02 dek 17:30aktual

Portəgiz həmkarımız Naninin qolundan vəcdə gəlib

Portəgiz həmkarımız Naninin qolundan vəcdə gəlib
“6:1-lə 1/16-ə”
Cümə axşamı BOS-da keçirilən oyunu işıqlandırmaq üçün xeyli sayda jurnalist ölkəmizə təşrif buyurmuşdu. 30-a yaxın portəgiz həmkarımız akkreditasiyadan keçmişdi ki, “Sportinq” əməkdaşlarını, şərhçiləri, fotoqraf və operatorları çıxsaq, yazılı mətbuatın nümayəndələri 13 nəfər idi. Aralarında tanınmış “A Bola”, “O Jogo”, “Record”, “Correioda Manha” kimi qəzetlərin əməkdaşlarına rast gəlmək mümkün idi.
Matçboyu dəftərçəsində, telefonunda, bilgisayarında qeydlər aparan portəgizlərin sevincli olduğunu görmək çətin deyildi. Bəziləri seyirci mövqeyi tutsalar da, soyuq havada yazı yazmaqdan yorulmayanlara da rast gəldik. Odu ki, nələrdən yazdıqlarından xəbər tutmaq üçün Portuqaliya mətbuatına göz gəzdirdik.
Abola.pt: “Sportinq” Bakıya kifayət qədər geniş heyətlə yollanmışdı. Cəzalı və zədəli futbolçular olsa da, “Sportinq B”dən Dieqo Souza, Tyaqo Calo və Tyerri Korreya əsas komanda cəlb olunmuşdu. Ümumilikdə 19 futbolçu. Amma demək istədiyim Media Departamentindən 6 nəfərin, 2 mühafizəçinin, hətta klub prezidenti Frederiko Varandasın da uzaq səfərə yola düşməsiydi. Oyunun vacibliyini dərk edən Varandas şəxsi işlərinin çoxluğuna baxmayaraq, iki gününü sahibi olduğu klub üçün əsirgəməmişdi. Hətta soyuq havada oyunöncəsi məşqi belə əvvəldən axıra qədər izlədi. Futbolçuların sürpriz qonağa hədiyyəsinin çəkisi həddən artıq çox oldu. Onlar çoxlarının gözləmədiyi halda “Qarabağ”ın qapısına 6 dəfə yol tapmağı bacardılar. Xüsusən də Naninin vurduğu o möhtəşəm qol uzun illər xatırlanacaq. Əslində heç-heç də 1/16-ə yüksəlmək üçün sərfəli nəticə sayılırdı. Amma qələbə qazanmaq şansın varkən niyə istifadə etməyəsən? Qol ötürməsi verən Vendel oyunun ən yaxşılarından idi. Nani ustalıq səviyyəsini ortaya qoydu, Bas Dost oyunun əvvəlində qazandığı və qola çevirdiyi penaltiylə nə qədər lazımlı olduğunu göstərdi, Bruno Fernandeş isə yayda “Milan” və “Roma”nın onun üçün 30 milyon avro ödəmək istəyinə düşməsinin boşuna olmadığını göstərdi. “Vorskla” ilə sonuncu görüş formal xarakter daşısa da, Avroliqanın yaz mövsümünə indidən hazırlaşmaq lazımdı. Axı bu komandadan gözləntilən çoxdu”.
Record.pt: “Nani çox iş görmədi, amma lazım olanı etdi. Rəqib müdafiəçiləri bir-birinə qatan kapitan elə qol vurdu ki... İzah etmək olduqca çətindi, saytdakı video bölümündə qolun təkrarına dəfələrlə baxmaq lazımdı. UEFA-nın bu qolu “günün seçilənləri” başlığı altında təqdim etməsi boşuna deyil. O qol olmasaydı da, “Sportinq”in qələbə qazanacağına şübhə etməyə dəyməzdi. Hətta heç-heçə də bəs edirdi. Bir var qalib gəlməklə yadda qalasan, biri də var həmin oyunda vurulan qolu milyonlar izləsin, haqqında danışılsın. “Sportinq”in belə qələbələri çox olub. Amma rəqibin tarixinə düşəni xatırlamaq çətindi. Belə ki, bu, “Qarabağ”ın klub tarixində evdəki ən acınacaqlı yenilgisiydi. Amma onlar da başa düşürdü ki, cümə axşamı “Sportinq”lilərin günüydü. “Ağ-yaşıllar” təkcə 6 qolla yox, həm də məzmunlu oyunla diqqəti çəkdilər. Bakıdakı Olimpiya stadionunun çılpaq görünməsi isə şaxtalı və küləkli hava şəraitinə görəydi. Hər halda, belə eşitdik”.
Ojogo.pt: “6:1-lə 1/16-ə. Marsel Keyzerin gəlişindən sonra fərqli oyun üslubundan yararlanan “Sportinq” Bakıda əzəmətli Olimpiya stadionunda meydan sahiblərinə şok yaşatdı. Həmin stadion ki, mayda Avroliqanın finalını qəbul edəcək. Finalçı komandalardan biri “Sportinq” olacaq, ya yox, yerli azarkeşlər bizimkiləri isti qəbul edəcək, ya yox – bunlar zamanın cavab tapacağı suallardı. Amma indiki durumda bir şey məlumdu ki, “ağ-yaşıllar” əla start götürüb. Son 2 oyunda vurulan 10 qol komandanın real gücünü göstərir. Builki çempionluq mübarizəsi əməlli-başlı savaşı xatırladacaq. Azarkeşlər dekabrın 4-də “Riu Ave” ilə səfər oyununu səbirsizliklə gözləyir. Nani isə qocalmaq bilməyən rəssamdı. Bakıdakı 6:1-in rəsminə vurduğu qolla özünəməxsus rəng qatdı. Həmin rəngə hər imkanda rast gəlmək olmur”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar