02 dek 17:19aktual

2018-in son oyunundan geriyə qalanlar

2018-in son oyunundan geriyə qalanlar
Sonuncu ayına qədəm qoyduğumuz 2018-ci ildə Bakıda artıq hansısa beynəlxalq oyun keçirilməyəcək. Ötən sayda da qeyd etdiyimiz kimi, Bakı Olimpiya Stadionu bu il düşərli məkan kimi yadda qalmadı. Həm yığma, həm də “Qarabağ” ölkənin ən nəhəng arenasında üzücü nəticələrlə üzləşdi. Belə ki, əsas komanda Millətlər Liqası çərçivəsində bu stadionda keçirdiyi görüşlərdən yalnız birində qələbə qazandısa, iki matçda xal itirdi. “Qarabağ” isə BOS-da çıxdığı 3 qrup oyunun hamısında məğlub oldu. Özü də “köhlən atlar” bu matçlardan ikisində darmadağınla üzləşdi. Elə azarkeş sayı baxımından da BOS-un uğurlu məkan olmadığını deyə bilərik. “Arsenal”la qarşılaşmanı nəzər almasaq, həm yığmanın, həm də “Qarabağ”ın oyunlarında boş tribunalar “göz oxşadı”. Bununla belə, “Sportinq”lə matçda da ölkənin ən nəhəng arenasında diqqəti çəkən məqamlar oldu.

UEFA nümayəndələri razı qalıb
Ənənəvi olaraq, Lissabon təmsilçisi ilə dueldən sonra da “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlamağı lazım bildik. Səbəb UEFA nümayəndəsinin təşkilatçılıqla bağlı Bakıdan hansı təəssüratla ayrıldığını öyrənmək idi. İbrahimov bunları dedi: “Bu, 2018-ci ildə sonuncu ev oyunu idi. Gələn il Avroliqanın finalı BOS-da keçiriləcəyinə görə UEFA-nın məsul şəxsləri də gəlmişdilər. Onlar hamısı təşkilatçılıq haqda müsbət fikirdə oldular. Bildiyiniz kimi, Rəşad Sadıqov da 100-cü avrokubok oyununa çıxırdı. 100 nömrəli formanın Rəşada təqdim edilməsi klubumuzun ideyası idi. UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mihael Heselşverdt də Bakıda idi. O, qitə futbol qurumunda ikinci adam sayılır. Sadıqovun yubiley oyunu olduğunu onun diqqətinə çatdırdıq və xahiş etdik ki, formanı siz təqdim edin. Heselşverdt də bildirdi ki, futbolçunun qitə yarışlarında bu qədər oynaması müsbət haldı və mənim üçün də çox xoşdu ki, hədiyyəni verim. Ümumilikdə isə UEFA-dan gələnlər təşkilatçılıqdan razı qaldılar”.

Bilet alanlar harda idi?
Məlum olduğu kimi, "Qarabağ" "Sportinq"lə matça son ümid kimi baxırdı. "Köhlən atlar" qələbə qazansaydı, pley-off şansını qorumuş olacaqdı. Və belə bir oyunda, özü də son ev matçında komandaya dəstək vermək lazım idi. Ancaq azarkeş biganəliyi təəssüf doğurdu. Rəsmi protokola əsasən oyunu 5416 tamaşaçı izləyib. Bu isə 68700 yerlik stadionun heç 8 faizi də etmir. “Arsenal”la görüşdə bütün tribunaları dolduranların 1/10-i “Sportinq”lə matça gəlmirsə, əlvə şərhə ehtiyac yoxdu. Bundan da acı mənəzərə ola bilməz. Maraqlıdı ki, qarşılaşmadan bir gün öncə Nurlan bəy qəzetimizə açıqlamasında təxminən 12 min bilet satıldığını demişdi. Oyun gününə də nəzərə alsaq, stadionda 15-20 min azarkeşin olacağını proqnozlaşdırırdıq. Düzdü, hava soyuq, matçın başlama vaxtı bir qədər gec idi. Ancaq elə məhz son qeyd etdiyimiz məqamı nəzərə alan “Qarabağ” rəhbərliyi Bakı Metropoliteninə müraciət etmiş, xidmət vaxtının uzadılması ilə bağlı müsbət cavab almışdı. Bəs görəsən, azarkeş biganəliyinin səbəbi nə idi? Heç olmasa, billet əldə edənlərin yarıdan çoxuna nə mane olmuşdu? İbrahimov bunun səbəbini hava şəraitində görür: “Satılanlarla yanaşı, dəvətnamələri də nəzərə alsaq, 15 mindən çox bilet əldən çıxmışdı. Özünüz də stadiondakı tamaşaçı sayından xəbərdarsız. Ola bilər, havanın çox soyuq olması bu məqama öz təsirini göstərdi. Düzdü, biz həm metro, həm də avtobus məsələsində lazımi addımlar atmışdıq. Fikrimcə, əsas səbəb məhz hava durumu ilə bağlı idi. Yeri gəlmişkən, oyunun saatını da nəzərə almalıyıq. Soyuq havanın və matçın saat 22.00-da başlanmasının tamaşaçı sayına təsir etdiyini düşünürəm. Biz də istəyərdik ki, matç daha tez başlasın. Lakin bilirsiz ki, bu, qaydalara əsasən müəyyənləşdirilmişdi”.

Ağdam klubu daha böyük layihələr düşünür
"Qarabağ"ın futbolçuları meydana çıxarkən onları məcburi köçkün uşaqlar müşayiət edirdi. Həmçinin meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxmışdı. Qeyd edək ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltmək idi. Həmin ideya ilə bağlı Nurlan bəyin fikirlərini öyrəndik: “Onların arasında Raquf Orucovun oğlu, Canpolad Rzayevin nəvəsi, Allahverdi Bağırovun nəvəsi, Sahil Kərimlinin övladı, Şirin Mirzəyevin nəvəsi var idi. Bu, bizim Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə ortaq layihəmiz idi. Orda olan uşaqlar Qarabağ uğrunda döyüşən, şəhid olan və qazilərin, məcburi köçkünlərin övladları idi. Mənəvi məsələ olduğundan geniş açıqlama vermək istəmədik. Gələcəkdə bu yöndə daha böyük layihələr düşünürük”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar