01 dek 18:47aktual

Avropa ilə faciəvi sağollaşma

Avropa ilə faciəvi sağollaşma
Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
Qarabağ – Sportinq (Portuqaliya) 1:6 (1:3)
1. Hannes Halldorsson
2. Qara Qarayev
5. Maksim Medvedev
6. Simeon Slavçev
(19. Filip Ozobiç, 71)
8. Miçel
9. Araz Abdullayev
(28. Con Delarj, 82)
11. Mahir Mədətov
14. Rəşad Sadıqov (k)
17. Abdullah Zubir
52. Yakub Jezniçak
77. Vild-Donald Gerye
Ehtiyat oyunçular
13. Vaqner da Silva
10. Dani Kintana
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

40. Renan Ribeyro
4. Sebastyan Koates
5. Cefferson Moreyra
6. Andre Pinto
8. Bruno Fernandeş
17. Luiş Nani (k)
(18. Karluş Mane, 79)
23. Abdulay Diabi
28. Bas Dost
(77. Covani Kabral, 71)
37. Vendel
76. Bruno Qaşpar
(95. Tyerri Korreyra, 74)
86. Nemanya Qudel
Ehtiyat oyunçular
19. Romen Salin
25. Radoslav Petroviç
63. Tyaqo Dyalo
90. Migel Luiş
Baş məşqçi: Marsel Keyzer
Qollar: B.Dost, 5-p. (0:1). A.Zubir, 14 (1:1). B.Fernandeş, 20 (1:2). L.Nani, 33 (1:3). A.Diabi, 65 (1:4). B.Fernandeş, 75 (1:5). A.Diabi, 82 (1:6).
Vərəqələr: Y.Jezniçak, 4. V-D.Gerye, 4. Q.Qarayev, 25. B.Fernandeş, 28. M.Nədətov, 40. Miçel, 43. S.Slavçev, 49 – sarı.
Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomaş Mokruş,Yan Patrak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya).
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: David Makdauell Zor (Sloveniya).
29 noyabr. Bakı. Olimpiya stadionu. 5416 tamaşaçı (68700 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
4 (2) qapıya (“çərçivə”yə) zərbə 9 (7)
1 korner 3
2 ofsayd 1
11 qayda pozuntusu 12
6 vərəqə (qırmızı) 1
Küləkli, soyuq havada Bakı Olimpiya Stadionunun, demək olar ki, boş tribunaları önündə “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2018-ci ildə son oyununa çıxırdı. Əsas qol silahı İnnoset Emeqaranın yoxluğunda Qurban bəy hücumda Araza güvənmişdi ki, bu da gözlənilən idi. “Köhlən atlar”ın kapitanı Rəşad Sadıqov üçün isə bu matç xüsusi əhəmiyyət daşıyırdı. İlk dəfə 2001-ci ildə Sloveniya “HİT-Qoritsa”sı ilə matçda avrokuboklarda debüt edən müdafiəçi dünən 100-cü, yubiley matçını keçirəcəkdi. Qonaqlara gəlincə, Bakıya ciddi itkilərlə gələn “Sportinq”, buna baxmayaraq, səfərdən qələbə ilə dönməyi planlaşdırırdı. BOS-da əldə olunacaq 3 xal Keyzerin çalışdırdığı kollektivi pley-offa daşıyacaqdı. Meydan sahibləri də nəzəri cəhətdən qrupdan çıxmaq şansını saxlayırdı. Bunun üçün ağdamlılar həm evdə “Sportinq”i, həm də səfərdə “Arsenal”ı yenməliydi. Bu isə o qədər də inandırıcı görünmürdü.
Dünənki matçda bundan pis başlanğıc ola bilməzdi. “Sportinq”in ilk ciddi hücumu meydan sahiblərinin qapısına penalti təyin olunmasıyla nəticələndi. Komanda yoldaşından ötürmə alan Dost cərimə meydançası daxilində Jezniçak tərəfindən kobudluğa məruz qaldı və hakim “nöqtə”ni göstərdi. Topun başına keçən zərərçəkən isə ustalıqla topu tora qovuşdurdu. Soyuq havada “soyuq duş alan” meydan sahibləri erkən qoldan heç də “sınmadı”. Çox keçmədən, daha dəqiq desək, 14-cü dəqiqədə Zubir tarazlığı bərpa etdi. Hər şey isə Mahirin Geryeyə gözəl ötürməsi ilə başladı. Sağ cinahdan mərkəzə meyillənən vinger Geryenin “açıldığını” görüb topu ona ötürdü. İkinci isə “mərmi”ni sinəsi ilə daha əlverişli mövqedə olan Zubirə ötürdü və “17 nömrə” yaxın məsafədən uzaq küncü dəqiq nişan aldı. Hesabı bərabərləşdirən Qurbanovun yetirmələrinin ikinci heyətlə Bakıya gələn qonaqları sıxacağını, meydanda diqtə edən tərəfə çevriləcəyini düşünmək olardı. Onsuz da “köhlən atlar”ın itirəcəyi heç nə yox idi. Bir neçə dəqiqə belə də oldu. Təəssüf ki, məhz bir neçə dəqiqə... 20-ci dəqiqədə artıq “ağ-yaşıllar” növbəti dəfə hesabda önə çıxmağı bacardılar. Vendelin ötürməsindən sonra Fernandeş təxminən 25 metrdən komandasının ikinci qolunun müəllifi oldu. Brunonun adını tabloya yazdırmasında Halldorssonun xüsusi xidməti oldu. İslandiyalı qolkiper üstünə gələn və o qədər də təhlükəli olmayan zərbəni adına və təcrübəsinə yaraşmayan tərzdə əlinin altından buraxdı. Vaqner da Silvanın “Vorskla” ilə matçda yol verdiyi kobud səhvi rejissor-qolkiper də təkrarladı. 33-cü dəqiqədə isə “Sportinq”in kapitanı Nani “Qarabağ” müdafiəçilərini sözün həqiqi mənasında uşaq kimi dolayaraq, onları “fışka” kimi keçərək, soyuqqanlıqla topu qapıya göndərdi. Bu epizodda Maksimlə Yakubun eyni anda sürüşməsi, sadəcə, acı gülüş doğurdu.
Bu qoldan sonra artıq hər şey aydın idi. Mədətov kimi topla nə etmək istədiyini bilməyən vingerlə, hücumda varlığı ilə yoxluğu hiss olunmayan Arazla, rəqib futbolçularla hər toqquşmada yerdə qalan Miçellə, çətin ki, “Qarabağ” geridönüş edə bilərdi. Hissənin sonlarına yaxın, daha dəqiqi, 38-ci dəqiqədə ispan legioner Zubirin ideal ötürməsi ilə qapıçıyla təkbətək çıxsa da, nəyə görə Avropada yox, Azərbaycanda top qovduğunu göstərdi. Həmin an yüngül toxunuş lazım idi ki, top qapı xəttini keçsin. Ancaq Miçel bunu bacarmadı. Daha doğrusu, bunu istənilən səviyyədə edə bilmədi.
Fasilədən sonra da ssenari dəyişmədi. “Sportinq” qarşısında başıqapazlı uşaq təsiri bağışlayan “Qarabağ” oyunda dönüş etməyi planlaşdırsa da, lissobonlular sanki məşq edirmiş kimi istədiyi an tempi artırır, istədiyi vaxt avrokuboklarda 100-cü oyuna çıxan Sadıqovun rəhbərlik etdiyi müdafiə xəttini asanlıqla yarır, dünya çempionatında Messinin penalti zərbəsini dəf etməklə ulduzu parlayan Halldorssonu topdaşıyan uşaqlar kimi topu tordan çıxarmağa məcbur edirdilər. İlk yarıda olduğu kimi, ikinci 45 dəqiqədə də qonaqlar 3 dəfə fərqlənib hesabı biabırçı həddə çatdırdılar. 65 və 82-ci dəqiqələrdə Diabi dublunu rəsmiləşdirdisə, ilk qolun müəllifi olan Dost da 75-ci dəqiqədə adını ikinci dəfə tabloya yazdırdı. Və bununla da “köhlən atlar” “doğma divarlar” arasında ilin son avrokubok matçında azarkeşlər qarşısında biabır oldu. Son illərdə bəlkə də ilk dəfə nəticədən narazı qalan azarkeşlər “köhlən atlar”ı meydandan fitlə yola saldı.
RƏŞAD

Reaksiyalar
Rəşad Sadıqov: “Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir. Bu gün tam fərqli “Sportinq” oynayırdı. Bilmirəm, baş məşqçi dəyişikliyinə görədi, ya yox, amma rəqib tam fərqli oynadı. Kubokdakı son oyunlarını təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdü, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz. Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi. Kosovoya məğlubiyyətin bu oyuna aidiyyatı yoxdu. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra ikinci dövrəyə və növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və “sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildə yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə edirdik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdü, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. “Arsenal”dan evdə üstün çıxış etmişdik, “Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk. Şehiç üçün darıxırammı? Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdı. Cari mövsümdəki zəif çıxışı çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həllini tapar. Qış, uzağı yay fasiləsindən sonra komandamız düzələcək. Hansı futbolçu 100-cü oyun rekordunu təzələyə bilər? Bu dəqiqə 100-cü oyun hayında deyiləm”.
Yakub Jezniçak: “Üzgünəm, tək mən yox, hamımız. Nə danışacağımı da bilmirəm. Bu gün bizim günümüz deyildi. Rəqib çox yaxşı oynadı və bizə, demək olar, imkan vermədilər. Düzdü, ilk yarıda bir-iki qol imkanımız oldu. Amma ümumi götürsək, oyuna nəzarət edən tərəf “Sportinq” idi. Öz azzarkeşlərin önündə 6 qol buraxmaq sıradan göstərici deyil. Qış fasiləsinə qədər 5 oyunumuz var. Toparlanmalı və bu vəziyyətdən çıxmalıyıq. Penalti epizoduna gəlincə, rəqib futbolçuya toxunmuşdum. Hakimin penalti qərarından sonra Bas Dosta yaxınlaşıb “penalti idi” sualını verdim, o isə cavabında gülümsəyərək “xeyr” dedi. Düzdü, təmas var idi, amma kobudluqdan söhbət gedə bilməzdi. Amma məğlubiyyəti bununla əlaqələndirməzdim. Çünki az sonra hesabı bərabərləşdirdik və oyunda tarazlıq yaratdıq. 1:1-dən sonra “Sportinq” sürəti artırıb, meydanda istədiyini etməyə başlayandan sonra onları saxlamaq çətin idi”.
Simeon Slavçev: “Nə baş verdiyini özüm də anlaya bilmirəm. Oyun bir tərəfə, amma belə ağır məğlubiyyətlə üzləşmək həqiqətən də adama ağır gəlir. Niyə uduzduq, niyə bərbad oynadıq, niyə bu qədər səhvə yol verdik - bu sualların cavabını bilmirəm. Mənə ünvanlanacaq sual deyil. Yəqin ki, ustalıq səviyyəsi sözünü dedi. Bacardığımızın ən yaxşısını etməyə çalışsaq da, belə yenilgidən qaçmaq mümkün olmadı. Bundan sonra əllərimizi yanımıza salmağın mənası yoxdu. Əksinə, toparlanmalı, səhvlərdən nəticə çıxarmalıyıq. Bəli, “Sportinq”in futbolçusu olmuşam, bəzi oyunlarda forma geymişəm. Bu gün də onlara qarşı oynamaq məndə xüsusi hisslər yaratdı. Bəzi dostlarımı gördüm, söhbət etdim. Qrupda sonuncu oyunumuz “Arsenal”a qarşı olacaq. Bu yenilgini unudub özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Azarkeşlərimizi sevindirməliyik”.
Bruno Fernandeş: “Yekun nəticə ürəyimizcə oldu. Uzun çəkən və yorucu səfərdən sonra məqsədimiz qalib gəlmək idi ki, buna da nail olduq. Ukraynada “Vorskla” ilə oyunda ciddi çətinliklərlə üzləşmişdik. Amma bu gün çox rahat idik. Ona görə də ən yaxşı oyunlarımızdan birini sərgiləyib rəqibin qapısından 6 top keçirdik. Növbəti mərhələyə yüksəlmək əla hissdi, amma əsas hədəfimiz bu deyil. Son iki oyunda 10 qol vurub, qapımızdan ikisini buraxmışıq. Əsas olan oyun planında inkişafa nail olmağımızdı. Avroliqanın finalında oynamaq və Bakıya yenidən qayıtmaq arzu yox, hədəf olmalıdı. Bilirik ki, rəqiblərimiz arasında Çempionlar Liqasının qrup üçüncüləri də olacaq. Bu bizi qorxutmur, əksinə, motivasiya verir”.
Nemanya Qudel: “Asan oyun və asan qələbə olmur. Bunun üçün 90 dəqiqə eyni tempi saxlamalı və sona qədər oynamalısan. Necə ki, bu gün həmin istəyin və əzmkarlığın sayəsində lazım olan qələbəni əldə etdik. Topa nəzarət etməklə istədiyimiz kimi oynamağı bacardıq. Rəqib hesabı bərabərləşdirsə də, oyundan qopmadıq və fasiləyə qədər daha iki qol vurub oyunun taleyini böyük ölçüdə həll etdik. Fasilədə qətiyyən arxayınlaşmaq olmazdı. Bu bizə baha başa gələ bilərdi. Ona görə də meydana heç nə olmayıbmış kimi çıxıb daha üç qola imza atdıq. Final oyunu haqda düşünmək üçün tezdi. Yaxşı komandayıq və böyük uğurlar qazana biləcəyimiz oyun sərgiləyirik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar