrin Gürcüstanda elit mərhələyə vəsiqə qazanmasında əsas pay sahiblərindən olan Murad Mahmudovun formasını geydiyi “Frankfurt” səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb - 0:2. Murad da oyunun iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. 13 turdan sonra Frankfurt təmsilçisinin hesabında cəmi 3 xal var və 14 kollektiv arasında sonuncudu.
U-21-in üzvü Renat Dadaşov isə Portuqaliya “Eştoril”ində növbəti matçına çıxıb. O, sequndada “Benfika-B” ilə görüşdə 90 dəqiqə meydanda mübarizə aparmasına rəğmən, qol vura və komandasının minimalhesablı (0:1) məğlubiyyətinə mane ola bilməyib. Beləliklə, Renatın “Eştoril”dəki göstəricisi 9 oyun və 3 qol ilə məhdudlaşır. Üstəlik, gənclər yığmamızın üzvü bu oyunlarda 2 sarı və 1 qırmızı vərəqə alıb. 11 turdan sonra hesabında 20 xal olan komandası isə 3-cü yerdədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar