01 dek 18:49aktual

Uğurzuz məkan, məyusluq gecəsi

Uğurzuz məkan, məyusluq gecəsi
Bakı Olimpiya Stadionu 2018-ci ildə sonuncu beynəlxalq oyuna "qucaq açırdı". Bu il ölkənin ən nəhəng arenası heç də uğurlu məkan kimi yadda qalmadı. Əvvəla, yığma Millətlər Liqası çərçivəsində adı çəkilən stadionda keçirdiyi ev oyunlarından yalnız birində qələbə qazandı və həmin xal itkiləri sonda komandaya baha başa gəldi. Bundan başqa, "Qarabağ" BOS-da keçirdiyi Avroliqanın əvvəlki iki qrup oyununda məğlub olmuşdu. Belə ki, "Arsenal" sözügedən arenadan 3, "Vorskla" isə 1 cavabsız qolla ayrılmışdı. Düzdü, bu dəfə "Qarabağ" rəqib qapısına yol tapdı. Ancaq uğursuz seriya bu dəfə də davam etdi. Özü də təmsilçimiz darmadağın oldu.
"Qara bazar" var idi, ancaq...
Metronun "Koroğlu" stansiyasından stadiona doğru irəlilədikcə, ara-sıra bilet təklif edənlər qarşımıza çıxırdı. Maraqlıdı ki, onlar 2 manatlıq biletlər təklif edirdilər. Halbuki, adətən, işbazlar aşağı qiymətə olan biletləri alıb, daha baha qiymətə satırlar. Ancaq görünür, bu dəfə tələb təklifin bu səviyyədə olmasına gətirib çıxarmışdı. Hər halda, müşahidələr zamanı alverçilərə yaxınlaşıb bilet alan olmadı. Başqa sözlə "qara bazar"ın "bazarı ölmüşdü".
Acınacaqlı mənzərə
Oyundan öncəki gün 12 min biletin satıldığını xəbər vermişdik, rəqəm olduqca acınacaqlı olduğundan son günə ümid edirdik. Düşünürdük ki, matç günü bu rəqəm heç olmasa, 20 minə çatar. Ancaq arenada start fiti səslənən an tribunalardakı vəziyyət ürəkaçan deyildi. Halbuki "Qarabağ"ın "Sportinq"lə matçı həlledici idi. "Köhlən atlar" bu oyunda qələbə qazanmaqla şansını qorumuş olacaqdı. Düzdü, ümid az idi. Ancaq hər halda, son ev oyununda komandaya dəstək vermək lazım idi. Təəssüf ki, azarkeşlər bu oyunda da təmsilçimizi tək qoymuşdu. Təkcə "Qarabağ"ın öz fanklubları - "İmarət Tayfa", "Qarabağ Ordusu" və "Boys Qarabağ" dəstəyini nümayiş etdirirdi. Digər tribunalardakı vəziyyət isə acınacaqlı idi. Biganə azarkeşlərin növbəti mövsüm "Qarabağ"dan və yaxud başqalarından qrup mərhələsini tələb etməyə haqqının olub-olmadığı isə başqa söhbətin mövzusudu.
Rəşad Sadıqova hədiyyə
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avrokuboklarda 100-cü matçını keçirdi. "Sportinq"lə qarşılaşmaya təsadüf edən bu əlamətdar olay UEFA-nın da diqqətindən kənarda qalmadı. Belə ki, Bakıda səfərdə olan qitə futbol qurumunun Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mihael Heselşverdt Rəşada "Qarabağ"ın "100 nömrə" formasını hədiyyə etdi. Bu, komandalar isinmə hərəkətləri edən zamanı meydanın kənarında reallaşdı. Onu da bildirək ki, Heselşverdt avrokubokların püşkatmasını həyata keçirən şəxsdi.
"Qarabağ"dan alqışalayiq addım
"Qarabağ"ın futbolçuları meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edirdi. Həmçinin meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxdı. Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu Oruclu Nihad Raquf oğlu da oldu. Qeyd edək ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirmək idi.
30-a yaxın portəgiz
Rəqibin Bakıda dəstəksiz qalmayacağını da öncədən bildirmişdik. Belə də oldu. Düzdü, qonaq azarkeşlər o qədər də fəal deyildi. Bundan başqa, xüsusi plakat və yaxud da hansısa bayraqlar ilə "silahlanmamışdılar". Lakin qonaq tribunada təxminən 30-a yaxın fanat “Sportinq”i irəli səsləyirdi.
Qonaq jurnalistlərin yarısı qayıtmadı
"Sportinq"in mətbuat xidmətinin 4 üzvünü nəzərə almasaq, Portuqaliyadan ölkəmizə 17 jurnalist təşrif buyurmuşdu. Onlar ilk yarıda media tribunasında öz yerlərini tutmuşdular. Lakin fasilədən sonra vəziyyət dəyişdi. Belə ki, havanın soyuq olması onlara da təsir etmişdi. Portəgiz həmkralarımızın təxminən yarısı çay süfrəsindən geri qayıtmadılar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar