02 dek 17:33aktual

1:6-dan sonra görünən səbəblər...

1:6-dan sonra görünən səbəblər...
...və ya “Qarabağ”a nə oldu?
Kosovo faciəsinin üstündən heç 10 gün keçməmiş “Sportinq” biabırçılığının yaşanması odun üstünə yağ tökdü. Onsuz da Qurban Qurbanovla azərbaycanlı futbolçuları qınayanların sayı az deyildi. Cümə axşamı qeydə alınan 1:6-dan sonra sosial şəbəkələrdə tənqid dalğasının təzyiqi artıb. Kimlərsə “Qarabağ” erasının başa çatdığını iddia edir, bəziləri ölkə futbolunun Avropadakından geri qaldığını düşünür, böyük əksəriyyət isə əsas suç sahibi kimi baş məşqçini nişan verir. Uğursuzluq olan yerdə komandada əsas söz sahibinin göstərilməsi normaldı. Amma bir şey var, Halldorsson topu qaytara bilmirsə, Jezniçak adi epizodda penaltiyə səbəbkar olursa, Nani “Qarabağ”ın 4-5 futbolçusunu bir-birinə qatıb qol vurursa, Gerye topu rəqibə bağışlayırsa, buna Qurbanov nə etsin?! Ağdamlıların məlum durumla üzləşməsinin bir neçə səbəbi var ki, ayrı-ayrı məqamlara toxunacağıq.
Gedənlərin yeri dolmadı
Problemin kökü ötən il Çempionlar Liqasına vəsiqə qazanan və orda pis-yaxşı mübarizə aparan komandanın dağılmasına gedib çıxır. “Döyünən ürək” Riçard Almeyda idisə, “vuran ayaq” Dino Ndlovu sayılırdı. Pedro Enrike “gizli silah” hesab olunurdu. İbrahim Şehiç gözlənilməz səhvlərinə baxmayaraq, yayda alınan hər iki qapıçıdan qat-qat bacarıqlı idi. “Çərçivə”də inamlı oyunu ilə yanaşı, lazım olanda sonuncu müdafiəçi kimi çıxış edirdi.
Bu dörd futbolçunun gedişindən sonra “Qarabağ”ın onların əvəzinə daha layiqliləri transfer edəcəyini gözləyirdik. Klubun avrokubok təcrübəsi zəngin olan və aparıcı klublarda özünü göstərənlərə bel bağlayacağını düşünsək də, əksi yaşandı. Hannes Halldorsson, Vaqner da Silva, Simeon Slavçev, Abdulla Zubir, Con Delarj, Filip Ozobiç, İnnosent Emeqara, üstəgəl, Araz Abdullayevlə Rahil Məmmədov... Yəni adlara baxanda hiss olunurdu ki, hansısa biri “Qarabağ”ın yükünü çiyinlərində daşıyacaq gücdə deyil. Böyük əksəriyyətinin qrup mərhələsi təcrübəsi yoxdu, olanlarda da azdı. Zamanın gərdişi təxminlərimizi doğrultdu. Söhbət avrokuboklardan gedirsə, aralarında az-çox ümidləri doğruldan Zubir oldu. O da texnikası hesabına başqalarından nisbətən seçilir, başına and içiləsi biri deyil. Delarj, Ozobiç, Emeqara, Slavçev kimilərə isə avrokuboklara vəsiqə qazanmağa iddia edən komandalarda yer tapılar, Avroliqanın qrupunda oynayan komandalıq deyillər.
Yaş amili
Razıyam, futbolda yaş əsas amil deyil. Futbolçu var ki, 36-38 yaşında xarüqələr yaradır, oyunu ilə gənclərə örnək olur. Amma söhbət əsas heyətdə yer alanların təxminən yarısının yaşının 30-dan çox olmasından gedirsə, ayaq saxlamağa məcburuq. Müasir futbol sürət üzərində qurulub, istəsən də belədi, istəməsən də. Ona görə də aparıcı klublar sürətli cinah oyunçularına, hətta hücumçula bel bağlayır. Necə ki, “Sportinq”in heyətində belələrinin sayı kifayət qədər idi. Sürətli və nisbətən təcrübəli futbolçuları zərərsizləşdirmək üçünsə sənin müdafiə xəttində yer alan oyunçularınla dayaq yarımmüdafiəçilərin hərəkətli, yəni cəld olmalıdı. Vaxtilə ətəyində namaz qılmağa hazır olduğumuz Maksim Medvedevin artıq 30 yaşı var. Başına güllə dirəsək də, 5-10 il əvvəlki kimi oynaya bilməz. Rəşad Sadıqov 36, Yakub Jezniçak 32 yaşını tamamlayıb. Miçel 34 yaşa qədəm qoyub, Halldorsson 35-in içindədi. Slavçev hər nə qədər texnikalı və ağıllı oyunçu olsa da, fiziki durumu 35 yaşlını xatırladır. 36 yaşlı Aqolli ehtiyatda qalır deyə, hələ ondan danışmırıq. Avropanın top-komandaları ilə ayaqlaşmaq üçün sürət və fiziki hazırlıq olduqca vacibdi. Bu qədər yaşlı və ağır futbolçu ilə “Sportinq”in 24 yaşlı Bruno Fernandeşi, 25 yaşlı Bruno Qasparı, 27 yaşlı Diabisi ilə ayaqlaşa bilməzsən axı.
Fiziki dözümsüzlük
Qurban Qurbanov “Sabah”la oyundan sonrakı mətbuat konfransında əslində xoş, amma Azərbaycan futbolu üçün acı sayılan sözləri dilə gətirdi: “milli üzvləri bu il 60-a yaxın oyunda iştirak ediblər”. Gözəyarı hesablama aparandan sonra baş məşqçinin dediyinə şübhə yeri qalmır. Həqiqətən də belədi, belə də olmalıdı. Avropanın “mənəm-mənəm” deyən futbolçuları il ərzində 60 yox e, bundan da çox oyunda top dalınca qaçır. Çünki onların bünövrəsi belə qoyulub, fiziki imkanları genişdi, üç gündənbir meydana çıxmaq onlar üçün su içmək kimidi. Amma azərbaycanlı futbolçu həm yığmada, həm də klubunda ölkə çempionatında, kubokda və avrokubokda mübarizəyə qoşulanda işi çətinləşir. Orqanizm dözmür, ayaqlar sözə qulaq asmır, 60 dəqiqədən çox oynamağa gücü çatmır. “Qarabağ”ln heyətində Gerye, Halldorsson, Slavçev, Aqolli və Delarjın da yığma üzvü olduğunu nəzərə alsaq, deməli, baş məşqçinin dediyi təkcə yerli futbolçulara aid deyil.
Psixoloji durum
İstənilən idman növündə başlanğıc önəmli faktdı. Yaxşı başlayırsansa, o cür də davam edirsən. Yəni əksər hallarda belə olur. Təbii, istisnalar da var. “Qarabağ” Avroliqanın cari qrup mərhələsinə ardıcıl üç yenilgi ilə başlamaqla özü öz ayağının altını qazıdı. “Sportinq”lə oyunun ilk hissəsində rəqiblə başa-baş mübarizə aparmasına baxmayaraq, yekunda məğlubiyyətə üzüldü. “Arsenal”la matçda bir neçə qol imkanı yaradılsa da, 90 dəqiqənin tamamında 0:3 qeydə alındı. Və ən vacibi, “Vorskla”ya BOS-dakı gözlənilməz yenilgi. 3 oyunda uduzursansa, üstəgəl, rəqib qapılarına yol tapa bilmirsənsə, bu azmış kimi, əsas heyətin 5-6 üzvü Kosovoda faciəvi məğlubiyyətə üzülürsə, psixoloji durum qaydasında ola bilməz. Üzüntü üstünə üzüntü gələndə adam toparlana bilmir, kələfin ucu itir. Fiziki yüklənmənin üzərinə psixoloji yorğunluq da gələndə, nəticəsi 1:6 olur.
İki yerdə işləmək
Qurban Qurbanovda olan hövsələyə və enerjiyə həsəd aparmamaq mümkün deyil. Adam sanki yad planetdən gəlib. Yığmaya necə və hansı yollarla gətirilməsi haqda uzun-uzadı danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, özünə qalsaydı və düşünmək üçün vaxtı olsaydı, bəlkə də Robert Prosineçkinin boşaltdığı postdan imtina edəcəkdi. Onu da dünyaya ana gətirib və enerjisinin tükənən yeri var. Xülasə hazırda iki işin qulpundan yapışıb və hər ikisinin öhdəsindən lazımınca gəlmək çətin görünür. Robot olmalısan ki səni beyin yox, hansısa cihaz idarə etsin, gözlərin olmasın, başın ağrımasın, yatmaq istəməyəsən. Amma bunlar varsa, yorulmamaq mümkün deyil. Bir ayağını “Azərsun Arena”da qoyacaqsa, digəri ilə BOS-a, ordan da AFFA-ya getməyə məcburdu. Yəni istənilən halda çətinlik və yorğunluq yaradır. Hər nə qədər “Qarabağ”a xüsusi diqqət ayırmaq istəsən də, hətta ayırsan da, halsızlıq və ardıcıl məğlubiyyətlərin yaratdığı yorğunluq işə istədiyin kimi köklənməyə əngəl yaradacaq. Komandanı taktiki cəhətdən hazırlamaq, müxtəlif məşq prosesləri üzərində çalışmaq, futbolçularla fərdi söhbətlər etmək, rəqibləri təhlil etmək, beynəlxalq oyunları izləyib müasir futbolun incəliklərindən nəsə qoparmaq – bütün bunlar vaxt və güc tələb edir.
Lazımsız çempionat
Lakin bir fakt da var ki, təkcə “Qarabağ”ın yox, bütün klublarımızın avropalı rəqiblərindən geri qalmasını şərtləndirir. Çempionatdakı rəqabətsizlik və sürətin azlığı. Ağdamlıların qrupdakı rəqibləri arasında ən zəifi “Vorskla”dı ki, poltavalılar ildə azı dörd dəfə “Dinamo” ilə “Şaxtyor”a qarşı oynayır. “Arsenal”ın adını çəkmirəm, İngiltərə premyer-liqasındakıların adlarını çəksəm, dilim yanar. “Sportinq” isə “Portu”, “Benfika”, “Braqa” kimi avrokubokların qrup mərhələlərinin mütəmadi iştirakçılarına qarşı oynayır. Onlarda sürət də var, ustalıq da, azarkeş dəstəyi də. Daha “Qarabağ” kimi “vur qabağa, Məmmədağa” futbolu oynayan “Sabah”a qarşı mübarizə aparmırlar, oyunun heç-heçə bitməsini arzulayan “Səbail”lə “Keşlə”ni görmürlər.
Sual oluna bilər, çempionatımızda rəqabət yoxdusa, hər şey deyilən qədər pisdisə, həmin “Qarabağ” ötən il Çempionlar Liqasının qrupuna necə vəsiqə qazanmışdı? Hə, bu məqamda Rəşad Sadıqovun dedikləri yada düşür: “ötən il bəzən rəqib imkanlarını boşa verirdi, biz də bundan həvəslənib şanslarımızı dəyərləndirirdik. Bu mövsüm qapımıza nə zərbə vurulursa, qol olur”. Təkcə “Kopenhagen” və “Atletiko” ilə səfər görüşlərində rəqiblərin qol imkanlarını yada salsaz, kapitanın nə demək istədiyini anlayarsız. Bir də ki, zərbə dalğası adamı qəfil vurmur, tədricən yaxınlaşır. 3 il bundan əvvələ kimi çempionatın səviyyəsi normal idisə, indi acınacaqlı durumdadı. Bu da zamanla təmsilçilərimizin avrokuboklardakı çıxışına təsir edir və edəcək də.
Nə etməli?
Bu sualın ən doğru cavabını saçlarını futbolda ağartmış Qurban Qurbanov daha yaxşı bilir. Biz, sadəcə, üzdə görünən nöqsanlar üzərində gəzişib nələrisə göstərməyə çalışdıq. Bundan sonrası necə olacaq, zamanın axarına buraxaq. Bir həqiqət var ki, indiki heyətlə uzağa getmək mümkün deyil. “Qarabağ”ın hazırda görməli olduğu iş lazımsız yerli və əcnəbi futbolçularla vidalaşmaq, onların əvəzinə daha layiqliləri cəlb etməkdi. Bunu etməsələr, növbəti mövsüm həmin Ozobiç, Delarj, Mahir, nə bilim Jezniçakla heç qrupa düşmək mümkün olmayacaq, nəinki orda uğur qazanmaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar